Fikrət Qoca Laçın məktəblilərinin qonağı oldu

 

Laçın rayon 6 saylı tam orta məktəbdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi, Xalq şairi Fikrət Qoca ilə görüş keçirilib.

 

Məktəbin dil ədəbiyyat müəllimi, şair Azər Xanların təşkilatçılığı ilə keçirilən görüşdə məktəbin müəllim şagird kollektivi, valideynlər, poeziyasevərlər iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan Azər Xanlar Fikrət Qocanın həyat yaradıcılığı haqqında geniş məlumat verib, onu milli ədəbiyyatımızda öz dəsti-xətti ilə seçilən, hər zaman yaradıcılığında vətənpərvərlik mövzularına geniş yer verən Azərbaycan sevdalı şair kimi dəyərləndirib.

 

Məktəbin direktoru Kəmalə Hüseynova, müəllimlərdən Afaq Mərdanova, Nazilə Əliyeva, Mərziyyə Alıyeva, Aybəniz Axundzadə şairin poeziyası haqqında öz fikirlərini bölüşüblər.

 

Daha sonra qonaq, şagirdləri maraqlandıran suallara cavab verib, görüş diskusiya şəklində davam edib.

 

Müəllimliyi bütün peşələrdən daha uca peşə kimi dəyərləndirən Xalq şairi F.Qoca şagirdlərə mütaliənin, ədəbiyyatın, kitabın önəmindən danışıb, onlara yaşlarına uyğun əsərləri, nağıl, təmsil, şeir kitablarını oxumağı məsləhət görüb. Bir qrup ziyalı ilə Cocuq Mərcanlıya səfərindən söz açan şair orada şahid olduğu quruculuq işlərindən, kənd camaatının yüksək əhval-ruhiyyəsindən məmnunluqla bəhs edib, işğal olunmuş Qarabağ torpaqlarının düşmən tapdağından tezliklə azad olunacağına inandığını vurğulayıb.

 

Görüşdə şagirdlərdən Əliyeva Zəhra, Xıdırova Aynur, Mahmudova Ayxan, Yusifzadə Nəzrin, Qəhrəmanova Jalə, Şəfiyev Rəvan, Fətəliyeva Tükəzban, Məmmədova Günay, Əhədov Amin başqaları şairin "Analar", "Biz Cocuqmərcanlıyıq", "Lələtəpə", "Aprel döyüşçüləri", "Şəhidlər ölümsüzdür", "Şuşanın məscidi", "Səhərə bax, səhərə", "Şuşa" kimi müxtəlif illərdə qələmə aldığı şeirlərini səsləndiriblər.

 

Sonda F.Qoca görüşdən şagirdlərin ədəbiyyat sevgisindən məmnunluğunu dilə gətirib, məktəbin rəhbərliyinə görüşün təşkilatçısına təşəkkürünü bildirib.

 

ŞAHANƏ

 

525-ci qəzet.-2017.-5 dekabr.-S.7.