Sahibkarlara edilən güzəştlər ümumi inkişafa töhfə verir

 

"2017-ci ildə regionların sosial-iqtisadi inkişafı və xarici investisiyaların cəlb edilməsi prioritet olacaq"

 

Xəbər verdiyimiz kimi, yanvarın 30-da Heydər Əliyev MərkəzindəAzərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib.

Konfransdakı çıxşında 2016-cı ildə Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini, bütün əsas vəzifələrin icra olunduğunu deyən prezident İlham Əliyev bildirib ki, dünyada neftin qiyməti üç-dörd dəfə aşağı düşüb, qlobal iqtisadi böhran daha da dərinləşib: “Amma əvvəlki illərdə görülmüş işlər islahatlar nəticəsində 2016-cı ildə Azərbaycan iqtisadiyyatı inkişaf etmiş, bütün əsas vəzifələr icra olunub. Kənd təsərrüfatı 2,6 faiz, ölkəmizin qeyri-neft sənayesi isə 5 dəfə artıb. Keçən il yüz mindən çox daimi yeri yaradılıb”.

Valyuta ehtiyatlarının hər bir ölkənin iqtisadi imkanlarını, iqtisadi müstəqilliyini möhkəmləndirən amil olduğunu deyən ölkə başçısı qeyd edib ki, Azərbaycanda valyuta ehtiyatları qorunub: “Halbuki neftlə zəngin olan ölkələrin böyük əksəriyyəti öz valyuta ehtiyatlarının bir hissəsini xərcləyib. Xarici borcun artmaması üçün xarici kreditlər yalnız Azərbaycan üçün strateji əhəmiyyət daşıyan layihələrə alınmalıdır”.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində bölgələrimizin simasının dəyişdiyini gözəlləşdiyini deyən ölkə başçısı çıxşında qeyd edib ki, 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı tarixi hadisədir tarixi nailiyyətdir: “Yenidən qurulmuş sosial-iqtisadi infrastruktur bundan sonra onilliklər ərzində Azərbaycan xalqına dövlətinə xidmət edəcək. 2004-cü ildən bu günə qədər Azərbaycanda 26 elektrik stansiyası tikilib. Bu stansiyaların ümumi istehsal gücü 2400 meqavata çatdırılıb, ölkənin enerji təhlükəsizliyi təmin edilib. Qazlaşdırmanın səviyyəsi 92 faizə qalxıb. 11 min kilometr avtomobil yolu tikilərək istifadəyə verilib. Kənd təsərrüfatını stimullaşdırmaq üçün böyük meliorativ tədbirlər görülüb, yüz minlərlə hektar torpağın meliorativ vəziyyəti yaxşılaşdırılıb ya yeni suvarılan sahələr dövriyyəyə buraxılıb. Bundan əlavə, dörd su anbarı: Taxtakörpü, Şəmkirçay, Tovuzçay Göytəpə su anbarları tikilib, təhlükəsizlik, sabitlik, gözəl ictimai ab-hava, biznesə dövlət dəstəyi maddi dəstək, güclü milli sahibkarlar sinfini formalaşdırıb”.

Prezident bildirib ki, Azərbaycan sahibkarlarına 2 milyard manat güzəştli kreditlər verilib: “Üç mindən çox məktəb, altı yüzdən çox tibb ocağı tikilib ya əsaslı şəkildə təmir edilib. 40-dan çox Olimpiya İdman Kompleksi, 20-dən çox muzey, 10-dan çox teatr binası inşa edilib. Bakının fasiləsiz su təminatı 80 faizə çatdırılıb. Ölkə üzrə isə bu göstərici 65 faizdir”.

Məcburi köçkünlər üçün 100-ə yaxın qəsəbə inşa edildiyini deyən İlham Əliyev qeyd edib ki, 200 mindən çox məcburi köçkün o binalara yerləşdirilib: “Sosial məsələlərin həlli prioritet təşkil edir. Bu istiqamətdə bütün proqramlar icra ediləcək. Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xətti ilə yeni yaşayış binalarının tikintisi nəzərdə tutulur. Bu il Bakıda yataqxanalarda məskunlaşan köçkünlərin köçürülməsi prosesi başlayacaq”.

Cocuq Mərcanlı kəndinin yenidən qurulmasının böyük rəmzi məna daşıdığını deyən prezident vurğulayıb ki, bu, tarixi hadisədir: “Cocuq Mərcanlı kəndi qısa müddət ərzində yenidən qurulacaq. Cocuq Mərcanlı erməni vəhşiliyinin, vandalizminin əyani sübutudur. Özlərini mədəni xalq kimi təqdim etməyə çalışanların hansı vəhşiliklər törətdiyi əyani şəkildə görünür. Cocuq Mərcanlıda infrastruktur yaradılmalı, yollar, elektrik, qaz, su xətləri çəkilməli, məktəb, uşaq bağçası, tibb məntəqəsi və fərdi evlər tikilməlidir. Birinci mərhələdə 50 ev tikiləcək. Orada yaşayacaq insanlar üçün yerləri də açılmalıdır”.

Ölkə başçısı İlham Əliyevin konfransdakı çıxışında münasibət bildirən Milli Məclisin regional məsələlər komitəsinin üzvü Fəzail İbrahimli qeyd edib ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı haqqında Dövlət Proqramı” mərhələli şəkildə yerinə yetirilir. O SİA-ya bildirib ki, beynəlxalq aləmdə baş verənlərə baxmayaraq, ölkəmizdə son 3 ildə regionlarımızın sosial-iqtisadi inkişafı ilə bağlı qarşıya qoyulan məqsəd yerinə yetirilib. Onun sözlərinə görə, keçmiş MDB məkanında və Avropa ölkələrində baş verən iqtisadi böhran, Azərbaycan manatının devalvasiyası, neftin dünya bazarında bir neçə dəfə ucuzlaşmasına baxmayaraq, ölkəmizdə sosial proqramların heç birində axsama qeydə alınmayıb, bu istiqamətdə bütün addımlar atılıb: “Ölkə başçısının rəhbərliyi ilə ötən ilin yekunlarına dair müşavirədə, eləcə də ayrı-ayrı beynəlxalq təşkilatların hesabatlarında ifadə olunduğu kimi, Azərbaycan böhranı çox az  təsirlərlə adlaya bilib. Düzdür, manatın devalvasiyası ümumi işlərimizə müəyyən təsirlərini göstərə bilir, lakin Azərbaycan bu proseslərin qarşısında dayanmağı bacarır”.

Deputat qeyd edib ki, ölkəmizdə fəaliyyət göstərən bütün strukturların qarşısında bir vəzifə var ki, o da bu böhrandan az itki ilə çıxmaqdan ibarətdir: “Bu istiqamətdə proseslər davam edirdünyada baş verənlər əsasında yeni addımlar atılır. Bilirsiniz ki, neftin qiymətinin ucuzlaşması neft gəlirlərimizi azaldıb. Lakin buna baxmayaraq, ölkədə həyata keçirilən bütün proqramlar yüksək səviyyədə icra olunur. Burada geriləmə, dayanma prosesi yoxdur. Sadəcə olaraq zamanın tələbinə uyğun olaraq, yeni addımlar müəyyənləşir, iqtisadi proseslər sürətləndirilir. Regionların  sosial-iqtisadi inkişafı ilə bağlı bir sıra proqramlar var ki, orada pambıqçılıq, fındıqçılıq, üzümçülüyün inkişafına xüsusi yer ayrılır. Ümumiyyətlə, regionların sosial iqtisadi inkişafına dair proqramlar əsasında kənd-təsərrüfatına verilən əhəmiyyət, sahibkarlara edilən güzəştlər ümumi inkişafa təkan verən amillərdir”.

İqtisadçı-ekspert Vüqar Bayramov isə hesab edir ki, “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı haqqında Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda səsləndirilən fikirlər, eyni zamanda Azərbaycan prezidenti tərəfindən hökumət və yerli icra orqanları qarşısında irəli sürdüyü tapşırıq və göstərişlər ondan xəbər verir ki, 2017-ci ildə regionların sosial-iqtisadi inkişafı və xarici investisiyaların cəlb edilməsi prioritet olacaq.

Hər ilin əvvəlində Azərbaycan Prezidentinin iştirakı ilə dövlət proqramının icrası ilə bağlı müşavirənin keçirildiyini xatırladan V.Bayramov qeyd edib ki, sözügedən konfranslarda son 1 ildə görülən işlər müzakirə edilməklə yanaşı, hökumətin qarşıdakı öhdəlikləri də müəyyənləşir: “Ölkə prezidentinin iştirakı ilə belə bir tədbirin keçirilməsi ondan xəbər verir ki, Azərbaycanda dövlət proqramlarının icrası ilə bağlı siyasi iradə mövcuddur. Dövlət başçısı dövlət proqramının icrası ilə bağlı məsələləri yaxından izləyir və proqramın yüksək səviyyədə icrasının təmin edilməsi üçün mütəmadi olaraq tapşırıqlarını icra hakimiyyət orqanlarına bildirir”.

Azərbaycanın post-neft dövrünə keçdiyini dilə gətirən iqtisadçı-ekspert belə bir dövrdə regionların inkişafının daha aktual olduğunu deyib: “Bu aktuallıq özünü həm də regionlara xarici sərmayənin cəlb edilməsinin prioritet olduğunu göstərir. Azərbaycan Prezidenti bundan əvvəlki görüşlərində də məhz hər bir icra başçısına xarici investoru öz rayonuna cəlb edilməsi ilə bağlı tapşırığı vermişdi. Prezident hər bir rayonun fəaliyyətini həmin rayonda açılan yerlərinin sayına uyğun olaraq qiymətləndirəcəyini bildirmişdi. Bu gün regionların inkişafı və regionlarda xüsusən də yeni   yerlərinin yaradılması xarici investisiyaların  cəlb edilməsi prioritetdir.  İnfrastruktur formalaşıb və formalaşan infrastruktur artıq növbəti mərhələdə birmənalı şəkildə xarici investisiyaların cəlb edilməsinə zəmin yaratmalıdır. Bu aspektdən təbii ki dövlət proqramı kifayət qədər əhəmiyyətli bir sənəddir. Həm infrastrukturun  formalaşdırılmasına imkan yaradır, həm də proqramda olan fəaliyyətlər nəticə etibarı ilə yerli icra orqanları qarşısında xüsusi öhdəliklərin müəyyənləşməsinə imkan verir. Bundan əlavə dövlət proqramı regionlarda yeni yerlərinin yaradılması, məşğulluğun  təmin edilməsi baxımından əhəmiyyətli hesab edilir”.

Sözügedən konfransda Azərbaycan prezidentinin son illər ölkəmizdə milli biznesinmilli sahibkarlığın formalaşması ilə bağlı fikirlərinə toxunan V. Bayramov vurğulayıb ki, milli biznesmilli sahibkarlığın formalaşması qarşıda duran əsas hədəflərdəndir: “Dövlət proqramı çərçivəsində təkcə paytaxtda deyil, eləcə də regionlarda milli biznesin formalaşması istiqamətində fəaliyyətlər həyata keçirilir. Hazırkı post-neft dövrünün çağırışlarına uyğun olaraq milli biznesin dəstəklənməsi ölkənin əsas prioritetləri siyahısına daxildir.  Eyni zamanda investisiya təşviqi sənədinin  tətbiq edilməsi, regionlarda fəaliyyət göstərən  sahibkarlar üçün  güzəştlərin müəyyən edilməsi və bir sıra digər təşviqedici addımların atılması ondan xəbər verir ki, əvvəlki dövrlərdə olduğu kimi növbəti illərdə milli biznesin inkişafı əsas prioritetlərdəndir”.

 

Ceyhun ABASOV

 

525-ci qəzet.- 2017.- 4 fevral.- S.7.