Yazıçı Əkrəm Qaflanoğlunun qubalı şagirdlərlə görüşü olub

 

Bugünlərdə Quba rayonunun şəhid Elman Məmmədov adına Səbətlər kənd tam orta məktəbində yazıçı-publisist, "Qızıl kəlmə" mükafatı laureatı Əkrəm Qaflanoğlu ilə görüş keçirilib. 

 

Görüşü məktəbin direktoru Məmməd İsmiyev açaraq ölkəmizdə gedən hərtərəfli inkişafdan danışıb, təzə tikilmiş məktəb binasının da bu inkişafın bir nümunəsi olduğunu vurğulayıb: "Bu kənd məktəbinin yetirməsi olan Əkrəm Qaflanoğlu  ilə görüş də əslində, bu uğurlu tərəqqi yolunun bir maraqlı dayanacağıdır”.

 

Görüşdə məktəbin müəllimləri Teyfur Quliyev, Dilşad Adilova, Akif Zeynalov, Hicran Cümşüdov, Bakıdan gəlmiş qonaqlardan şair Tofiq Nurəli, nasir Rövşən Yerfi çıxış edərək Ə.Qaflanoğlunun ədəbi yaradıcılığı və elinə bağlılığı haqqında fikirlərini bildirib, ürək sözlərini şagirdlərlə bölüşüblər.

 

Tədbirdən sonra məktəbin həyətində bu görüşdən xatirə olaraq çinar ağacı əkilib. Belə qərarlaşdırılıb ki, kənddəki yaşıllığın artırılması üçün hər il "Ağac hədiyyəsi günü" keçirilsin. Ə.Qaflanoğlunun irəli sürdüyü bu xeyirxah təşəbbüsün genişlənərək rayonda və ölkədə yayılmasını iştirakçılar ürəkdən dəstəkləyiblər.

 

Məcid HƏSƏNLİ

 

525-ci qəzet 2017.- 15 dekabr.- S.4.