Kannda Azərbaycan mədəniyyəti günlərinin açılışı oldu

 

TƏDBİRLƏR SİLSİLƏSİ HEYDƏR ƏLİYEV FONDUNUN TƏŞKİLATÇILIĞI İLƏ HƏYATA KEÇİRİLİB

 

İyulun 13-də Fransanın Kann şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan mədəniyyəti günləri başlayıb.

 

Mədəniyyət günləri çərçivəsində KannınGare Maritime” sərgi pavilyonunun binasındaToğrul Nərimanbəyov: rənglər melodiyasısərgisinin açılış mərasimi keçirilib.

 

Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

 

Tədbirdə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov çıxış edərək, Fond tərəfindən müxtəlif ölkələrdə təşkil olunan Azərbaycanın tərənnümünə yönələn bu cür layihələrin ölkəmizin tarixi mədəniyyətinin tanıdılması, Azərbaycan haqqında həqiqətlərin dünyaya çatdırılması baxımından əhəmiyyət daşıdığını bildirib.

 

Azərbaycan təsviri incəsənətində böyük rol oynamış Toğrul Nərimanbəyovun yaradıcılığından söz açan Anar Ələkbərov bu layihənin ərsəyə gəlməsində əməyi olan hər kəsə, o cümlədən, Kann şəhərinin meriyasına təşəkkür edib.

 

Bildirib ki, sərgi çərçivəsində, həmçinin Heydər Əliyev Fondunun T.Nərimanbəyovun həyat yaradıcılığı haqqında kitabı təqdim olunur. Bu kitabda rəssamın Azərbaycanda xarici muzeylərdə saxlanılan, hətta şəxsi arxivindəki nadir əsərləri barədə məlumatlar yer alıb.

 

Anar Ələkbərov Toğrul Nərimanbəyovun həm vokal ifaçısı olduğunu diqqətə çatdıraraq, sərginin video bölməsində rəssamın yaradıcılığı haqqında Heydər Əliyev Fondu tərəfindən hazırlanmış filmlərin nümayişinin onu daha yaxından tanımağa imkan verdiyini vurğulayıb.

 

Kann şəhəri merinin müavini Frank Şıkli çıxış edərək Azərbaycan mədəniyyəti günlərinin burada təşkil edilməsinin ənənəyə çevrildiyini deyib. O, Azərbaycanın Kann şəhərinin mədəniyyətə böyük önəm verdiyini söyləyib. F.Şıkli Qəbələ Kann arasında imzalanan əməkdaşlıq dostluq xartiyasını xatırladaraq, iki şəhər arasında əlaqələrin iqtisadiyyat, idman təhsil sahələrini əhatə etdiyini diqqətə çatdırıb. Eyni zamanda, gələcəkdə turizm vasitəsilə mədəniyyətlərin qarşılıqlı təşviq ediləcəyini bildirib.

 

F.Şıkli qeyd edib ki, sərgidə nümayiş olunan əsərlər Kann sakinlərinə turistlərinə Azərbaycanın folklorunu, mədəniyyətini daha yaxından tanımağa imkan verəcək.

 

Toğrul Nərimanbəyov: rənglər melodiyasısərgisi Kann sakinləri turistlər üçün avqustun 1-dək açıq olacaq. Sərgidə rəssamın 30-dan çox əsəri təqdim edilir.

 

Kiçik kinoteatr zonasında görkəmli rəssamın həyat yaradıcılığı haqqında videomateriallarla tanış olmaq mümkündür. Eləcə sərgi zalı ərazisində milli üslubda zona yaradılıb. Burada ziyarətçilərə Heydər Əliyev Fondunun Azərbaycan Toğrul Nərimanbəyov haqqında nəşrləri təqdim olunur.

 

Azərbaycan mədəniyyəti günləri çərçivəsində iyulun 13-də konsert proqramı da təqdim edilib.

 

Konsertdən əvvəl Anar Ələkbərov çıxış edərək, tədbir iştirakçılarına Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın xoş arzularını çatdırıb.

 

Bildirib ki, Kannda beş ildir təşkil olunan Azərbaycan mədəniyyəti günləri şəhər sakinlərinə, eləcə yüzlərlə turistə ölkəmizin mədəniyyəti, incəsənəti, musiqisi, tarixi keçmişi bu günü ilə tanış olmağa imkan yaradır. Anar Ələkbərov xalqımızın ənənələrini, kökünü tarixini qoruyub saxlayaraq dünya mədəni müxtəlifliyinə böyük hörmətlə yanaşdığını, Heydər Əliyev Fondunun mədəni müxtəliflik, tolerantlıq qarşılıqlı hörmət prinsiplərinə əsaslanaraq xalqlararası əlaqələrin möhkəmlənməsinə, mədəniyyətlərarası dialoqun genişləndirilməsinə xidmət edən layihələr həyata keçirdiyini diqqətə çatdırıb. Fondun Fransada həyata keçirdiyi layihələrin Azərbaycan reallıqlarını yerli ictimaiyyətə çatdırdığını çox böyük maraqla qarşılandığını vurğulayan A.Ələkbərov qeyd edib ki, Fransanın 20-dən çox şəhərində təşkil olunmuş Azərbaycan mədəniyyəti günləri ölkələrimizi, xalqlarımızı daha dərindən, daha dolğun tanımağa, eləcə humanitar sahədə əlaqələrin inkişafı üçün yeni imkanlar açır.

 

Keçən il Nitsa şəhərində çoxlu sayda insanın həlak olması ilə nəticələnən dəhşətli terror aktını xatırladan A.Ələkbərov ölkəmizin Ermənistanın hərbi təcavüzünə məruz qaldığını ərazilərimizin 20 faizinin işğal edildiyini, zəbt olunmuş bu ərazilərdə etnik təmizləmə aparıldığını, bir milyondan çox azərbaycanlının qaçqın məcburi köçkünə çevrildiyini bildirib.

 

Heydər Əliyev Fondunun icraçı direktoru 14 İyul - Fransanın Milli Bayramı münasibətilə fransız xalqını təbrik edib, onlara sülh əmin-amanlıq arzulayıb.

 

Sonra Fransada Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan-Fransua Mansel çıxış edərək, ölkəmizdə təşkil olunan beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirilməsindən danışıb. İyulun 4-də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində kiçik Zəhranın həlak olması ilə bağlı Fransa Prezidentinə müraciət etdiklərini, onu sülhün bərqərar olması istiqamətində səylərini səfərbər etməyə çağırdıqlarını xatırladıb.

 

J.Mansel qarşıdan gələn 2018-ci ilin Azərbaycan üçün çox əlamətdar olacağını, müsəlman Şərqində ilk demokratik dövlətin - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinin qeyd ediləcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

 

“Biz Azərbaycanın Kannda olması ilə fəxr edirik, Azərbaycan da Kannda olması ilə fəxr edir”, - deyən Kann şəhəri merinin müavini Frank Şıkli ölkələrimizin əlaqələrinin daha da möhkəmlənməsində insanlar arasındakı münasibətlərin böyük rol oynadığını bildirib. O, Kann şəhərinin Azərbaycana xüsusi hədiyyəsi olduğunu bildirərək, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın fransız rəssam Olivier Domin tərəfindən çəkilmiş portretini Anar Ələkbərova təqdim edib.

 

Daha sonra tədbir Azərbaycan musiqiçilərinin konsert proqramı ilə davam edib.

 

Qonaqlar, həmçinin Kannda ənənəvi olaraq keçirilən pirotexnika festivalı çərçivəsində təşkil olunan atəşfəşanlığı izləyiblər.

 

Mədəniyyət günləri müddətində həm Kannın məşhur Kruazett bulvarı boyunca əsl Azərbaycan ab-havası yaşanır. Belə ki, bu günlərdə Kann şəhəri bulvar ərazisi Azərbaycanın tanıtım baner posterləri ilə bəzədilir.

 

 

525-ci qəzet.-2017.-15 iyul.-S.13.