ÇOXLAR AZ OLDU SƏNLƏ, AZLAR ÇOX...

 

Dərin bilinən dəryalardan daha dərini sənin dərinliyin.

 

Yaşadığımız dünya bir yuxu. Mən gerçəyə bu yuxunun ən gözəl tərəfi ilə gedirəm indi; payıma düşən nədirsə razıyam ona.

 

Gözləməksə gözləmək; susmaqsa susmaq; gülməksə gülmək; ağlamaqsa ağlamaq.

 

Ölmədən neçə dəfə ölür bir insan. Mən bunu təcrübə edirəm indi.

 

Bir sayı varmı bilmirəm; lakin bildiyim sonsuzluğa çatmaq üçün ölməkdən qorxmuram; razı olmağın bütün məsuliyyətini hiss edirəm iliklərimdə.

 

Ömrümə açan solmayacaq olan ən gözəl çiçəksən, yar. Səninlə nəfəs alıram mən, həm sənin nəfəsində yaşamaq bilsən gözəl; röyadan da gözəl.

 

Ürəyimə ömrümə yazılmış adını siləcək bir pozan yox dünya üzərində.

 

Gecəmdə parlayan ulduzsan; günümü nurlandıran günəş qəlbimsən. Mən eşqə çatmaqla xoşbəxtlik sərxoşu olan sevdanla dəli olmuş bir aşiqəm artıq.

 

Dərin bilinən dəryalarda daha dərin sənin dərinliyin. Atəşinin içindəki qor bilinməzlər ölkəsindən, lakin soyuqluğun da özünəməxsus sənin.

 

Adını zikr edən dodaqlarım adını hər söyləyəndə yenidən ram olur eşqinə. Gözlərim səni görəndən bəri kor sanki.

 

Ey Sevgili!

 

Əgər bir gün sənə verdiyim sözü belə unutma ehtimalı olarsa, qəlbimdən heç düşünmədən as məni eşqin dar ağacına; edamım ibrət olsun eşqdə yalan söyləyən könüllərə.

 

Sən məni unudacaq ya sözündən imtina edəcək olsan, eşqə boynumu əyərəm bir daha qaldırmamaq şərti ilə; susaram, küsərəm dünyaya əbədiyyətə; sonra da sənin olan gözlərimi dağlar, ruhumu da asaram məhşərin giriş qapısına.

 

Ömrümə Allahın izni ilə sonsuzluq olaraq işlənmiş yarım. Varlığım, eşqinlə şən; ruhum ruhunla xoşbəxt. Məni qədər sevəcəksən, desən verəcəyəm cavab, ruhumun ömrü qədər.

 

Eşq səninlə gözəl...

 

Məni gözəlləşdirən sənsən Rəbbimdən sonra. Həsrət, xoşbəxtlik əmin-amanlığın ilk qədəmləri imiş anladım şikayətçi deyiləm artıq ondan.

 

Vüsal sonsuzluğa çəkilən bir hörümçək toruymuş hər kəsin görə bilmədiyi.

 

Ey Sevgili...

 

Eşq dənizində şükür təvəkküllə yol almağı mən səndən öyrəndim. Şükrün şükrümü böyütdü; təvəkkülün təslimiyətimi.

 

Fırtına, ya da tufan da qopsa artıq dəryanda şükür qayığım təvəkkül kürəklərimlə yol alacağam vüsala bundan sonra.

 

Hədəfim müəyyən artıq; nəticəm bəlli. Sonlu olanı öldürdüm içimdə, lakin sonsuz olana şövqüm daha da artdı nəticədə.

 

Bilirəm, sevməklə açılır qapılar şükürlə yaxın olur uzaqlar. Bax buna görə Rəbbimi , səni çox sevirəm yar.

 

Bu an bilsən halımı çaşarsan, sevgili. Bir çərpənək hiss edirəm özümü;  uçurdanım sənsən. Səninlə coşdum həsrət çayından şükür dənizinə səninlə vardım mən; səninlə axdım.

 

Səninlə varam; sənsiz yoxluğa məhkum həsrət çəkən çoxam.

 

Çoxları az oldu sənlə; azlar çox elə hiss edirəm ki, eşqdə sənin izahın yox.

 

Sonsuzluğum dediyim yar; sahibimsən artıq; hakimimsən. Sənsən məni gözəlləşdirən diyar.

 

sabahlar gecəyə;

gecələr sabaha

ömür ölümə,

qovuşmayır, bir dənəm...

Şükr edəlim imanla, duamızda Allaha

Mütləq həyat məhşərə

qovuşacaq nur dənəm...

 

DÜNYA PƏRDƏ OLDU SURƏTLƏRİMİZƏ...

 

Sonsuz, sərhədsiz olmadıqdan sonra bir yerə qədərdir xoşbəxtlik. 

 

Gün işığımı gözəlləşdirər gözəllikləri, yoxsa gözəllik özündəmi olur?

 

Susmaqmı cazibədar edər bir könülü, yoxsa danışmaqmı? Görmək bilmək ola bilərmi? Yoxsa görmək hər şeyin fərqinə varmaqmı?

 

Dünya bir pərdə oldu surətlərimizə. Dünya hüzün yüklədi bəzən könlümüzə.

 

Hüzünləndikcə üzüldük; üzüldükcə susduq içimizdə. Susmaq gözəldir, amma; susan içimiz danışar ha bəzən gecələr boyu. Özümüzü günahlandırarıq mühakimə edərik ya xatirələrlə, peşmanlıqlarla.

 

Bir hayqırtı kimi heç kəsilməz istirabımız; şəfa axtarırıq xəyallarda. Gün doğanda düzələcək, yeni günlə yaxşı olacaq hər şey deyərik...

 

Aldadarıq bax belə-belə ömrümüzü. Halbuki hər şey yerli-yerində dururdu suyun üstünə çıxmaq üçün fürsət gözləyirdi.

 

Sevmək gözəl... Aşiq olmaq gözəl; eşq gözəl. İnsan həmişə sevdiyi ilə həmhal olmaq istəyir; darıxır yaşadıqları yetmək bilmir özünə.

 

Həmişə gözdə olmaq; həmişə özdə, əldə, dildə olmaq istəyir sanki. Ağır gəlir dünyanın bir pərdə olması; surətlər surətləri, ruh ruhu özləyir, baxışda, axışda eşqdə.

 

kifayət edər aşiqə? Vüsalmı? dayandırır aşiqin xəyalını? İztirabmı? Sonsuz olmadıqdan, sərhədsiz olmadıqdan sonra bir yerə qədər xoşbəxtlik.

 

Əsl olan heç susmamaq üzrə danışmaq; heç bitməmək üzrə könüldə olmaq. Heç ayrılmamaq üzrə birləşmək deyilmi? Sonlu olan dünya pərdə olsa da, surətlərimizə; hüznü körükləsə də, nəfəslər, sevilənin xoşbəxtliyi xoşbəxtlik qatmazmı ömrümüzə?

 

Bir gülüş, bir dərman kimi ehtiyac deyilmi qəlbimizə? Haldan qeylü-qala gedən yol susmaqla sarmazsa bir qol kimi bizi; susdura bilmərik ki, içimizi.

 

Təbiət, səma və yaradılmış hər məxluqat gizli bir şifrə Yaradandan. Baxıb görmək, hiss etmək və qəbul etmək lazımdır həqiqəti.

 

Xoşbəxtlik diyarı deyil dünya; gerçək kimi görünən, amma saxta, saf zənn edilən, amma keçici bir yuxu.

 

Ölümün mütləqliyini hər nəfəsdə dərk edə bilməyənlər üçündür bu sonlu dünya. Ölümlə gerçək qapıdan keçəcəyik əlbət bir gün. Sonsuzluğa yelkən açacağıq; pərdələr yırtılacaq, həsrət bitəcək və həqiqətin özünə çatacağıq o gün.

 

Dünyanın vəzifəsi bitəcək və surətlərimizə pərdə qalacaq. Əsas olan o günün heçuzaq olmadığını unutmamaqdır; üsyandan uzaq həmişə şükrə yaxın yaşamaqdır.

 

Səssiz bir odada

Rəngli bir adada yaşayıram.

Keyfimə dəyən yox

Dünyanı yenidən kəşf edirəm.

Quşlar, yol göstərin mənə

Gecəni gündüzlə boyayıram.

Günəş doğur içimə,

Allaha şükr edirəm.

 

 

Mehmet Nuri PARMAKSIZ

 

525-ci qəzet.- 2017.- 8 iyul.- S.12.