Diplomatik dərs

 

Bugünlərdə xoş bir təsadüf nəticəsində vaxtilə Azərbaycan Dövlət Universitetində müəllimim olmuş Xalq yazıçısı Mir Cəlalın oğlu, ADA Universitetinin rektoru Hafiz Paşayevlə görüşdüm.

 Qısa tanışlıqdan sonra qələmə aldığı, adını eşitsəm rast gəlmədiyimBir səfirin manifestikitabını avtoqrafıyla mənə bağışladı. Ehtiram əlaməti olaraq kitabı iki əllə ondan qəbul edərkən dedim ki, uzağı iki günə oxuyub ürək sözlərimi bildirəcəm. Güldü, qayıtdı ki, inanıram, sən onu bircə günün içində oxuyub qurtaracaqsan. Doğrudan da dediyi düz çıxdı, oxudum ürək sözlərimi Hafiz müəllimə müraciətlə qəzet vasitəsilə yetirməyi lazım bildim.

Düz demişdiniz, Hafiz müəllim, 246 səhifəlikManifestinizinəinki bir günə, hətta bir nəfəsə oxuyub tamamladım. Gec olsa bu möhtəşəmİnsanlıq fəlsəfənizə”, dünya işlərindən baş çıxarmaq üçün bizlərə nişan verdiyiniz aydın yollara görə Sizə təşəkkür edir, bu istiqamətdə görəcəyiniz işlərdə uğur diləyirik.

Bu kitabda hər şey var; özünü gözə soxmaq naminə dəridən-qabıqdan çıxmamaq, yüksək mədəniyyət, təvazökarlıq, oxucunu çaşdıra biləcək epitetlərdən, ibarə terminlərdən imtina, mətləbin açılışına birbaşa yardım edən yazı üslubu ən əsası atanız Mir Cəlal müəllimə xas olan sadə, anlaşıqlı, yığcam təhkiyə. Mənə ən çox təsir edənsə demokratiya mövhumu barədə açıqlamalarınız, onun heç asan başa gəlməyən, hər xalqa nəsib olmayan incəlik üstünlükləri, şərtləri barədə təmtəraqsız cümlələrlə bitkin bilgilər verməyiniz oldu. Yüksək mədəniyyət çərçivəsində, heç kəsin qəlbinə dəymədən müxalifət funksionerlərinin, “demokratiya şəhidlərininmüsbət cəhətləriylə bahəm onların siyasət, diplomatik dairələrdə naşılıqlarından həyati faktlarla misallar gətirməklə oxucuları bir sıra gizlinlərdən agah edirsiniz.

Ulu öndər Heydər Əliyev fenomeniylə bağlı müşahidələrinizin şərhi isə bir ayrı aləm, daha geniş söhbət mövzusudur. Siz ölkəmizi ABŞ-da səfir kimi təmsil etdiyiniz illərdə Heydər Əliyevin Amerika prezidenti Bill Klintonla görüşündə etdiyi tarixi çıxışın, əsrin müqaviləsi kimi tarixə düşən neft kontraktını reallaşdırmaqla ölkəmizin dünya miqyasında tanınmasında göstərdiyi misilsiz xidmətlərin çoxlarına bəlli olmayan detallarını sadalamaqla göz önündə əsrarəngiz mənzərələr canlandırırsınız. Amerikada məskən salan şimallı-cənublu azərbaycanlıların yaşantıları, miqrant taleləri, qopduqları ictimai-siyasi quruluşların fərqliliyindən irəli gələn fikir ayrılıqları, orada çoxdan yaşayan yurddaşlarımız Züleyxa xanım Əsədullayeva, Tomris xanım Azəri, Əhməd Fruq, Söhrab Söbhani, “Bruklində yoxsulluq içində can verən” Azərbaycan Demokratik Cümhuriyyətinin ilk dövlət başçısı Xan Xoyskinin oğlu Əhməd Xan Xoyski haqqında verdiyiniz məlumatları ürək ağrısız oxumaq mümkün deyil. Birləşmiş Ştatlara, onun çoxsaylı, çoxtərkibli xalqına, insanlarının unikal xarakterinə olan rəğbətinizin izahıyla, bu ölkənin 200 ildən bəri formalaşmış demokratik dəyərləri barədəki düşüncələrinizlə bizləri məlumatlandırır, təsəvvürlərimizi  genişləndirir, təzələyirsiz.

2007-ci ildə “Şərq-Qərb” mətbəəsində 1500 nüsxədə çap olunmuş bu qiymətli nəşrin bundan sonra daha 100.000 nüsxə çıxmasını, çoxsaylı dillərə tərcümə olunaraq yayılmasını, ən çox da xalqımızın hər bir vətəndaşının oxumasını, masaüstü kitabı olmasını arzulayıram. Çünki Siz bu kitabınızda təkcə yazıçı, publisist filosof, esseçi, salnaməçi kimi deyil (hərçənd kitabınızda sadaladığım janrların bütün ünsürləri var) həm də iti gözlü diplomat, görkəmli dövlət xadimi, elinin, vətəninin fədakar oğlu kimi boy göstərirsiniz. Bir sözlə əsərlərində incə yumorun, sərt satiranın, hər hansı mətləbi düz-düzənqulu yetirməyin mahir ustası kimi tanıdığımız görkəmli söz ustası Mir Cəlal müəllimin oğlu kimi. Yeni əsərlərinizi, bir- nəfəsə oxuyacağımız kitablarınızı görmək arzusuyla.

 

İntiqam MEHDİZADƏ

Yazıçı-publisist

 

525-ci qəzet.- 2017.- 11 fevral.- S.15.