Mübarək!

 

Oqtay Rzanın şeiri

 

Yazıçı-dramaturq İmir Məmmədliyə

 

Efirdən yayılan xəbər xoş, yeni,

Sıxır məngənə tək yadı, xaini!

Gəlin, alqışlayaq İctimaini

İmir Məmmədlinin yubileyində!

 

yersiz kükrəyək, vaxtsız coşaq,

Haqq sözü söyləyək, qəlbən danışaq.

Xəyalən keçilməz sərhədlər aşaq

İmir Məmmədlinin yubileyində!

 

Qabaqda yaşının hələ yüzü var,

Gürcü dilində ürək sözü var;

Ay ellər, yaxşı özü. Özü var,

İmir Məmmədlinin yubileyində!

 

Kaş ki, üzümüzə dövran güləydi-

Ərdəbil, Borçalı, Dərbənd gələydi,

Üçü "mübarək!" deyə biləydi

İmir Məmmədlinin yubileyində!

 

Layiqli övladdır Azərbaycana,

Adı əks etdirir dəyərli məna!

Bütövlük yazarı söyləyək ona-

İmir Məmmədlinin yubileyində!

 

525-ci qəzet.-2017.-13 dekabr.-S.8.