Zəhram, heyy!  

 

 

 

 

4 iyul 2017-ci ildə Qarabağın Alxanlı kəndində Ermənistan ordusunun atəşindən həlak olmuş ikiyaşlı Zəhra Quliyevanın adına.

 

Bu Günəş niyə qaralıb

Kömür olub tökülmür

  üstümüzə?!

Bu Göylər necə tab eyləyir

Odlu, atəşli tüstümüzə?!

Niyə dağlar, qayalar

 bomba olub partlamır?!

Ürəyimiz partladı axı!

Yaxıb-yandırdı bizləri

İkiyaşlı Zəhranın

 ağrısı, ahı...

Evi, yurdu viran olmuş

Mənim anam da Zəhraydı

O da Yer üzündən

  küsüb gedib

Yoxdu daha

  neçə ildi, neçə aydı...

Çocuq Zəhram, anam Zəhram,

   Zəhram, heyy!...

 

Allah keçməz bu dəhşətdən,

Vətən oğlu unudammaz

Belə vəhşi cinayəti!

Erməninin Yer üzündə

Yaşamağa haqqı yoxdur!

Qəti, qəti!

Cəlladları bu torpaqdan,

  Qarabağdan

Silmək gərək.

Hər xainə dar ağacı,

Hər xainə ilmək gərək!

Başqa nicat yolun varmı?

Ruhun bizi bağışlarmı?

Çocuq Zəhram, körpə Zəhram

   Zəhram, heyy!...

 

Sən ki zərif bir çiçəkdin

Sən ki hələ Alxanlının

Cənnət çağın görəcəkdin...

Sabahını, o gələcək günlərini

  qara fələk apardı.

Göylər, Yerlər gördü səni

  gördü şivən qopardı.

O xain güllənin səsi

  oynatdı yerindən

Tüfəngə döndərdi

  ormanları, dağı, daşı...

Mən səngərə, döyüşlərə

  çağırıram

  damarından Zəhramızın

    qanı axan

Hər igidi, vətəndaşı!

Layla, Zəhram, körpə Zəhram

   Zəhram, heyy!...

 

Şüvəlan

5 iyul 2017-ci il

Ramiz MƏMMƏDZADƏ

 

525-ci qəzet.- 2017.- 8 iyul.- S.13.