Amerika sevdası, yaxud boşa çıxmış xəyallar

 

Hekayə

 

İşdən yenicə qayıtmışdım. Çox keçmədən, həyat yoldaşım da gəldi. İçəri girən kimi təntənə ilə dedi:

 

- Xəbər, şad xəbər! Anam tapılıb! Amerikada! Miçiqan ştatının Enn-Arbor şəhərində!

 

- Anan tapılıb? Amerikada? Miçiqanda? - Gözaydınlığı vermək əvəzinə ağlaya-ağlaya dedim: - Yalanlarının üstü açılır. Bəs mənə demişdin ki, anam rəhmətə gedib! , deməmişdin?

 

- And olsun bizi yaradana, elə bilirdim. Nənəm , atam da mənə demişdilər ki, anam ölüb. Məni doğan zaman. Qan itirib, xilas edə bilməyiblər... Daha başqa şey deməmişdilər. Mən hardan biləydim ki, onlar düz demirlər? Bir özün fikirləş...

 

- Bilmisən, məndən gizlətmisən. Başqa şeyləri məndən gizlətdiyin kimi...

 

- Heç başqa şeyləri gizlətməmişəm. Sadəcə, onları əhəmiyyətsiz sayıb sənə deməmişəm. Sənsə həmişə məndən şübhələndiyinə görə milçəyi böyüdüb fil eləmisən...

 

- Hələ bir danışırsan, hələ bir özünü təmizə çıxarırsan?

 

- Özümü təmizə çıxarmıram, olanı deyirəm. Bir ki, səni niyə aldatmalıydım? Niyə?

 

 - Sualı özünə ver. Məndən niyə soruşursan?

 

Heç vaxt ona inanmamışdım. Çünki sevərək ailə qurmamışdım onunla. Anamın təkidi ilə ərə getmişdim. Uzaq qohumlarından idi anamın. İrandan köçüb bura gəlmişdi. İş adamı idi... "Ailə qurandan sonra yavaş-yavaş sevəcəksən. Vaxtilə mən sənin kimi olmuşam, sonra sevmişəm. Heç peşman da deyiləm. Bir ki, kim gəldi qapıya mən geri qaytardım? İndi, bala, zəmanə dəyişilib. Cavanların çoxu imkanlı adamların qızları ilə evlənmək istəyir. Qayınataya sığınıb vəzifə əldə etmək, ev-eşik, villa sahibi olmaq marağındadırlar. Bizim kimi adamların qızını ancaq bizim kimi adamların oğlanları alar... Daşı tök ətəyindən, razılaş..." Bunu o vaxt, yoldaşım tərəfin adamları bizə elçi gəlmək ərəfəsində anam demişdi. Mən xeyli tərəddüddən sonra razılığımı bildirdim. Birinci uşağımız oldu, onu sevə bilmədim. İkinci uşağımız oldu, yenə sevə bilmədim. Mənsə sevmək istəyirdim. İstəyirdim ki, onu dəlicəsinə sevim. O da bunu istəyirdi. Di gəl ki, mən sevə bilmirdim. Elə ona görə ona inanmırdım, hər sözünə şübhə edirdim. Bu da növbəti şübhə. Anası ola-ola gizlədib... Mənə yalan danışıb. İndi onu nəyə görə sevə bilmədiyimi dərk etdim. Deməli, haqlı imişəm... Ağlayırdım. Ağlaya-ağlaya ona baxdım. O da yazıq bir görkəmlə mənə baxdı: günahsız olduğunu sübut edə bilmədiyi üçün əzab çəkirdi. İlk dəfə inandım ki, yalan demir. İlk dəfə ürəyimdə ona qarşı bir sevgi yarandı. Əslində, buna hələ sevgi demək olmazdı. Mənım ona yazığım gəlirdi, ürəyim yanırdı. Ola bilsin ki, bu duyğular ona qarşı yaranmaqda olan məhəbbətimin ilk əlamətləri idi. Yavaş-yavaş özümə gəldim.

 

- Deməli, anan sağdır...

 

Həyat yoldaşım məndəki dəyişikliyi görüb cürətləndi.

 

- Məni ora dəvət edib. Viza gediş-gəliş pulunu da göndərib.

 

- Elədirsə, yerinə bildir, lazımi sənədləri düzəldib aidiyyatı yerlərə təqdim et, - dedim.

 

lll

 

Sənədləri düzəldib Amerikaya getdi. Çatan kimi telefon zəng eləmişdi:

 

- Anam varidatını adıma keçirib. Sənə uşaqlara viza göndərəcək. Çalış evi sat, sata bilməsən, qohumlardan birinə həvalə elə. Orada ləngimə. Tez gəl... Sənsiz yaman darıxıram...

 

Qəlbimin bir tərəfində qəribə istilik hiss elədim. Bu istilik deyildi, hansısa yaranın sağalması ilə bağlı keçirdiyim xoş bir duyğu idi. Belə duyğunu deyəsən, bu yaxınlarda da keçirmişdim. , yadıma düşdü; anasının Amerikada tapılmasını mənə deyən vaxt, daha doğrusu, yazıq-yazıq mənə baxanda, deyəcəyimi gözləyəndə. İlahi, mən bu anı illərlə gözləmişdim, həsrətini çəkmişdim... nədənsə bir el məsəli yadıma düşdü: "Bədbəxtlik gələndə üzünü görmə, xoşbəxtlik ". Budur, illərlə gözlədiyim o isti duyğu ürəyimə dolmaqdadır, bir tərəfdən heç yuxuda belə görə bilmədiyim var-dövlət... Bu gün-sabah hər şey bir nağıla dönəcəkdi. Zarafata gəlməsin, Amerikaya gedirdik... Villa, var-dövlət sahibi olurduq. Ailəmizi bundan sonra başqa bir həyat gözləyirdi. Vaxtımızın çoxunu səyahətlərdə keçirəcəkdik. Yeni dostlar, görmədiyimiz yerlər...

 

Oğlumdan da, qızımdan da arxayın idim. İngiliscə yaxşı bilirdilər. Başqa fənləri pis oxumurdular. Texniki sahəyə meylli idilər. Testlə imtahan verib Miçiqan universitetinə girəcəkdilər... Özümsə ərəb ingilis dillərini mükəmməl bilirdim, çox güman ki, səfirliklərin, yaxud şirkətlərin birində işləyəcəkdim. Ərimsə Tehranda doğulmuş, orada böyümüş, Tehran Universitetinin tibb fakültəsinin cərrahlıq şöbəsini bitirmişdi. Deməli, Amerikada tapmaq onun üçün çətin olmayacaqdı. Nigarançılığım yoldaşımla aramda olan münasibətdən idi. Hiss edirdim ki, o da yavaş-yavaş düzələcək. Son hadisələrdən bunu duyurdum.

 

... düşünmüşdümsə, o da oldu. Yoldaşımın anası bizi böyük sevgi ilə qarşıladı. Qayınanamın iki mənzili var. Özü Miçiqan Universitetinin yaxınlığında yaşayır, biz isə on beş kilometr aralıda, onun ikinci evində. O, öz işlərilə məşğuldur, biz öz işimizlə. Amma indiyədək mənim üçün, lap elə yoldaşım üçün sirr kimi qalan bir məsələ - onun Tehrandan bura gəlməsi - barədə danışmamışıq. o söhbət açıb, biz soruşmuşuq. Təbii ki, biz bu məsələnin necə olduğunu bilməyə çalışırıq. Daha çox da yoldaşım. Amma özü bu barədə söz açmağa tələsmir... Yəqin ki, gec-tez bu məsələ aydınlaşacaq. , bu belə...

 

 ...Oğlumla qızım Miçiqan Universitetinin mühəndislik fakültəsində təhsil alırlar. Həyat yoldaşım Miçiqan Universitetinin nəzdində olan böyük bir xəstəxanada işləyir. Anasının köməyilə işə düzəlib, elə onun rəhbərliyi altında çalışır. Qayınanam  xəstəxanada böyük nüfuz sahibidir. Özüm hələ növbəsinə dayanmışam. Dubayın bir ticarət şirkəti burada fəaliyyət göstərəcək. Deyiblər ki, o şirkət üçün tərcüməçi işləyəcəyəm. Yaxın günlərdə şirkət işə başlayacaqdı.

 

Bir müddət belə keçdi. Güzəran cəhətdən çətinlik çəkmirdik. Yoldaşım kifayət qədər maaş alırdı. Gəzinti səyahətlərə pul xərcləməyə imkanımız olurdu. Qayınanam maaşının bir hissəsini bizə verir, oğlumla qızımın təhsil haqqını ödəyirdi. Ən yaxşı hal isə bu idi ki, mən ərimi sevməyə başlamışdım. Bu hissim gündən-günə güclənirdi. hərdən öz-özümə sual verirdim ki, necə olub, əvvəllər onu sevməmişəm?! Cavab tapa bilmirdim. Amma yenə sual verirdim: "Axı mən onu niyə sevmirdim? Niyə? İndi onu var-dövləti olduğuna görəmi sevirəm?" Nahaq yerə özümü yorurdum. Çünki bu suallara cavab tapılmayacaqdı. Yox, yox, sualların cavabını tapdım. Ona yazığım gəlirdi. İllər boyu yetim kimi böyümüşdü, ana sevgisindən məhrum olmuşdu. Bu əzablardan sonra anasına qovuşmuşdu. Di gəl ki, anası öz ürəyini ona açmırdı... İndi onun mənəvi əzabı əvvəlkindən qat-qat artıq idi. Əzabını azaltmaq üçün onu sevir, qayğısına qalırdım. Əvvəllər bu onun xoşuna gəlirdi, sevincindən uçmaq istəyirdi. Sonralar bunu başa düşdü, yavaş-yavaş məndən, uşaqlardan soyudu. Evə gec gəlməyə başladı. bir gün evə heç gəlmədi. Zəng vurub qayınanamdan onu soruşdum. O isə çox soyuqqanlı halda dedi: - Bura Amerikadır, insanlar hər cəhətdən, elə ailə-məhəbbət  məsələsində tamam azaddır. Burada heç kim heç kimə zor edə bilməz. Mən edə bilərəm ki...

 

Bu azad dünyada yamanca artıq darıxıram indi. Daha məni səfərlər cəlb edir, buradakı şərait. Amerika da gözümdən düşüb, gözəl, mənzərəli Enn-Arbor şəhəri . Deyəsən, geriyə qayıtmalı olacağam. , lap elə günü sabah...

 

Bayram İSGƏNDƏRLİ

525-ci qəzet.-2017.-13 dekabr.-S.8.