Bir ömürdə neçə tale...

 

...YAXUD CAHANGİR NOVRUZOV OLMAQ XOŞBƏXTLİYİ

 

Şahanə MÜŞFİQ

 

 

Bugünlərdə hansısa saytın xəbər lentində bir məlumat oxudum, çox maraqlı gəldi: “Dünya alimlərinin uzun müddətli araşdırmasından sonra məlum olub ki, sən demə, oğul övladlar öz xarakterini, istedadını, yaxşı pis cəhətlərini ana babasından alır.

 

Daha dəqiqi, övladlardan ancaq qız uşaqları atalarının xüsusiyyətlərini götürür, o da sadəcə 50 faizini. Atasının xüsusiyyətlərinin yarısını alan qızın oğul övladı isə tamamilə babasına oxşayır...” Bu məlumatın qədər doğru hər kəsə aid olub-olmadığını deyə bilmərəm, ancaq haqqında söz açacağım şəxsin həyat yoluna nəzər salanda bir dahabarmağımı dişlədim”.

 

EləBismillahedib yazımın ilk cümlələrinə başlamışdım ki, bir dostum mesaj yazdı: “Neynirsən?” Dedim Cahangir Novruzov haqqında yazı yazıram. O da cavabındahəə, İzzət Nəfisli?”- deyə soruşub, hələ bir gülüş işarəsi göndərdi. Bilaixtiyar mənim üzümdə gülüşə səbəb oldu, yalan deyim, hələ qulağıma, sanki bir yerlərdən, “keçmiş nazir İzzət Nəfisli”nin “Salam, a Suğrasəsi gəldi.

 

Aydın Talıbzadə onun haqqında yazdığı məqalədə belə bir fikir irəli sürür: “Aktyor dahi olanda xalq onun oynadığı personajları aktyorun şəxsiyyətilə eyniləşdirir”.

 

Biz bu keşməkeşli, enişli-yoxuşlu həyat yolunu bir insan kimi gedə bilməzkən, bəziləri iki, üç, dörd, hətta sayı itirəcəyimiz qədərinsana dönürlər”. Çox da uzağa getmək lazım deyil, cəmi iki sətir yuxarıda adını çəkdiyim aktyor kimi.

 

Bir insan bütün ömrü boyu çalışır, çarpışır, dişiylə-dırnağıyla gəlib bir yerlərə çatır, elə “oh” çəkib rahat nəfəs almaq istəyəndə əcəl atı başının üstünü kəsdirir ki, bəs deməzsənmi, sənin vaxtın tamamdır, yır-yığışını elə getdik. Sonra da adını xatırlayan olur, soyadını... Yox, xoşbəxt o kəs deyil ki, dünyadan gedəndən sonra haqqındayaxşı adam idideyilib bir-iki damla göz yaşı axıdıla, sonra da hərə öz ev-eşiyinə dağılışa. Xoşbəxt o adamdır ki, hələ sağlığında adı çəkilən yerdə özündən əvvəl gördüyü işlər yada düşsün, kiminsə üzündə təbəssümə səbəb olsun. Yenə uzağa getməyin, elə bizim bu İzzət Nəfisli, Salman bəy, milis rəisi - Cahangir Novruzov dediklərimizə ən bariz nümunədir.

 

İyulun 31-də 63-cü yaşını qeyd edəcək Cahangir Novruzovun taleyi hələ o doğulmamışdan müəyyənləşib. Belə ki, o, ana babası Cahangir Zeynalov, anası Nəsibə Zeynalova kimi teatr əfsanələrinin irsinin davamçısı kimi dünyaya göz açıb. Əslində, bizdə övlada ailəsinə görə qiymət vermək kimi mənim heç bəyənmədiyim bir xüsusiyyət var. Ancaq Cahangir Novruzov haqqında çox kiçik bir araşdırma bəs edir ki, onun bunca uğurunun soyadından, ailə bağlarından qədər uzaq olduğunu anlayasan. O, Azərbaycan teatr səhnəsindəki fəaliyyəti, fədakarlıqları, aktyor potensialı tamaşaçı sevgisinə görə nəinki babası anasından geridə qalır, hətta onlarla eyni məşhurluq müstəvisini bölüşür.

 

Hələ uşaq yaşlarından teatrın, kinonun, incəsənətin içərisində sözün yaxşı mənasındabişmişsənətkar hazırda Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimidir, Türkiyənin Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professorudur.

 

Əgər kimsə vaxtsa məndən Cahangir Novruzovu soruşarsa, heç şübhəsiz, ilk xatırlayacağımBəxt üzüyüfilmi olar. Orada milis rəisi kimi kiçik epizodik rol yaratmasına baxmayaraq, ən yaddaqalan reprikaları dillər əzbərinə çevrilən obrazdır. Əslində, aktyorun böyüklüyü məhz bundan başlayır, bütöv bir tamaşada bir neçə dəqiqəlik rolla yadda qalmağı bacarmaq. Buna ən yaxşı nümunə kimiBəyin oğurlanmasıfilmində Xalq artisti Arif Quliyevin yaratdığı Miriş obrazını da misal çəkə bilərik. Arif Quliyev demişkən, eləBəxt üzüyüfilmində bu iki sənətkar birlikdə mükəmməl səhnələrin təməlini qoymağı bacarıblar.

 

Adını çəkdiyim filmdə tabeliyində olan milisəbolşe zəhirmara” - deyib zəhmli, ciddi olmağı tələb edən aktyor özüGüllələnmə təxirə salınırfilmindəgəncəli Adışobrazından başqa bütün obrazlarında komik ampulada çıxış edir. İnsanları ağlatmaq elə çətin bir deyil, ən xırda uğursuzluğa sentimentallıq qatıb günlərlə ağlamaq təbiətimizdə var elə bil. Bacarırsan, göz yaşı hərisi bu insanları güldür! Cahangir Novruzov məhz bunu bacarır!

 

Dağ cüssəli, hündürboy, türklərin dili ilə desək, “iri yapılıbir insan həm bu qədər incə yumora, plastikaya, çevikliyə malikdir. Hətta müsahibələrinin birində deyir ki, “Güllələnmə təxirə salınırfilmindəki o çətin, son dərəcə təhlükəli tryukları belə özü oynayıb. Elə bunun nəticəsidir ki, indi Türkiyədə aktyorluq sənətindən əlavə, səhnə hərəkəti səhnə döyüşü texnikasından da dərs deyir.

 

Ancaq Cahangir müəllim teatrın, tamaşaların, filmlərin içərisində püxtələşməyinə baxmayaraq, sırf aktyor kimi çox qalmadı, ya da qalmaq istəmədi. Üz tutdu rejissorluğa. Şəki Dram Teatrında rejissor kimi çalışan sənətkar bu sahədə özünü doğrultmağı bacardı. Qısa zaman ərzində müxtəlif tamaşalar, Azərbaycanın demək olar ki, bütün bölgələrinə qastrol səfərləri başqa bu kimi mühüm fəaliyyət... Yaddaşlarda isə aktyor...

 

Cahangir Novruzov bir insan ömründə bir neçə ömrü birləşdirən şəxsiyyətlərdəndir. Aktyor Cahangir... Rejissor Cahangir... Müəllim Cahangir... Professor Cahangir... Azərbaycanın Türkiyənin sevimlisi Cahangir...

 

Aktyor Cahangir Saşa Rəsulovdur, Mərdandır, Salman bəydir, Milis rəisidir, İzzət Nəfislidir, gəncəli Adışdır. Bu obrazlarla tamaşaçıların hafizəsində məxsusi jestləri, hərəkətləri, replikaları ilə yer tutmağı, iz qoymağı bacarıb.

 

Rejissor Cahangir kimliyindən asılı olmayaraq, işinə qarşı tələbkar, məsuliyyətli, anası Nəsibə Zeynalova kimi Azərbaycan səhnəsinin dühasına qarşı belə güzəştə getməyi bacarmayandır. Məsələn, müsahibələrinin birində özü belə bir maraqlı əhvalat danışır: “Nəsibə xanım hər səhər işə gələndə, yaxın aktrisalarla bir 15 dəqiqəyədək söhbət etdiyinə görə məşqə gecikirdi. Bir dəfə də anam işə gələndə özüm onlara yaxınlaşıb dedim ki, “hörmətli aktyorlar, xahiş edirəm, məşqə vaxtında gəlin”. Dedimsalona keçdim. Mən işə gəldikdə, insafsızcasına tələbkar oluram. Gördüm, Nəsibə xanım bir az gecikir, ona görə də başqa səhnələri məşq eləməyə başladıq. 10-15 dəqiqə keçəndən sonra gəldi və baxıb gördü ki, onu gözləməmişik. Məndən soruşdu ki, adə, ay... məni niyə gözləməmisiniz? Mən də bir az ciddi və rəsmi şəkildə cavab verdim ki, hörmətli Nəsibə xanım, məşqə vaxtında gəlmək lazımdır. Mənə tərs-tərs baxıb getdi. O hadisədən sonra mənimlə çox soyuq davrandı. Ondan bir neçə gün sonra qonaqlıqda olduğuma görə axşam səhərki məşqə hazırlaşmamış yatdım. Mən həmişə gecələr saat 2-3-ə qədər səhərki məşqə hazırlaşıram. Nəsə, səhər gəldik məşqə və səhnələri məşq etməyə başladıq. Bir neçə yerdə replikalar yadımdan çıxdı. Onda anam mənə dedi ki, yoldaş rejissor, məşqə hazırlıqlı gəlmək lazımdır...”

 

Müəllim Cahangir 1995-ci ildən etibarən Türkiyənin sayılıb-seçilən universitetlərindən Adana Çukurova Universiteti Dövlət Konservatoriyasında neçə-neçə gənc rejissorun, aktyorun yetişməsində böyük əmək sərf edir. Hətta orada təhsil alan tələbələrin sözlərinə görə, Türkiyədə geniş imkana malik olan Cahangir hoca oradakı azərbaycanlı tələbələrə böyük dəstək göstərir.

 

Azərbaycanın və Türkiyənin sevimlisi Cahangir artıq 20 ildən artıqdır başqa ölkədə fəaliyyət göstərsə də, hələ də adı çəkiləndə rolları, yaratdığı obrazları sayəsində sevgiylə xatırlanır, tanınır. Çünki Cahangir Novruzovun oynadığı tamaşalar Azərbaycan teleməkanında vaxtaşırı nümayiş olunur, öz koloriti, mövzu və ideyası ilə orijinallığını və aktuallığını qoruyub saxlamağı bacarır. Onun həyat verdiyi personajlar bu gün də aramızda “dolaşır”. Ona görə də Azərbaycan tamaşaçısı illər keçməsinə baxmayaraq, bu obrazlaraonu canlandıran aktyora qarşı yadlıq hiss etmir.

 

Üzlərə gülüş, qəlblərə sevgi, səhnəyə müxtəlif personajlar, teatr elminə neçə-neçə professional adlar bəxş edən Cahangir Novruzovu qarşıdakı doğum günü  münasibətilə təbrik edir, ona yeni parlaq yaradıcılıq uğurları diləyirik.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet  2017.- 29 iyul.- S.24.