Xoreoqrafiya Akademiyası "Yeddi gözəl"i təqdim etdi

 

Mayın 30-da Akademik Opera və Balet Teatrının səhnəsində Bakı Xoreoqrafiya Akademiyasının tələbələrinin ifasında ilk dəfə olaraq dahi Azərbaycan bəstəkarı Qara Qarayevin "Yeddi gözəl" baleti nümayiş etdirilib.

 

Bakı Xoreoqrafiya Akademiyası tələbələrinin buraxılış-hesabat tamaşası olan "Yeddi gözəl" baleti həm Bakı Xoreoqrafiya Akademiyasının "Azərbaycan Respublikasında İslam Həmrəyliyi ili"nə həsr olunmuş növbəti layihələrindən biridir.

 

Baş rolların ifaçıları Bakı Xoreoqrafiya Akademiyasının tələbələri - Fatimə Xələfova Qəmər Almaszadə adına Klassik Milli Rəqs üzrə I Beynəlxalq Müsabiqənin laureatları Seymur Qədiyev, Dinara Şirinova Nurlan Rəsulov idi.

 

Rəğbətlə qarşılanan tamaşanın bədii rəhbəri Xalq artisti Kamilla Hüseynova, müəllim-xoreoqraflar Mayra Almaszadə, Lyudmila Həsənova, Fərid İbrahimov Yekaterina Mustafayevadır. Tamaşanı Azərbaycan Dövlət Opera Balet Teatrının simfonik orkestri müşayiət edib. Orkestrin dirijoru Əyyub Quliyev olub.

 

Q. Qarayevin "Yeddi gözəl" baleti bu təhsil ocağının 90 illik tarixində ilk dəfə tələbələrin iştirakı ilə tam şəkildə səhnələşdirilib.

 

Tamaşanı Mədəniyyət Turizm Nazirliyinin, digər dövlət hökumət təşkilatlarının nümayəndələri, Türkiyə səfiri Erkan Özoral, eləcə başqa xarici diplomatlar seyr ediblər.

 

525-ci qəzet  2017.- 1 iyun. - S.7.                                                    .