Musiqişünas professor Elmira Abbasovanın xatirəsi anıldı

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) təşəbbüsü ilə görkəmli musiqişünas alim, Əməkdar incəsənət xadimi, professor Elmira Abbasovanın 85 illiyinə həsr olunmuş elmi-nəzəri konfrans keçirilib.

 

Tanınmış mədəniyyət incəsənət xadimlərinin qatıldığı konfransda əvvəlcə alimin yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.

 

BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli görkəmli alimin musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən söz açaraq onun musiqi elmi, musiqi tənqidi publisistikası, habelə elmi-nəzəri fəaliyyəti ilə bağlı qonaqlara məlumat verib.

 

Konfransda Mədəniyyət İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva, Əməkdar incəsənət xadimləri Gülnaz Abdullazadə, İmruz Əfəndiyeva, Zümrüd Axundova, Əməkdar müəllim Ülviyyə İmanova digərlərinin məruzələri dinlənilib. Sonra alimin xatirəsinə həsr edilmiş konsert proqramı təqdim olunub.

 

Konsertdə BMA-nın müəllim tələbələrinin ifaları dinlənilib.

 

Xədicə RƏHMAN

525-ci qəzet.-2017.-5 dekabr.-S.7.