Vaqifin 300 illik yubileyi Milli Dram Teatrında qeyd olundu

 

Molla Pənah Vaqifin 300 illiyi münasibətilə dekabrın 7-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yubiley tədbiri keçirilib.

 

Mədəniyyət Turizm, Təhsil nazirlikləri, eləcə Azərbaycan Milli Elmlər Akademiyası Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə respublikanın tanınmış elm, mədəniyyət incəsənət xadimləri, habelə dövlət rəsmiləri iştirak ediblər.

 

Əvvəlcə qonaqlar M.P.Vaqifin əsərlərindən, habelə şairin həyat yaradıcılığına həsr olunmuş kitablardan ibarət sərgi ilə tanış olublar.

 

Mədəniyyət turizm naziri Əbülfəs Qarayev yubiley mərasimində çıxış edərək M.P.Vaqifin ədəbiyyatımıza verdiyi töhfələrdən söz açıb: “Dövlətimiz tərəfindən, tanınmış şəxsiyyətlərin yubileylərinin yüksək səviyyədə qeyd edilməsi, əsərlərinin nəşri təbliği uzun illərdir ki, ənənə halını alıb. Molla Pənah Vaqifin yubileyinin qeyd edilməsi təkcə ölkəmizlə məhdudlaşmır, demək olar ki, bütün türk dünyasında bununla bağlı silsilə tədbirlər keçirilib. Akademik Nizami Cəfərovun şairin həyat yaradıcılığından bəhs edənMolla Pənah Vaqif”, Milli Kitabxananın hazırladığıMolla Pənah Vaqifbiblioqrafiyası Nazirliyin, “Molla Pənah Vaqif dünya dillərindəkitabı isə TÜRKSOY-un dəstəyi ilə nəşr edilib. Ulu Öndər Heydər Əliyevin zəngin Azərbaycan ədəbiyyatının inkişafına onun görkəmli nümayəndələrinin dünyada tanınmasına göstərdiyi diqqət qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Molla Pənah Vaqifin 300 illik yubileyinin qeyd olunması da bu siyasətin bariz nümunəsidir”.

 

TÜRKSOY-un baş katibi Düsen Kaseinov rəhbəri olduğu qurumun görkəmli şairə həsr etdiyi tədbirlərdən söz açaraq deyib ki, TÜRKSOY “Molla Pənah Vaqif İliçərçivəsində çoxsaylı tədbirlər keçirib, elmi-konfranslar təşkil edib. Dekabrın 22-də isə Şimali Kiprdə Vaqiflə bağlı tədbirin təşkili nəzərdə tutulur.

 

Kabardin-Balkar Respublikasının Yazıçılar İttifaqının sədri Mütəllib Behbayev Vaqif şeirlərinin fəlsəfi məzmunu, yazı dilindəki rəvanlıq, onun siyasi dövlət işlərindəki tarixi fəaliyyətini yüksək qiymətləndirib.

 

Tədbir tanınmış ifaçılar tərəfindən təqdim olunan konsert proqramı ilə davam edib.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet  2017.- 9 dekabr.- S.7.