Azərbaycan mühacirət ədəbiyyatına yeni konseptual baxış

 

 

 

Bədirxan Əhmədlinin bugünlərdə nəşr olunan "Azərbaycan mühacirət ədəbiyyatı: təşəkkülü, problemləri, şəxsiyyətləri" (Bakı, "Elm təhsil", 2017) monoqrafiyası Azərbaycan ədəbiyyatında zəngin tarixə ədəbi-fəlsəfi örnəklərə malik olan mühacirət ədəbiyyatının formalaşması, tarixi mərhələləri ədəbiyyat tariximizdəki yerinin qiymətləndirilməsinə həsr olunmuş əhəmiyyətli bir kitabdır.

 

Tanınmış tədqiqatçı alimin bu vaxta kimi mühacirət ədəbiyyatı ilə bağlı yazdığı çoxsaylı məqalələrində bir çox məsələlər araşdırılmışdır. Bu kitabda isə B.Əhmədli Azərbaycan mühacirət ədəbiyyatını vahid nəzəri konsepsiya çərçivəsində tədqiq etmiş, sistemləşdirmiş, ayrı-ayrı tarixi mərhələləri müəyyənləşdirmiş, mübahisəli məqamlarla bağlı konkret mülahizələr irəli sürmüşdür.

 

Məlum olduğu kimi, Azərbaycan mühacirət ədəbiyyatının bəzi məsələləri tədqiqatçılarımız tərəfindən araşdırılmışdır. Ədəbiyyat tariximizi ədəbi yaradıcılığın mühacirət formasını  dərindən bilən B.Əhmədlinin bütün problemləri diqqətə alaraq məlum olmayan bir çox faktları ilk dəfə şərh edərək təqdim etməsi monoqrafiyanın əhəmiyyətini, yeni istiqamətini   vacib bir məsələyə həsr olunduğunu göstərməkdədir.

 

Mühacirətdə yaşamış ictimai-siyasi xadimlər, ömürlərini milli mücadilə uğrunda fəda edən şəxsiyyətlərimiz ədiblərimizə - M.Ə.Rəsulzadə, M.B.Məmmədzadə, Ə.Cəfəroğlu Gültəkinin (Əmin Abid) əziz xatirəsinə həsr edtiyi bu önəmli monoqrafiyada B.Əhmədli elə, ilk növbədə, həmin böyük insanların yaradıcılığının bizə az məlum olan tərəflərini diqqət mərkəzində saxlayır.

 

Monoqrafiya dörd bölmədən ibarətdir hər bir hissə əhəmiyyətli bir problem üzərində qurulmuşdur. Kitabın vacib cəhətlərindən biri ondan ibarətdir ki, burada sadəcə mühacirət ədəbiyyatımızın təşəkkül tarixi, mərhələləri, ayrı-ayrı şəxsiyyətləri mühacirətin yaradıcılıq formalarından bəhs olunmur, eyni zamanda, sözügedən mövzular ətrafındakı problemlər araşdırılır. Çünki bu sahədə fərqli, yaxud da ciddi konseptual şəkildə ifadə edilməsinə ehtiyacı olan məsələlər az deyildir. Düşünürük ki, B.Əhmədlinin bu kitabı bir çox məsələlərdə  qəti fikirlər əldə etməyə yardım edəcəkdir.

 

Mühacirət ədəbiyyatının təşəkkülü, onun xarakteri mərhələləri, araşdırılması problemlərini tədqiq edərkən B.Əhmədli, haqlı olaraq, Azərbaycan mühacirət ədəbiyyatının tarixini XX əsrlə məhdudlaşdırmır, VII-XI əsrlərdə Azərbaycandan Ərəbistana köçürülərək "məvali" adı verilən bir çox şairlərimizin ədəbi irsini ilk mühacirət nümunələri kimi dəyərləndirir. Bu məqamları araşdırarkən müəllifin mühacirət ədəbiyyatının nəzəri məsələlərinə diqqət yetirilməsi, digər xalqların yaratdığı anoloji ədəbiyyatla müqayisəsi kitabda çox əhəmiyyətli cəhət kimi qiymətləndirilməlidir.

 

Kitabda yeni tendensiya məsələlərin olduğunu qeyd etdik. "Azərbaycan mühacirətinin formalaşmasında Polşa amili" bölməsi kitabın vacib hissələrindən biri olaraq ədəbiyyatşünaslığımızın yeni bir problemini ortaya qoyur. "Lakin siyasi düşüncə etibarilə təqib olunanlar içərisində böyük bir qism insanların Avropaya yerləşməsi baş verdi ki, bu ölkələr içərisində Polşanı xüsusi qeyd etmək lazım gəlir" deyən B.Əhmədli mühacirlərin "Prometey" kulubunun "Qafqaz İstiqlal Komitəsinin" yaradılmasının Polşanın ictimai-siyasi mühiti ilə bağlı olduğunu yazır. Polşadakı mühacir nəşrlər, Polşa arxivlərində Azərbaycan siyasi mühacirəti ilə bağlı nümunələr, sənədlər, M.Ə.Rəsulzadənin bir müddət Polşada yaşaması, onun polyak rəsmi dairələrində çalışan şəxsiyyətlər ilə məktublaşması, milli mücadilə tariximizin Avropa ölkəsi ilə bağlı məsələləri yer almış, bır sıra qaranlıq məqamlara işıq tutulmuşdur.

 

"Mühacirət  ədəbiyyatının problemləri" adlı  başlığı ilə B.Əhmədli daha çox müzakirələrə səbəb olan mühacirət poeziyası, Legion ədəbiyyatı, Qurban Səid yazıçının "Əli Nino" romanı ətrafındakı məsələləri geniş şəkildə araşdırır. Bu problemlərin şərhi ilə müəllif həm mühacirət ədəbiyyatının fərqli qollarını öyrənir, həm sözügedən sahədə filoloji fikrin mübahisəli məqamlarına aydınlıq gətirir.

 

Türkiyə, Hindistan Suriyada mühacirət ənənələri olan Azərbaycan ədəbiyyatının XX əsr mərhələsində milli istiqlal mövzusuna köklənməsi B.Əhmədlinin xüsusi vurğuladığı məsələlərdəndir. "Yeni Kafkasiya", "Odlu yurd", "Türk amacı", "Azərbaycan yurd bilgisi" s. kimi mühacirət mətbuatında geniş vüsət alan milli istiqlal mövzusu kitabda çox maraqlı örnəklərlə təqdim edilir.

 

"Personaliya" başlığı ilə B.Əhmədli mühacirət ədəbiyyatımızın görkəmli nümayəndələri haqqında oçerklər təqdim edir. Xüsusi qeyd etmək lazımdır ki, araşdırmalarda bu zamana kimi öz yerini tapmamış bir sıra məsələlər ilk dəfə bu kitabda qələmə alınmışdır. Kitabda Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Almas İldırım Gültəkin kimi mühacir ədiblərimizin həyat yaradıcılığı haqqında çox maraqlı məqamları öyrənirik. İstiqlalı yaşadan mühacirət poeziyamızın araşdırılması da milli ədəbiyyatımızın ən önəmli sahələrindən birinin şərhi kimi son dərəcə əhəmiyyətlidir.

 

Mühacirət mətbuatının təşəkkülü, inkişafı, ayrı-ayrı mətbuat orqanlarının fəaliyyəti, onlarda dərc edilən əsərlərin forma məzmun cəhətdən təhlili B.Əhmədlinin monoqrafiyasında xüsusi qeyd olunmalı cəhətlərdəndir. Məlumdur ki, mühacirət ədəbiyyatını reallaşdıran sahələrdən ən önəmlisi mətbuatın yaranmasıdır. M.Ə.Rəsulzadənin "konuşduğu lisanda ilk qəzetəyə malik olan cəmiyyət, bir milliyyət ikən millət olmağa başlamış deməkdir" sözləri ilə milli mətbuatın formalaşmasının zəruriliyinə tarixi missiyasına diqqəti çəkən müəllif mühacirət ədəbiyyatımızın öyrənilməsində vacib sahə olan mətbuatı geniş planda tədqiq edir. Burada bir çox ölkələrdə fəaliyyət göstərmiş mühacirət mətbuatımızın tarixi fəaliyyəti əhəmiyyətli işlərini görürük. "Azəri-türk", "Yaşıl yaprak", "Azərbaycan", "Milli atəş", "Ergenekon", "Kutlu od" digər çoxsaylı mühacir mətbuat orqanlarımız haqqında kitabdan məlumat almaq mümkündür. 

 

B.Əhmədlinin mühacirət ədəbiyyatı sahəsində yazılmış tədqiqatları dəyərləndirməsi, tənqidi fikirlərlərində məsələni obyektiv mülahizələrlə əsaslandırması monoqrafiyada vacib məqamları ifadə edir.

 

B.Əhmədlinin "Azərbaycan mühacirət ədəbiyyatı: təşəkkülü, problemləri, şəxsiyyətləri" monoqrafiyası Azərbaycan mühacirət ədəbiyyatını ardıcıl, sistemli, nəzəri konsepsiya daxilində, vacib örnəklərə istinad edərək araşdıran əhəmiyyətli bir kitabdır. Kitab elmi ictimayətimizə bir töhfə, ədəbiyyatşünaslıq elmimizə əhəmiyyətli bir xidmətdir.

 

Kitab milli kültürümüzün, ədəbiyyatımızın milli istiqlal və mücadilə tarixinin ifadəsidir.

 

Bəsirə ƏZİZƏLİYEVA

Filologiya üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet.- 2017.- 6 iyun.- S.7.