ADPU-nun professoru TÜRKSOY-un medalı ilə təltif olunub

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, “Türk araşdırmaları” ETL-nin elmi rəhbəri Elman Quliyev bi il  fevralın 16-17-də Türkiyənin Ankara Əskişəhər şəhərlərində TÜRKSOY-un “Türk dünyasının öncülləri: Məhəmmədhüseyn Şəhriyarmövzusunda keçirdiyi konfransda iştirak edib.

O, M.Şəhriyarın həyat yaradıcılığı ilə bağlı geniş məruzə ilə çıxış edib.

Türkiyənin hökumət nümayəndələrinin, millət vəkillərinin, alimlərin söz adamlarının qatıldıqları tədbirdə professor Elman Quliyev Azərbaycan-Türkiyə elmi-ədəbi əlaqələrinin genişlənməsində xidmətlərinə türk xalqları ədəbiyyatı problemlərinin araşdırılması sahəsində fəaliyyətinə görə TÜRKSOY-un medalı ilə təltif olunub.

 O, fevralın 17- TÜRKSOY-un, Türk Dünyası Vəqfinin Əskişəhər Anadolu Universitetinin birgə təşkil etdiyiTürk dünyasının öncülləri: Şəhriyaradlı konfransdaM.Şəhriyarın poetik dünyasıadlı məruzə ilə çıxış edib.

Hər iki tədbirdə professor. Elman Quliyevə TÜRKSOY-un, Türk Dünyası Vəqfinin Anadolu Universitetinin təşəkkürnamələri təqdim olunub.

Professor Elman Quliyev Ankara Əskişəhərdə keçirilən konfranslarda son aylarda Azərbaycan Dövlət Pedaqoji Universitetində aparılan səmərəli təhsil islahatları ilə bağlı konfrans iştirakçılarına bir sıra məlumatlar verib.

 

525-ci qəzet. - 2017.- 25 fevral.- S.11.