Afaq Məsud TÜRKSOY-un medalına layiq görülüb

 

 

 

TÜRKSOY-un baş katibi Düsen Kaseinov Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.

 

Mərkəzdən Trend-ə verilən məlumata görə, D.Kaseinov qurumun direktoru, yazıçı Afaq Məsudu yubileyi münasibəti ilə təbrik edib.

 

O, Mərkəzin türkdilli ölkələr arasında ədəbi əlaqələrin möhkəmlənməsi istiqamətində gördüyü işlərdən söz açıb, bu istiqamətdə göstərdiyi uğurlu fəaliyyətinə görə A.Məsudun TÜRKSOY-un medalına layiq görüldüyünü bildirib və medalı sahibinə təqdim edib.

 

525-ci qəzet.- 2017.- 6 iyun.- S.2.