Vyanada Tofiq Quliyevin 100 illik yubileyi qeyd edildi

 

Noyabrın 29-da Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti, Dövlət Mükafatı laureatı Tofiq Quliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

 

Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova qonaqlara bəstəkar Tofiq Quliyevin həyat yaradıcılığı haqqında məlumat verib, onun müasir Azərbaycan caz estrada musiqisinin banilərindən biri olduğunu, XX əsrdə Azərbaycanda musiqi sənətinin inkişafında, eləcə ictimai həyatında oynadığı roldan, Azərbaycan muğamlarının nota köçürülməsində xidmətlərindən bəhs edib.

 

Vurğulanıb ki, Tofiq Quliyevin geniş yaradıcılığı yalnız bəstəkarlıq fəaliyyəti ilə məhdudlaşmayıb, o, eyni zamanda, gözəl pianoçu, dirijor, pedaqoq, Azərbaycan ictimai həyatında özünəməxsus çəkisi olan xadim idi. Azərbaycanda ilk estrada orkestrinin yaradıcısı olan T.Quliyev çoxlu sayda bədii filmlərə bəstələdiyi musiqiləri ilə dillər əzbəri olan neçə-neçə əsər yaradıb. Onun mahnıları zamanında görkəmli müğənnilərin ifasında insanların qəlbini fəth edib bu gün Azərbaycan milli musiqisinin inciləri sırasında yer alır. Qeyd edilib ki, prezident İlham Əliyevin "Tofiq Quliyevin 100 illik yubileyinin keçirilməsi haqqında" 2017-ci il 7 fevral tarixli Sərəncamına uyğun olaraq həm Azərbaycanda, həm ölkənin hüdudlarında kənarda yubiley tədbirləri keçirilir, dahi bəstəkarın əziz xatirəsi anılır.

 

Konsertdə gənc Azərbaycan musiqiçisi, dirijor Mustafa Mehmandarovun rəhbərlik etdiyi "Xəzər virtuozları" orkestri Tofiq Quliyevin əsərlərindən ibarət konsert proqramı ilə çıxış edib. Konsertdə dahi bəstəkarın mahnı, vals müxtəlif filmlər üçün bəstələdiyi əsərləri səsləndirilib. Bakı Musiqi Akademiyasının tələbəsi Orxan Cəlilov Vyana Musiqi İncəsənət Özəl Universitetinin tələbəsi Mərziyə Hüseynova konsertdə T.Quliyevin "Sənə qalmaz", "Neftçilər mahnısı", "Axşam mahnısı", "Sevgi valsı", "Qızıl üzük" mahnılarını, eləcə "Görüş", "Telefonçu qız", "Bəxtiyar" filmlərinə yazdığı mahnıları oxuyublar. Vyana Musiqi Səhnə Sənətləri Universitetinin tələbəsi, gənc pianoçu Abuzər Manafzadə bəstəkarın fortepiano üçün yazdığı bir neçə əsəri ifa edib.

 

Xədicə RƏHMAN

525-ci qəzet  2017.- 1 dekabr.- S.7.