"Qara qan - trilogiya"nın təqdimatı olub

 

Dekabrın 5-də Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda yazıçı-publisist Fazil Güneyin "Qara qan - trilogiya" kitabı təqdim edilib.

 

Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid açıb, F.Güneyi istedadlı qələm sahiblərindən biri kimi dəyərləndirib: "Biz vaxtilə "525-ci qəzet"də indi təqdim olunan romandan parçalar dərc etmişik. Bu nəşrin Azərbaycan oxucuları üçün qiymətli bir kitaba çevriləcəyinə inanıram müəllifi təbrik edirəm".

 

Sonra tədbirin aparıcılığı şair Çingiz Əlioğluna həvalə edilib. O, F.Güneyin həyat yaradıcılığı haqqında danışıb, müəllif yeni kitab haqqında fikirlərini dilə gətirib.

 

Türk Xalqları Beynəlxalq Assambleyasının prezidenti Yəhya Yusif Canıyar ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklər, hərbi siaysi gerçəkliklərdən bəhs edən "Qara qan - trilogiya" kitabında onun haqqında da epizodların olduğunu bildirib. "Bu kitab böyük həqiqətləri, Azərbaycan xalqının başına gətirilmiş oyunların sirlərini özündə əks etdirir. Əsər təbii gözəl alınıb".

 

Yəhya Yusif Canıyar rəhbərlik etdiyi təşkilatın İdarə Heyətinin qərarı ilə Fazil Güneyin Beynəlxalq Qızıl Medala layiq görüldüyünü tədbir iştirakçılarının diqqətinə çatdırıb. Mükafat laureata təqdim olunub.

 

Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu "Qara qan - trilogiya" Füzuli rayonunda, Cocuq Mərcanlıda məktəblərə təqdim etdiklərini deyib: "Bu kitab hər kəsin diqqətində olmalı, geniş təbliğ edilməlidir".

 

F.Güneyi yeni kitabı münasibətilə təbrik edən AYB-nin müşaviri, yazıçı Elçin Hüseynbəyli roman haqqında müsbət fikirlərini tədbir iştirakçıları ilə bölüşdükdən sonra müəllifə Birlik adından Fəxri Fərman təqdim edib.

 

Qeyd edək ki bundan öncə "Qara qan"ın birinci ikinci hissəsi işıq üzü görmüşdü. Bu kitabda isə hər üç hissə yer alıb.

 

ŞAHANƏ

 

525-ci qəzet.-2017.-6 dekabr.-S.7.