Dahi Üzeyir Hacıbəyliyə mənəvi oğulluq missiyası

 

KİVDF Layihəsi

Oxunub: 133 dəfə

                       Facebook    Twitter    MySpace    Google a - A +

 

08.12.17   15:05

Dahi Üzeyir Hacıbəyliyə mənəvi oğulluq missiyası<b style="color:red"></b>

Üzeyir Hacıbəylinin yaradıcılığı hər zaman təbliğ olunmaqda üzeyirseverlərin ürəklərində yaşamaqdadır. Lakin onun müqəddəs ruhuna olan hörmət sevgini, ehtiram hissini biz musiqiçilər onun adına layiq işlər görməklə, tədqiqatlar aparmaqla, onun əsərlərini ifalarımızda yaşatmaqla göstərə bilərik.

 

İlk musiqişünaslarımızdan olan Xurşid Ağayeva, daha sonra Elmira Abbasova, Qulam Məmmədli, Məmməd Saleh İsmayılov, Zemfira Qafarova, Zemfira Səfərova bir çox istedadlı musiqişünaslar dahi bəstəkarın yaradıcılığına dair tədqiqat işləri aparmış, Niyazi, Səid Rüstəmov, Əşrəf Həsənov, Əfrasiyab Bədəlbəyli, Rauf Abdullayev, Fəxrəddin Kərimov kimi tanınmış dirijorlar onun əsərlərinə dirijorluq etmiş, bir çox ifaçılar əsərlərini müxtəlif yerli beynəlxalq tədbirlərdə, konsertlərdə ifa etmiş, Tofiq Bakıxanov, Fikrət Əmirov, Soltan Hacıbəyov, Musa Mirzəyev, Niyazi, Süleyman Ələsgərov başqa bəstəkarlar Üzeyir Hacıbəylinin əziz xatirəsinə əsərlər yazmış, ona olan öz dərin hörmət ehtiramlarını bildirmişdilər. Lakin üzeyirsevərlər arasında xüsusi bir şəxs vardır ki, o, Üzeyir Hacıbəylinin nəinki yaradıcılığının hərtərəfli tədqiqat təbliğatçısıdır, həm onu ürəkdən sevən onun adını müqəddəs saxlayan mənəvi tələbəsi oğludur. O,Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru, istedadlı üzeyirşünas bəstəkar Sərdar Fərəcovdur.

 

Sərdar Fərəcov1984-cü ildən Üzeyir Hacıbəylinin ev muzeyinə fonoteka müdiri kimi gələrək, 2005-ci ildən bu günə kimi muzeyin direktoru vəzifəsini icra etməkdədir. O vaxtdan etibarən bəstəkar Sərdar Fərəcov ikili yaradıcılıq istiqamətində çalışmağa başlayır. Bir tərəfdən özünü müasir dövrün bəstəkarlıq tələblərinə cavab verərək Sərdar Fərəcov kimi yetişdirir, özünü elmi biliklərlə zənginləşdirir, digər tərəfdən isə o, Üzeyir Hacıbəylinin əsərlərinin tədqiqatçısına, təbliğatçısına, üzeyirşünas alimə çevrilir. Musiqişünas kimi öz qələmi ilə Üzeyir Hacıbəyliyə aid elmi-publisistik məqalələr yazır, bəstəkar nöqteyi nəzərindən isə Üzeyir Hacıbəylinin əsərlərində müəyyən korrektə, redaktə bərpa işləri aparır, direktor kimi isə bu müqəddəs ocaqda Üzeyir Hacıbəylinin adının təbliğinə dair ictimai fəaliyyət yönümlü işlər görür. Bəzən elə olub ki, o, öz fərdi yaradıcılığına bir bəstəkar kimi fasilə verərək Üzeyir Hacıbəylinin yaradıcılığında olan natamam səhifələri özünəməxsus, düzgünyönlü tədqiqetmə bacarığı sayəsində bəstəkarın öz musiqili dəsti xətti ilə muzeydə davam etdirib. Sanki Üzeyir bəyin müqəddəs ruhu bu ocaqda ona hər zaman işlərində mənəvi ata kimi yardımçı olur, ona istiqamət verir.

 

100 ilə yaxın itkin düşən sirli mistik "Şeyx Sənan" operasının librettosunun bir neçə musiqi nömrələrinin bərpaçısı da məhz Sərdar Fərəcovdur. Sərdar Fərəcov "Ər Arvad" musiqili komediyasını redaktə edərək əsəri operetta səviyyəsinə qaldıra bilmişdir. Eləcə 90-cı illərdə Azərbaycan himni kimi tanıdığımız "Azərbaycan marşı" haqda "Üzeyir Hacıbəylinin iki marşı", "Bir daha himn haqqında" adlı məqalələrdə himn barədə elmə ilk müfəssəl məlumatları o vermiş, hər iki marşı klavir partitura üçün işləmişdir. "Bahar nəğməsi", "Simfonik rəqslər", "Kolxoz çöllərində", "Xurşudbanunun ariyası", "Firuzənin ariyası" s. əsərlər Sərdar Fərəcov tərəfindən yenidən həyat qazanmışdır. Sərdar Fərəcov, həmçinin, bəstəkarın əziz xatirəsinə xor kapella üçün konsertini "Diptix" əsərini bəstələmişdir.

 

O, "Üzeyir Hacıbəyli" ensiklopediyasına 30-dan artıq məqalə vermiş, "Vətən, Millət, Ordu" məcmuəsini, "Üzeyir Hacıbəyli müasirlərinin xatirələrində", "Komediya yumorostik miniatürlər" adlı kitabların tərtibçisi, Heydər Əliyev Fondunun sifarişi ilə nəşr olunan "O olmasın bu olsun" musiqili komediyasının, "Leyli Məcnun", "Əsli Kərəm" operalarının partituralarının redaktoru, korrektoru olmuş, Üzeyir Hacıbəyliyə aid onlarla kitablara, təqvimlərə ön sözlər yazmış, maraqlı məlumatlar vermişdir.

 

Həmçinin, Üzeyir Hacıbəyliyə həsr olunmuş "Əbədi ixtifarımız" filminin ssenarisinin müəllifi olan Sərdar Fərəcov Üzeyir obrazını məharətlə təsvir etmişdir. Təbii ki, bu cür mürəkkəb işlərin öhdəsindən gəlməkdə Sərdar Fərəcova təkcə nəzəri, intellektual biliklər bəstəkarlıq bacarıqları deyil, həm Tanrı tərəfindən verilən vergi, mənəvi güc öz təsirini göstərmişdir.

 

Sərdar Fərəcov bir tədqiqatçıdan əlavə həm Üzeyir Hacıbəylinin sirli dünyasına daxil olmağı bacaran hətta Üzeyir Hacıbəyliyə məxsus müəyyən yaradıcılıq sirlərini özü ilə saxlayan bir sirdaşdır desək yanılmarıq.

 

O, hər il Üzeyir Hacıbəylinin doğum günü ilə bağlı yeni-yeni tədqiqatlar aparır, müxtəlif tədbirlər, konfranslar, konsertlər təşkil edir ki, bu da təkcə direktorluq vəzifəsindən irəli gələn məsuliyyət borc deyil... O, bu missiyanı hələ muzeyin sıravi əməkdaşı olduğu illərdən yerinə yetirməklə məşğuldur.

 

Üzeyir Hacıbəylinin ev muzeyinin keçmiş mərhum direktoru, bəstəkarın baldızı oğlu olan Ramazan Xəlilov Sərdar Fərəcovu əbəs yerə sevmirdi. Sanki bu qoca müdrik insan, Sərdar Fərəcovun Üzeyir Hacıbəyli yaradıcılığının gələcəktədqiqatçısı olduğunu duymuşdu.

 

 

Sərdar Fərəcov Üzeyir Hacıbəyli yaradıcılığını təkcə bəstəkar kimi deyil, həm musiqişünas, ədəbiyyatşünas şair kimi duyur, tədqiqatçı gözü ilə araşdırır. O, Üzeyir Hacıbəyli yaradıcılığını dərindən duyan bilən üzeyirşünaslardandır. Onun "Oxu tar", "Bahar nəğməsi", "Unudulmuş mahnı - "səni gözləyir", "Əsli Kərəm haqqında", "100 yaşlı "Leyli Məcnun", "Əgər onlar tamamlansaydı... yaşasaydı" məqalələri əsl elmi-tədqiqatın bir hissəsidir. "Ünvana çatmayan vaza", "Gəzməyə qərib ölkə", "Üzeyir bəyi rahat buraxın, cənablar", "Üzeyir Hacıbəyli erməni sənətçilərinin mədəni təcavüzü", "Dad yarımçıq əlindən", "Açıq məktub" məqalələrində isə Sərdar Fərəcov Üzeyir bəyə olan radikal münasibətlərə qarşı əsl vətəndaş etirazını bildirir bəstəkarın yaradıcılığının sanki keşiyində durur.

 

Bu gün biz Sərdar Fərəcovu Üzeyirşünas, Əməkdar incəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, bəstəkar, musiqişünas müəllim, Üzeyir Hacıbəylinin memorial ev muzeyinin direktoru kimi tanıyırıq. Bu ocaqdan kənarda Sərdar Fərəcov öz adı statusunun daşıyıcısıdır. Lakin Sərdar Fərəcov həm Üzeyir Hacıbəylinin mənəvi oğlu sayıla bilər. Məhz Üzeyir Hacıbəylinin ev muzeyində Sərdar Fərəcov ruhən mənəvi qida alır, bəstəkar kimi daha da inkişaf edir, məqsədyönlü, mübariz olmağa çalışır ən əsası burada özyaradıcılıq dünyasını tapır. Bütün bunlarla yanaşı, o, muzey rəhbəri kimi muzeyin fəaliyyətinə böyük məsuliyyət, diqqət qayğı ilə yanaşır.

 

Yalnız bu ocaqda Sərdar Fərəcov Üzeyir Hacıbəyli ilə sanki məsləhətləşir, ondan xeyir-dua alır yeni-yeni yaradıcılıq uğurlarına imza atır. Ona mənəvi ata olan Üzeyir Hacıbəyli daim ona ruhən güc verir onu bir yaradıcı insan kimi yaşadır. Bəlkə Sərdar Fərəcov ən böyük xoşbəxtliyini məhz bu ocaqda tapa bilir. Çünki məhz bu müqəddəs musiqili ocaqda mənəvi ata ilə mənəvi oğul hər zaman ruhən görüşürlər.

 

Humay FƏRƏCOVA

 

525-ci qəzet  2017.- 8 dekabr.- S.4.