BDU-da Mir Cəlal Paşayevlə bağlı tədbir

 

GÖRKƏMLİ ALİM VƏ ƏDİBİN “SABİRİN SƏNƏT DÜNYASI” KİTABININ TƏQDİMATI OLUB

 

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində görkəmli yazıçı və ədəbiyyatşünas alim, professor Mir Cəlal Paşayevin “M.Ə.Sabirin sənət dünyası” kitabının təqdimatı keçirilib.

Tədbirdə fakültə rəhbərliyi, professor-müəllim heyəti, tələbə magistrantlar iştirak ediblər. Kitabı BDU-nun Jurnalistikanın nəzəriyyəsi təcrübəsi kafedrasının professoru Alxan Bayramoğlu tərtib edərək nəşrə hazırlayıb.

Tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov təqdimatın Mir Cəlalın doğum gününə təsadüf etdiyini vurğulayaraq, onun görkəmli alim kimi fəaliyyətindən, ədəbi irsimizin araşdırılması istiqamətindəki tarixi xidmətlərindən danışıb, “M.Ə.Sabirin sənət dünyasıkitabının nəşrini elmi mühit üçün mühüm hadisə kimi qiymətləndirib.

Professor Abdulla Abbasov Mir Cəlalın onun ədəbi irsə, o cümlədən M.Ə.Sabir yaradıcılığına münasibətindən bəhs edib. Bildirib ki, Mir Cəlal müəllimin M.Ə.Sabir haqqında araşdırmalarını kitab halında toplayıb nəşr etdirmək ədəbiyyatşünaslıq elminə böyük töhfədir.

Professorlar Tofiq Hüseynoğlu, Ramiz Əskər başqaları da Mir Cəlalın Azərbaycan elmi, ədəbiyyatı, təhsili sahəsindəki xidmətlərindən, onun yüksək ziyalılığından söz açıb, kitabın elmi əhəmiyyəti barəsində fikirlərini bölüşüblər.

Sonda A.Bayramoğlu kitabdakı araşdırmaların aktuallığından danışıb, təşkilatçılığa görə fakültə rəhbərliyinə iştirakçılara təşəkkürünü bildirib.

 

525-ci qəzet.- 2017.- 29 aprel.- S.