Milli Kitabxanada Hindistan səfiri ilə görüş olub

 

Dünən Hindistanın ölkəmizdəki səfiri Sancay Rana Azərbaycan Milli Kitabxanasını ziyarət edib. Milli Kitabxananın direktoru Kərim Tahirov qonağı salamlayaraq, bu sahə üzrə əməkdaşlıq haqqında fikirlərini bölüşmüş, Hindistan Milli Kitabxanası ilə əlaqələrin vacibliyindən danışıb.

 

Səfir Milli Kitabxanada olmaqdan məmnunluğunu bildirib, Azərbaycan Hindistan arasındakı əlaqələrdən danışıb Atəşgah məbədinin ortaq mədəniyyətə sahib olduğumuzu göstərdiyini qeyd edib. Qonaq öz ölkəsinin tarixi, coğrafiyası, mədəniyyəti ilə bağlı nəşrlərdən Milli Kitabxanaya hədiyyə edəcəyini Milli Kitabxanada Hindistana dair ədəbiyyatın daha da zənginləşdirilməsinə çalışacağını bildirib. O, Hindistanda fəaliyyət göstərən Müəllimlərin Tədris Araşdırma Milli Texniki İnstitutu barəsində məlumat verib, Milli Kitabxananın işçilərini həmin kurslarda iştiraka dəvət edib. Səfir böyük hind ədibi Rabindranat Taqorun 150 illiyilə əlaqədar nəşr olunmuş kitabı Milli Kitabxanaya hədiyyə verib. K.Tahirov isə "Milli Kitabxana. Fotoalbom" (Azərbaycan, rus ingilis dillərində), "Azərbaycan musiqi alətləri" (Azərbaycan ingilis dillərində) kitablarını Azərbaycan xəritəsini qonağa bağışlayıb.

 

Daha sonra səfir Milli Kitabxananın nəzdində fəaliyyət göstərən "Açıq kitabxana" ilə tanış olub, bu təcrübənin çox kreativ bir layihə olduğunu xüsusi vurğulayaraq, "Xatirə kitabı"na ürək sözlərini yazıb.

 

ŞAHANƏ

525-ci qəzet 2017.- 14 dekabr.- S.2.