Qırğızıstanda Azərbaycan musiqisi ilə bağlı qala-konsert yayımlanıb

 

Abdılas Maldıbayev adına Qırğızıstan Milli Akademik Opera və Balet Teatrında böyük Azərbaycan müğənniləri Rəşid Behbudovun anadan olmasının 100 illiyinə və Müslüm Maqomayevin yaradıcılığına həsr olunmuşGöy əbədiyyətadlı qala-konsert Qırğızıstanın İctimai Televiziya və Radio Yayım Korporasiyasında (KTRK) tam olaraq göstərilib.

Konsert bundan əvvəl KTRK-nın Mədəniyy ət kanalında nümayiş etdirilib.

Tədbirin əvvəlində Qırğızıstandakı səfirimiz Hidayət Orucovun və teatrın baş direktoru Bolotbek Osmonovun Azərbaycanın zəngin mədəniyyəti, ölməz sənətkarları Rəşid BehbudovMüslüm Maqomayev haqqında çıxışları da verilib.

 

525-ci qəzet.- 2017.- 18 fevral.- S.12.