IV "İpək Yolu" Beynəlxalq Film festivalı yekunlaşdı

 

Dekabrın 1-də Çinin Fuçjou şəhərində keçirilən IV "İpək Yolu" Beynəlxalq Film festivalında ölkəmizi təmsil edən "İçəri şəhər" filminə baxış olub.

 

Filmdən əvvəl keçirilən mətbuat konfransında quruluşçu rejissor İlqar Safat baş rol ifaçılarından Mehriban Zəki jurnalistlərin suallarını cavablandırıblar. Jurnalistləri əsasən, Azərbaycan Çin xalqları, mədəniyyətləri arasındakı oxşarlıqlar, azərbaycanlı tamaşaçının Çin kinomotoqrafiyası ilə tanışlığı, Azərbaycan kinosunun inkişafı, filmin yaranma tarixçəsi kimi məsələlər maraqlandırıb.

 

Qeyd olunub ki, film Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında 2016-cı ildə lentə alınıb.

 

Filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri T.Rafaella İlqar Safat, quruluşçu rejissoru İ.Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

 

Baş rolları T.Rafaella, Firdovsi Atakişiyev, M.Zəki, Elmira Şabanova, Anar Xəlilov digərləri canlandırıblar.

 

Festivalın bağlanış mərasimi isə dekabrın 3-də Olimpia stadionunda keçirilib.

 

Qədim İpək Yolu üzərində yerləşən ölkələr arasında mədəni əlaqələri, xüsusən kino istehsalı əməkdaşlığını genişləndirmək məqsədi daşıyan festivalın yekun tədbirində Çin dövlətinin rəsmiləri, tanınmış mədəniyyət xadimləri, festivalda təmsil olunan Amerika, Fransa, İtaliya, Rusiya, İran, İspaniya, Moldova, Qazaxıstan, Azərbaycan, Yaponiya, İndoneziya, Almaniya, İngiltərə, Banqladeş, Cənubi Afrika kimi ölkələrin nümayəndəlikləri kinosevərlər iştirak ediblər.

 

Əvvəlcə qırmızı xalıdan keçərək tamaşaçıları salamlayan qonaqlar, onlara təqdim olunmuş İpək yolunu anladan gəmi maketinin üzərinə öz adını yazaraq xüsusi ayrılmış divara qoyublar. Bu zaman qonaqlar aparıcıların suallarını da cavablandırıb, təəssüratlarını bölüşüblər.

 

Mükafatların təqdimatından sonra mərasim möhtəşəm konsert proqramı ilə davam edib. Proqramda dünyaca məşhur aktyor Ceki Çan da daxil olmaqla Çin Xalq Respublikasının tanınmış simaları iştirak ediblər.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet  2017.- 5 dekabr.- S.3.