Vüqar Rəhimzadənin 50 illik yubileyi münasibəti ilə tədbir

 

TƏDBİRDƏ YUBİLYARIN YENİ ÇAPDAN ÇIXMIŞ KİTABININ TƏQDİMATI OLUB

 

Dekabrın 20-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin "Söz mətbuat azadlığı demokratik inkişafın əsası kimi: Azərbaycan təcrübəsi" monoqrafiyasının təqdimatı 50 illik yubileyinə həsr olunmuş "Qələmdən süzülən qüdrət" mövzusunda tədbir keçirilib.

 

Tədbirdə giriş nitqi ilə çıxış edən BSU-nun rektoru Nurlana Əliyeva Vüqar Rəhimzadəni 50 illik yubileyi münasibətilə təbrik edərək azad sözün informasiya təminatının cəmiyyətin bütün təbəqələri üçün aktuallığından söz açıb, yubilyarın monoqrafiyasının məziyyətlərinə diqqəti çəkib.

 

Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu Azərbaycan mətbuatının ən incə məqamlarından bəhs edən monoqrafiyanın qiymətli əsər olduğunu söyləyib: "50 illik yubiley həm bir hesabatdır. Vüqar müəllim bizə fundamental əsaslı, olduqca önəmli kitab təqdim edir. Düşünürəm ki, bu nəşr söz mətbuat azadlığına, eləcə demokratiyanın inkişafına xidmət edən fundamental əsərdir. Söz mətbuat azadlığı dedikdə, bu, yalnız media sahəsində deyil, eləcə , cəmiyyətdə azad təfəkkür deməkdir. Azadlıq, ümumiyyətlə, ruhun substansiyasıdır. İnsan övladı yarandığı gündən azadlığa meylli olub. Bu, fərdi hadisə deyil, cəmiyyətin məhsuludur. Monoqrafiyaya rəy yazan biri kimi, bu əsəri diqqətlə oxumuşam. Düşünürəm ki, monoqrafiya informasiyalı cəmiyyət quruculuğuna dəstək baxımından da faydalıdır".

 

Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu isə bildirib ki, Vüqar Rəhimzadənin təkcə "İki sahil" qəzetindəki fəaliyyətini xatırlatmaq kifayətdir ki, onun Azərbaycan jurnalistikasının inkişafı üçün gördüyü işlər göz önündə canlansın: "Gənc yaşlarından mətbuatda olan Vüqar müəllim cəsarətli yazılarla çıxış edirdi. Bu gün rəhbəri olduğu "İki sahil" qəzeti eyni missiyanı yerinə yetirir. Azərbaycan jurnalistikasının təməl prinsiplərinə söykənərək həm mətbuatın, həm azad sözün demokratiyanın inkişafına xidmət edir. Düşünürəm ki, bu monoqrafiya xüsusilə gənc jurnalistlər üçün əsl qaynaq olacaq".

 

Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli isə Vüqar Rəhimzadəyə 50 illik yubileyi təqdimatı keçirilən monoqrafiyanın işıq üzü görməsi münasibətilə təbriklərini çatdıraraq bunları deyib: "Bu kitabda xeyli sayda mənbələrdən istifadə edilib. Bu qədər mənbəyə əsaslanan bir monoqrafiyanı qələmə alıb dərc etmək elə asan başa gəlməyib. Amma mündəricatdan görünür ki, monoqrafiya önəmli məsələlərin həllini ortaya qoyur, Qərb mətbuatı ilə müqayisəli təhlillər aparılır. Ümid edirəm ki, bu nəşr sistemli şəkildə mətbuata öz töhfəsini verəcək".

 

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Vüqar Rəhimzadənin medianın inkişafına verdiyi töhfələrdən danışıb. O bildirib ki, Vüqar Rəhimzadə Mətbuat Şurası yaranandan bu qurumun üzvüdür: "Şuranın işinin ağırlığı onun üzərinə düşür. İstər şikayətlərin araşdırılmasında, istərsə qurumun müxtəlif tədbirlərində yaxından iştirakı ilə fərqlənir”.

 

"Jurnalistika elə bir sahədir ki, onu başqa heç bir peşə ilə müqayisə etmək mümkün deyil. Bir insanın aldığı informasiya onun həyatında əhəmiyyətli rol oynayır. Təsəvvür edin, bir gün internet, televiziya, mətbuat orqanları olmasa, cəmiyyətin həyatında hansı dəyişikliklər baş verər. Jurnalistika Azərbaycanın daxili inkişafında olduqca mühüm rol oynayır. Vüqar Rəhimzadə monoqrafiyasında bu iki məqamı ustalıqla birləşdirə bilib. Düşünürəm ki, uzun illər bu sahədə təcrübəsi olan bir insanın ərsəyə gətirdiyi monoqrafiya Azərbaycan mediası üçün son dərəcə vacib və faydalıdır. Onu da deməliyəm ki, yubilyar əsl jurnalist olmaqla yanaşı, qayğıkeş və səmimi dostdur, gözəl ailə başçısıdır", - deyən Ə.Amaşov medianın inkişafındakı xidmətlərinə və 50 illik yubileyinə görə V.Rəhimzadəni rəhbərlik etdiyi qurumun diplomu ilə təltif edib.

 

Sonda çıxış edən V.Rəhimzadə yaradıcılığına verilən dəyərə və xoş sözlərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.

 

CEYHUN

525-ci qəzet.-2017.-22 dekabr.-S.2.