Ağamusa Axundovla bağlı kitab sərgisi

 

M.F.Axundzadə adına Milli Kitabxanada Azərbaycanın tanınmış ədəbiyyatşünası, dilçi türkoloq alimi, akademik Ağamusa Axundovun anadan olmasının 85 illiyi münasibətiləAğamusa Axundov-85” adlı kitab sərgisi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə alimin elmi əsərləri, haqqında yazılmış Azərbaycan rus dillində olan kitablar dövri mətbuat materialları nümayiş olunur.

Hər kəsin ziyarət edə biləcəyi kitab sərgisi bir həftə davam edəcək.

Qeyd edək ki, Milli Kitabxanada mütəmadi olaraq Azərbaycanın görkəmli ədiblərinin elm adamlarının xatirəsinə həsr olunmuş kitab sərgiləri açılır.

 

525-ci qəzet.- 2017.- 4 fevral.- S.13.