Dörd yaşanmış gün

 

İnsanın fitrəti qəribədir, çox vaxt heç və istəyini özü də sonadək anlaya bilmir.

Sevgi və nifrət, vüsal və ayrılıq kimi işlərin arasında elə hey vurnuxur. Həyatın bu qaçaqaç, qovhaqov oyun meydançasında başı elə qarışır ki, vaxtın necə sürətlə keçdiyindən xəbər tutmur. Bir an nəfəsini dərib geriyə boylanmaq istəyi ilə ayaq saxlayanda götürdüyünüz zaman bitirdiyini, Nisə ömür adlanan tanrı töhfəsi olduğunu başa düşür. İlk sevinci, kədəri, sevgisi nifrəti günahı savabı ilə bükülü zamanın arxivinə ötürdüyü ömrü...

Elə mən bu insanlardan biri. Beləcə, dünyanın mənə aid pəncərəsindən həyata boylana-boylana gəlib çıxdım 2014-cü ilin sonuna - növbəti məzuniyyət vaxtına.Soruşdular, harasa gedəcəksənmi? Haqlı sual idi, elə cavab da özlərindən gəldi. Dedilər indi getməsən, ta sonra vaxt gedəcəksən? Burada isə yerli-yerində işlənmiş bir az qayğı, bir az da dost tənəsi vardı.

Qərara almışdım, imkan tapsam, respublikadan kənara çıxacaqdım. Çünki ara-sıra ölkəmizin müxtəlif məkanlarına yolum düşsə , xaricdə heç vaxt olmamışdım.

...Beləcə, ev qayğılarından bir neçə günlük olsa uzaqlaşıb, həyat yoldaşım qızımla yol başladıq üzü Gürcüstana. Axşamüstü gəlib çatdı. Vurğun yurdu Qazaxa. Dostumuz Cavanşir müəllim bizi qarşılayıb evə apardı. Əvvəldən danışdığımız kimi, Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin sədri Barat Vüsal da axşam təşrif gətirdi bu ocağa. Evin xanımının açdığı süfrə arxasında başlayan şirin söhbətimiz gecə yarıyacan çəkdi. Qeyd edim ki, Barat müəllim, bir az da sabirabadlı sayır özünü, çünki təyinatla bizim Çöl Beşdəli kənd tam orta məktəbində müəllim işləyib. O zaman Təhsil Şöbəsinin müdiri olan Lələş müəllimi hörmətlə xatırlayır. Çox söhbətcildi, o qədər maraqlı cazibəli danışır ki, sakitcə qulaq asırıq. Elə Cavanşir müəllim ondan geri qalan deyil. Səhər saat beşdə çıxmalıyıq ki, sərhəd keçid məntəqəsində tünlüyə düşməyək.

Obaşdan yola çıxıb, dostumuzun müşayiəti ilə gəlib yetişirik həmin məkana. Cəmi bir neçə metrlik məsafə, iki dövlətin ərazisini bir-birindən ayıran sərhəd postu. Beynimdən sürətlə bu sətirlər keçir. 

 

Kim bölüb dünyanı belə yüz yerə,

Saat da bağışlayıb şəhərə, kəndə,

Yaradan Allahdır ayıran bəndə,

Soruşma, bu elin harasındanam,

Böyük Azərbaycan torpağındanam...

 

Xoşbəxtlikdən, yoxlama çox vaxt aparmır , saat 7-də artıq maşınımız Tiflisə doğru istiqamət götürmüşdü. Bizə bələdçilik edən Gürcüstanla həmyerlimizdə keçdiyimizi yaşayış məntəqələri haqqında məlumat verdi. Günortaya yaxın tamamilə yerbəyer olub, şəhərlə tanışlıq planlarımızı qururduq.

İlk günümüzü həyat yoldaşımın sağlamlıq probleminin çözümü üçün Tiflis Diaqnostika Mərkəzində əridirik. Axşam saat 6-da işimizi bitirib geri dönürük. Çox yorğun, həm səhərdən ac olduğumuzdan, yolüstü yeməkxanaların birində gürcü yeməklərinin tamına baxırıq. Yeməkləri dadlı olsa da, çox duzlu istiotlu hazırlanır.

Sabahdan şəhərlə tanış olacaq, müxtəlif görməli məkanlarına baş vuracaq bir sözlə, əməlli-başlı gəzəcəkdik.

Kirayə qaldığımız həyətdən baxanda şəhərin bir gözəl tablosu açılır qarşımızda. Piyada üzüaşağı düşərək, Meydan adlanan ərazisini adlayıb, şəhərin tən ortasından keçən Kür çayı sahilinə çatırıq. Bir tərəfi prospekt, digəri hündür qayalar üzərindəki qədim tikililərlə əhatələnmiş çaya burada dəli demək olmaz. Körpüdən aşağı sahildə çaya balıq tutmaq üçün tilov atan adamlar görünür. Suyun üzərində isə dəstə-dəstə quşlar yem üçün enib-qalxırlar.

Şəhərin həm havası, həm özü çox təmizdir,  gözəldir. Əsrlərdən gələn qorunub saxlanan qədimlik insana rahatlıq gətirir. Adamları da çox mehriban qayğıkeşdirlər. Çöhrələrində daim bir ilıq təbəssüm kölgəsi gəzirdi, sanki heç birinin qayğısı, problemi yoxdur. Müsafir olduğumuzu biləndə isə daha da diqqət qayğı göstərirlər. Şəhərdə tünlük var, insanları təngə gətirən maşın tıxacı. Çox bahalı maşınlar da tək-tük gözə dəyir.

Gəzə-gəzə gəlib prospektin kənarında salınmış, Heydər Əliyevin adını daşıyan parka çatırıq. Parkın mərkəzində ulu öndərin hündür postament üzərində büstü ucalır. Onu ziyarət etdikdən sonra üzüyuxarı Botanika bağına sarı qalxırıq. Yolüstü müsəlmanların ibadət yeri olan məscid diqqətimizi çəkir. Ümumiyyətlə, bu şəhərdə çoxlu qədim kilsə sinaqoqlar var.

Gürcülərdə qafqazlılara xas istiqanlılıq duyulur. Tez-tez uzaq məsafələrə getmək üçün taksidən istifadə etmək lazım gəlir, qiymət danışmadan mənzilbaşına çatdırırlar.

Bir xarici maşın əyləci basıb saxlayır, cavan sürücü rus dilindəxahiş edirəm, əyləşin, aparım sizi, qonaq edirəmsöyləyir, yaxına getdiyimizi desək təkid edir, əyləşirik. Haradan gəldiyimizi biləndə Bakını çox sevdiyini, orada çoxlu dostları olduğunu həvəslə bildirir. Botanika bağı böyük geniş bir ərazini əhatə edir, bir günə gəzib başa çıxmaq çətin olar. Bağın o biri başına çayın sağ sahilindən kanat işləyir. Köhnə qala divarları ilə əhatələnmiş bu məkanın qış mənzərəsi gözəldir. Gecə işıqlar yananda uzaqdan bu məkan lap nağıllardakı kimi füsunkar görünür.

Səhəri gün evdən çıxıb piyada Ablovari metrostansiyasına qədər gəlirik. Metronun qarşısında canlı musiqi sədaları altında gənc bir oğlan şıdırğı rəqs edir, dayanıb tamaşa edənlər çox şad görünür. Eskalatorla aşağı enirik. Divarlar tavan adi suvaqla suvanmış rənglənmişdir, işıq düşəndə səthinin nahamarlığı kələ-kötürlüyü aydın görünür. Qatara oturub iki dayanacaq sonra Rustaveli prospektinə açılan eyniadlı stansiyada yerin üstünə çıxırıq. Prospektdə şairin əzəmətli heykəli qarşılayır bizi.

Prospekt boyu hər tərəfə diqqətlə tamaşa edə-edə irəliləyirik. Bircə anda sanki keçmişə düşürük. Burda Bakıda çoxdan ləğv olunmuş küçə ticarəti hələ qalır. Hətta qovrulmuş günəbaxan tumu satan qadınlara belə rast gəlirsən. Enli, dairəvi hündür sütunlarına üst-üstə cürbəcür reklam afişalar yapışdırılmış, qarşısında ən müxtəlif bəzək əşyaları suvenir, portretlər, gürcü milli baş geyimləri müxtəlif xırdavat satılan binanın Gürcüstanın Mədəniyyət Nazirliyi olduğunu biləndə isə lap çox təəccüblənirik. Küçədə iri mağazalar, yaraşıqlı hökumət, bank yaşayış binaları da yerləşir şəhərin ümumi müsbət aurası, burada da hiss olunur. Yeri gəlmişkən, diqqətimi çəkən bir məqamı da qeyd etmək istəyirəm. Tiflisdə küçədə, metroda telefon qurdalayan, qulaqlıqla gəzən bir gənc gözümə dəymədi...

Yaşlı gürcü qadın haradan gəldiyimizlə maraqlanır. Qızım ağızdolusu Azərbaycanda, Bakıda gedən inkişafdan danışır. Qadın dinləyib rus dilində iki kəlmə söyləyir: “Afərin Əliyevə!” Bu ifadə içimizi fərəh iftixar hissilə doldurur. 

 

Bu şeiri sənə yazıram,

Başına döndüyüm şəhər,

Bir tikə sevinc payımı,

Tən yarı böldüyüm şəhər.

 

Uzaqdan qatarlar keçər,

Xəyalımı doğrar, biçər,

Dalanında, küçəsində

Xatirə olduğum şəhər.

 

Nəhayət, səfərimizin son günü gəlib çatır. Gəzib görə bilmədiyimiz çox yerlər var hələ, amma M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinə baş çəkmədən qayıda bilmərəm.

Əvvəlcə kanata oturub şəhərin seyrinə çıxırıq. Günortadan sonra muzeyin yerləşdiyi ünvana yollanırıq. Burada bələdçi qız bizi hörmətlə qarşılayıb, dramaturgiyamızın banisi, Şərqin Volteri olan M.F.Axundzadənin yaşayıb-yaratdığı məkanla həvəslə tanış edir.

Məlum olur ki, Azərbaycan teatrı ədəbiyyatının ilk təməl daşını qoyan ədib öz əbədiyaşar əsərini üzü Kür çayına baxan balkonunda oturub yazırmış. Muzeyi əvvəllər 3 otaqdan ibarət olsa da, az sonra ölkəmizin Prezidenti cənab İlham Əliyevin göstərişi ilə genişləndirilərək təmir edilmiş və 2013-cü ildə yenidən istifadəyə verilmişdir. Burada kitabxana, tikmə, xalça toxuculuğu, rəsm və sair dərnəklər də fəaliyyət göstərir. Azərbaycanlılarla yanaşı, gürcü uşaqları və gəncləri də muzeyin xidmətindən istifadə edirlər.

Muzeyin direktoru Leyla xanımla görüşüb söhbət edirik. Məlum olur ki, burda tez- tez ədəbi-mədəni tədbirlər keçirilir. Gələndə özümlə kitab gətirmədiyimə görə təəssüflənirəm. Leyla xanım Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsərini hədiyyə olaraq bizə bağışlayır və bərabər xatirə şəkli çəkdiririk.

...Artıq axşam düşür, hava qaralır. Qədim şəhər işıqları sayəsində daha cazibədar və əzəmətli görünür, hava sakitmülayimdir. Başımı qaldırıb göy üzünə baxıram. Ay da, ulduzlar da elə ana yurdumuzda olduğu kimi, mehribandır, sevgisini qısqanmadan bərabər paylayır yer üzünə. Düşünürəm, görəsən, ortaq günəşi, ayı, gündüzü, gecəsi, havası, suyu olan insanlar arasında ayrı- seçkiliyə, çəkişmələrə, savaşlara səbəb nədir, nəyi bölüşə bilmir insan...

Səhər saat 7 -də qədim və gözəl Tiflis şəhəri ilə, yenidən görüşmək arzusuyla vidalaşırıq. Azərbaycana gözümüz, könlümüz dolusu xatirə aparırıq özümüzlə. Xatırlamağa dəyər...

 

Şahnaz ŞAHİN

 

525-ci qəzet.- 2017.- 4 fevral.- S.12 - 17.