Xalq artisti Mikayıl Mirzənin anadan olmasının 70 illiyi qeyd edildi

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tanınmış aktyor, Xalq artisti Mikayıl Mirzənin 70 illiyinə həsr edilmiş tədbir keçirilib.

 

Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunan gecədə tədbirin aparıcısı, akademik Rəfael Hüseynov çıxış edərək sənətkarın ömür yolundan danışıb, onunla bağlı xatirələrini bölüşüb.

 

Bildirib ki, Azərbaycan Dövlət Teatr İnstitutuna (indiki Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universiteti) daxil olan, Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov, Lütfi Məmmədbəyov kimi görkəmli səhnə ustalarından dərs alan Mikayıl Mirzə 1969-cu ildə institutu bitirərək dram kino aktyoru ixtisasına yiyələnib. İnstitutun səhnə danışığı kafedrasında müəllim, eyni zamanda, Tədris Teatrında çalışan sənətkar bir qədər sonra Azərbaycan Dövlət Akademik Milli Teatrında işə qəbul olunub.

 

Oynadığı rolları təbii, inandırıcı şəkildə tamaşaçılara çatdıran sənətkar emosionallığı ilə özünəməxsus ifa üslubuna malik idi. O, "Azərbaycanfilm" kinostudiyasında lentə alınan bədii filmlərdə, onlarla dram əsərində yaddaqalan obrazlar yaradıb. Mikayıl Mirzə teatrda Kürd Musa ("Vaqif"), Fərhad ("Fərhad Şirin"), Muratov ("Qəribə oğlan"), Eyvaz ("Bizim qəribə taleyimiz"), Aslan ("Kəndçi qız"), Zahid ("Fəryad"), Elxan ("Od gəlini"), Cinli Mustafa ("Dəli yığıncağı"), İxtiyar ("İblis") rollarını ustalıqla oynayıb.

 

Mikayıl Mirzə Azərbaycan Dövlət Televiziyasının ədəbi-dram verilişləri baş redaksiyası ilə sıx əlaqə saxlayırdı. Ötən əsrin 80-ci illərində məhz onun təşəbbüsü ilə Azərbaycan televiziya məkanında "Bir aktyorun teatrı" verilişi ekrana çıxıb. Onun ifasında Aleksandr Puşkinin "Motsart Solyer", "Qaraçılar", Hüseyn Cavidin "Azər", Rəsul Rzanın "Qızıl gül olmayaydı", Xəlil Rzanın "Məhəbbət dastanı", Cabir Novruzun "Qərbi Berlin" ekran əsərləri "Qızıl fond"da dəyərli sənət əsərləri kimi saxlanılır. O, Mehdi Məmmədov, Əli Zeynalov, Səməndər Rzayev kimi sevilən, tanınan bədii qiraət ustaları ilə bir sırada dayanırdı. Əli Kərimin, Səməd Vurğunun, Məmməd Arazın, Xəlil Rza Ulutürkün əsərlərini əzbər bilirdi.

 

Tədbirdə Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Xalq artisti Nurəddin Mehdixanlı, Əməkdar rəssam Rais Rəsulzadə başqaları çıxış edərək, görkəmli sənətkarın həyat yaradıcılığından, onunla bağlı xatirələrindən söz açıblar.

 

Tanınmış elm, mədəniyyət incəsənət xadimlərinin iştirak etdiyi gecədə Mikayıl Mirzəyə həsr olunmuş videoçarx nümayiş olunub, müxtəlif bədii kompozisiyalar təqdim edilib.

 

Mərasimdə mərhumun ailəsi adından çıxış edən oğlu Mətin Mirzə atasının xatirəsinin əziz tutulduğuna görə təşkilatçılara minnətdarlığını bildirib.

 

Xədicə RƏHMAN

 525-ci qəzet.-2017.-1 dekabr.-S.7.