Azərbaycan Xalq Cümhuriyyətinin 100
illiyi qarşısında
Şirməmməd HÜSEYNOV
Neçə
min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan”
adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini
yaratmış, qısa müddətdə olsa da, şərəflə
yaşatmış və dünyaya tanıtmış istiqlal
mücahidlərimiz məcburi fasilə dövründə
mühacirətdə nələr yazmış, nə düşünmüş,
bizlərə nəyi vəsiyyət etmişlər - oxuyaq,
düşünək, bu günümüz üçün fəxr
edək!
ŞAYANİ-DİDDƏT
BİR SƏFHƏDƏ
Sovet Rusiyada cərəyan edən hadisələr
şayani-diqqət bir səfhədədir. Tarixi hadisələr
arasında müqayisə yapmaq maraqlısı olanlar
bolşeviklərin bulunduğu bugünki hal ilə bundan bir
buçuq əsr əvvəl Fransada Yakobinlərin
yaşadıqları hal arasında böyük bir
müşabihət buluyorlar.
Yakobinlərin keçirdikləri son günlərdə,
Robespiyer terrorunun minlərcə qafa kəsdigi o dəhşətli
zamanlarda Fransanın halı nə idisə, Robespiyer kibi
dünki ixtilal arkadaşlarını bərtərəf etmək
surətilə rəqibsiz hakimiyyətini tərəddüdsüz
bir surətdə sürən diktator Stalinin idarəsindəki
Rusiyanın halı da odur.
Robespiyer
bütün Fransayı dəhşət altında tutaraq,
az-çox istiqlal və protesto əsəri göstərən
qafaları, Danton kibi ixtilal lideri dəxi daxil olduğu halda,
istinasız bir surəttə, gilyotin altında qoyarkən,
Stalin rejimi eyni əməliyyəyi bir az fərqli
bir sistemlə icra etməkdədir. Ümumi terror
bolşeviziyada heç bir zaman durmamaqla bərabər, son
günlərdə bilxassə şiddət etməkdə pək
məşkük ittihamlar üzərinə gah burada, gah orada
koma-koma insanlar, çox kərə siyasətlə əlaqələri
olmayan ixtisas əhilləri belə “ən yüksək cəzaya”
çarpmaqda, yəni kurşuna düzülməkdədir.
Bu
qanlı tədbir bilxassə stalinizmin Rusiya sənayesini 5 sənə
əsnasında, hər nə bahaya olsa da kapitalist Avropa sənayesinə
yetişdirmək kibi fantastik iqtisad planına qarşı gələn
və yaxud bu plana inanmaq istəməyən ictimai siniflərlə
ixtisas əhllərini qorxutmaq məqsədilə tətbiq
olunuyor. Bolşevik firqəsi içərisindəki Dantonlara
qarşı qullandığı tədbir isə Robespiyerdən
fərqli olaraq bir rus qəzetəsinin təbirincə “quru
gilyotin”dir. “Quru gilyotindən məqsəd firqənin, yəni
diktatorun təsbit etdigi ana siyasətə qarşı
müxalif vəziyyət alan ixtilal liderlərini
öldürtmədən ölü bir hala gətirməkdir.
Bu isə azərbaycanlı həcv şairinin sərf etdigi zərif
bir təbirlə sadəcə “qırmızı dəftərçə”nin geri alınması surətilə hasil oluyor.
Yəni müxalif lideri qurşuna düzəcəklərini
sadə komunist firqəsi xaricinə atıyorlar. Bolşeviklər balıqsa, bolşevik firqəsi
sudur. Bir balığı sudan
çıxarmaq demək öldürmək demək degilmidir?
Bolşevik firqəsi xaricində heç bir fəaliyyət əsəri
göstərmənin qeyri mümkün olduğunu nəzərə
alırsanız əzalıq biletini, dünki bir lider və rəis
belə olsa, bir bolşevikin əlindən aldınızmı,
bununla siz onu, digər sovet vətəndaşları kibi, hər
dəqiqə “Çeka”nın qurşunlarını yeməgə
məhkum zavallı bir burjua əksixtilalçısı və
hər dürlü hüquqdan məhrum bir parəyə
halına qoydunuz deməkdir”.
Firqə
xaricindəkiləri qanlı terrora, daxilindəkiləri də
“quru” metodu ilə fəlc bir hala gətirən stalinizm solda
Trotskiçiləri, sağda da Buxarinləri susduraraq ən
böyük ağırlığı köylü sinifi
üzərinə düşən 5 sənəlik
industirilizasyon siyasətini tətbiqə kor bir inadla israr
ediyor.
Bu inad köylünün bir tərəfdən iqtisadi
müqavimətini, kəndi ehtiyacından fəzlə əkin əkməkdən
sərfi-nəzər etməsini, digər tərəfdən də
siyasi müxalifətini köylərdə hər dürlü
qaçaqçılıq və partizanlıq hərəkətlərinin
çoxalmasına mucib oluyor.
Böyük bir məmləkətin iqtisadi üzviyyətindən
ən mühüm bir qismində zühur edən bu arizənin
təsiri ilə bittəbii vücudu təşkil edən
bütün üzvülərdə bir ixtilacdır
başlıyor. Köylər imtiyazsız, şəhərlər
ərzaqsız qalıyor. Sovetlər
ittihadında dünyanın heç bir tərəfində
mövcud olmayan hallara şahid oluyoruz. Böyük
şəhərlərdə, hərbi-ümumi əsnasında
olduğu kibi, əhali zəruri qida maddələrini vəsiqələrlə
və məhdud miqdarda almağa və bunun üçün
saatlarla sıraya durmağa məcbur tutuluyor.
Əhalidəki bu iztirab istər-istəməz komunist
firqəsi daxilinə, qızıl ordu üzərinə,
hökumət hizmətində bulunan bir qisim münəvvər
məmurlara təsir yapıyor. Zaman-zaman yapılan təqibat,
icra olunan “təmizliklər”, pozğunçuluqla mücadilə
namı altında yapılan edamlar həp bu müxalifəti
susdurmaq üçündür.
Fəqət
bihudə! Nə yapılsa da, terror Robespiyerligi mükəddər
aqibətindən qurtarmadığı kibi, bu tədbirlər
dəxi stalinçiligi qətiyyən qurtaramaz!
lll
Bolşevik
rejimi, Rusiya daxilində icrayı hökm edən iki amildən
bilistifadə iş başına gəlmiş və bu yolda
yapdığı demağoji sayəsində iqtidar mövqeində
tutunmuşdur. Bu amillərdən biri
köylü, digəri də millətlər məsələsi
idi. Leninizmin müvəffəqiyyətində
böyük rola malik olan bu iki məsələ stalinizmin
müvəffəqiyyətsizligində dəxi eyni dərəcədə
müəssir olacaqdır. Köylü məsələsinin
nə şəkildə olduğunu gördük. Milli məsələ dəxi eyni müxalif vəziyyətdədir.
Zatən köylü müxalifəti qeyri rus
vilayət və məmləkətlərdəki xüsusi
şərait daxilində milli məsələylə
müştərək getməkdə və bu iki məsələ
yekdigərini təkmil etməkdədir.
Bolşevik firqəsi sadə köylü məsələsi
üzərinə çıxan sapkıncılıqlarla degil,
milliyyət məsələsində baş verən müxalifətlərlə
də çarpışmaqdadır.
Soltan Əliyevə ətf olunub da marksizm ideolojisi üzərinə
müstənəd “Turan Cümhuriyyəti” fikrinin komunistlər
arasında yayılması - bütün təsənni və xəyaliliginə
rəğmən - komunizm təsənni və xəyalına
qarşı bir əksüləməl olmaq surətilə
şayani-diqqət bir hadisədir. Milliyyətçilik
fikrinin qüvvəti qarşısında kəndi məfkurəsinin
sarsıldığını görən bolşevizm Sovetlər
ittihadına daxil bulunan bütün cümhuriyyətlərdə
milliyyətçiligə qarşı şiddətli surətdə
mücadilə hökmünü vermişdir.
Bu hökmün Azərbaycan sahəsindəki təzahürləri
əsib səfhələr ərz etməkdədir. Məgərsə
bolşevizim inqilabının 12-ci il
dönümündə belə məktəblərdə ədəbiyyat
hələ milliyyətçi müsavatçıların “təxribkar”
təsirindəymiş. İştə bu təsirin
önünü almaq üçün mücadiləyə
keçməli və milliyyətçilik məfkurəsinə
aman verməməliymiş!..
Sənaye sahəsində əsil təqib etdikləri əsasdan
gələn müvəffəqiyyətsizligi pərdələmək
üçün məsum mütəxəssisləri kurban
çəkən bolşevizm ədəbiyyat sahəsindəki
məhrumiyyətsizligini qapamaq üçün də məsumlar
arar. İşbu məsum rolunu bu dəfə möhtərəm
şair Ə.Cavad bəyə gördürüyorlar.
Bolşevik “münəqqidləri” zavallı şairi
bolşevik istilasından daha əvvəl nəşr olunan bəzi
şeirlərinin İstanbulda kəndindən xəbərsiz
olduğuna baxmayaraq nəşr olunduğu üçün
şiddətli hücumlara məruz tutuyor, sanki bolşevizm
ideolojisi müvəffəqiyyətsizliginin bütün qəbahəti
onda imiş kibi, kəndisini adəta parçalamaq istiyorlar!
Nəyə
yarar! Bu kibi zorlamalarla həyat bolşevik axarına girməz!
O artıq kəndi yolunu bulmuş, milli axarla gediyor və
böyük bir nəhr halında istiqlal dənizinə
töküləcəkdir. Bu selin önünü nə
Bakıdakı ədəbiyyat təhdidi, nə də Salovkidəki
zülmlərlə çıxılamaz!
Məhbus
arkadaşlarına ən bəsit insan müamiləsini tətbiq
etdirmək üçün Mir Əbdülqani kibi can fəda
qəhrəmanlara malik bulunan bir nəsil mövcud ikən nə
nəfyilər, nə həbslər, nə işkəncələr,
nə də edamlar Azərbaycan xalqına mükəddər
istiqlal qayəsinin təhəqqüqü önünə
keçəməz!
İştə
qızıl rus istibdadının keçirdigi şayani-diqqət
səfhənin bizə verdigi böyük ümidi!..
“Odlu-Yurd”,
dekabr 1929, ¹ 10
Səfhə
- üz, sifət, dövr
Müşabihət
- bənzərlik, oxşarlıq
Məşkük
- şübhəli
Parə -
hissə, tikə
Fəlc -
iflic
Arizə
- əngəl, ilişik
İxtilac
- titrəmə, qıcolma
İttihad
- ittifaq
Müstənd
- istinad edilən
Təsənni
- bir il atlama
Nəfyi
- sürgün
Mükəddər
- kədərlənmiş
İmzasız verilmiş bu baş məqalənin müəllifi
bizcə, qəzetin baş mühərriri M.Ə.Rəsulzadədir
- Ş.H.
QAFQAZ
MƏSƏLƏSİ AMERİKA ƏYAN
MƏCLİSİNDƏ (SENAT)
Müttəhid
Amerika Cümhuriyyəti Əyan Məclisi xariciyyə əncüməni
əzasından mister Kopeland tərəfindən məzkur əncümənə
verilərək, qanun layihələrinin mütaliəsinə məxsus
üsul mövcibincə, iki dəfə baxıldıqdan sonra,
məzkur əncümən tərəfindən qəbul olunan
layihəyi-qanuniyyə (bill) Əyan Məclisinin müzakirəsinə
sövq edilmişdir. İdarəxanəmizə
göndərilən bu mühüm layihənin 23.IV.1929 tarixli
ingiliscə rəsmi mətnindən
yapdırdığımız tərcüməsini dərc
ediyoruz.
Gürcüstan,
Azərbaycan və Şimali Qafqasiya Milli Cümhuriyyətlərindən
mürəkkəb Qafqasiya Cümhuriyyətləri nəzdində
diplomatik müməssil təyinini təmin edən
Qanun layihəsi
Daima məruz
qaldığı təcavüzlərə və
sıx-sıx vüqu bulan yabançı istilalara rəğmən,
kəndi qanunlarını, ictimai müəssisələrini,
lisanını, irqi xüsusiyyətini və müstəqil
mövcudiyyətini mühafizə edə bilən
Gürcüstan krallığının, IV əsrdən
tutaraq bu günə qədər xristian əhali tərəfindən
iskan etdigini;
Bu
krallığın sonra əsri müqtəzəyata
müvafiq olaraq, qanuni-əsası 26 mayıs 1918-də təsbit
olunan milli Gürcüstan Cümhuriyyətinə təbdili
keyfiyyətini;
1920 sənəsində
Rus hökuməti tərəfindən dəxi rəsmən təsdiq
edilmiş ikən əhdşikanə bir surətdə, eyni
hökumət tərəfindən istilaya məruz qalaraq, ərazisi
işğal olunan bu Cümhuriyyət hökumətinin kəndi
fəaliyyətini başda Tiflisdən Batuma, oradan da Fransaya nəql
etmək (ki məmurları şimdiki halda oradadırlar) məcburiyyətində
qaldığını;
Milli Azərbaycan
Cümhuriyyətilə Şimali Qafqasiya Cümhuriyyətlərinin
də buna bənzər hal və eyni şəraiti haiz fəlakət
içərisində bulunduqlarını;
Rusiya tərəfindən
vüqu bulan bu haqsız hərəkatın Müttəhid
Cümhuriyyətlər hökuməti tərəfindən təsvib
edilməyəcəyi əmniyyəsilə, bu cümhuriyyətlərə
qarşı bəsləyəcəgi hüsni-təvəccöhü
nəzərə alaraq Rəisi-Cümhurun münasib
gördügü bir zamanda Gürcüstan, Azərbaycan və
Şimali Qafqasiya Cümhuriyyətləri nəzdində təyin
edəcəgi diplomatik müməssilin icab edəcəgi məsarif
icrasına məzuniyyət verilməsi üçün
işbu layihənin qanuniləşdirilməsi Müttəhid
Amerika Dövlətləri Məbusan və Əyanından
Mürəkkəb Konqreyə təklif olunuyor.
“Odlu-Yurd”,
temmuz (iyul) 1929, ¹ 5
İskan
- məskən
Müqtəzəyat
- lazımi, vacib qanun
Əhdşikən
- əhdini pozan
TROTSKİ
İSTANBULDA
Əvət, o, Leninlə bərabər cahan tarixində əmsalı
yox qanlı bir diktatorluğun əvvəlcə nəzəriyyatını
yapan, sonra da iqtidar və hakimiyyətin baş dondurucu şəhiqələrinə
çıxaraq, o müdhiş nəzəriyyənin qanlı
tətbiqatını doğmatik bir inad və xüşumətlə
icra edən Trotski bu gün İstanbuldadır.
Trotski, İstanbula kəndi ixtiyarı ilə gəlmiş
degildir. “Jurnal” qəzetəsində nəşr olunan bir
yazısına görə İstanbula
çıxar-çıxmaz Qazi P.H.-nə göndərdigi bir
məktubla qeyd etdigi vəchi ilə o buraya sürgün bir vəziyyətdə
gəlmişdir.
Bir an əvvəl dışarıya
çıxarılan Trotski İstanbulda müvəqqəti bir
müsafir vəziyyətindədir. O buradan “dilini bildigi və
kəndisini tanıdığı” bir məmləkətə
getmək üçün viza istəməklə məşğuldur.
Almaniyaya getməyi bilxassə arzu ediyorsa da viza
alamamışdır. Çexoslovakiya,
Vyana kibi yerlərə gedəcəyi ehtimallarından da bəhs
olunmaqdadır.
Trotski “tanıdığı və lisanını
bildigi” məmləkətlərdən birində yerləşmək
imkanını bulacaqmıdır? Bu əlbəttə
ikinci dərəcədə bir məsələdir.
Şübhəsiz, şu və ya bu şəkildə olsa da,
kəndi təbirincə, bir dəfə İspaniyadan, ikinci dəfə
Avstriyadan, üçüncü dəfə də Rusiyadan
sürülməkdə olan bu adam əlbəttə
genə dünyanın bir köşəsində barınacaq
bir yer bulur. Şu sırada, bizcə şayani-qeyd olan məsələ
həyatın müxtəlif səfhələrini
yaşamış, dünyanın
sıcağını-soyuğunu görmüş, ixtilal
yolunun yoxuş-enişlərini çıxmış-enmiş
və hala da “ixtilal, sovet və marksizm prinsiplərinə sadiq
qaldığından bəhs edən bu adamın iləridə
nə yapıb-yapmayacağı degil, əsil mühüm olan
Rusiyadakı “rejimin” onu hüdud xarici etməsidir.
Milli Azərbaycan nəşriyyatını təqib edən
oxucularımız komunist firqəsi içərisində, daha
Leninin vəfatından sonra başlayan müthiş bir çəkişmənin
şiddətlə davam etdigini biliyorlar. Köylü dəryası
içərisində sosializm cəmiyyəti təsisinə
qalxışan xəyalçıların başa qədər
müttəhid qalacaqları qabil degildir, bütün ixtilal və
diktatorlar tarixində görüldügü kibi bunlar da hizbilərə
biri-birinin qafasını yeyəcəklərdi. Bu dəfə də öylə oldu. Trotski sözdə komunizm diktatorluğu prinsiplərini
bütün safiyyətilə müdafiə edərək
iştə firqə daxilində demokrasi əsaslarının tətbiqini
tələb etdi. Buna müqabil firqə makinasını əlinə
alan Stalin isə Lenin zamanında liderin,
daha ziyadə mənəvi nüfuzu ilə ayaqda duran
diktatorluğu bürokrat təşkilatı ilə təmin edərək,
həddi-zatında komunist müxalifi ictimai zümrələrə
qarşı idareyi məsləhət yolunu tutdu. Qələbə Rusiya şəraiti daxilində daha
real taktit təmsil edən Stalin tərəfində qaldı.
Komunist ixtilalının 10-cu ildönümündə firqənin
ikiyə ayrıldığı olmuş bir iş idi. Başda
Trotski, Zinovyev, Radek və Kamenev kibi liderlər olmaq üzrə
bir çox trotskiçilər firqədən tərd
olunmuş və uzaq vilayətlərə
sürülmüşlərdi. Bir az sonra
Zinovyev, Radek və sairləri təkrar Stalinə iltica edərək
vəziyyətlərilə barışmış ikən,
Trotski qənaətlərində israr eyləmiş və
bundan dolayı Qazaxıstanın mərkəzi Almaataya
sürülmüşdü. Trotski Almaatada rahat durmamış
və təfsilatı qismən “Beynəlmiləl həyatdan”
qismimizdə yazılan hadisələr nəticəsində Moskvaya
gətirilərək, bir daha siyasətlə iştiğal etməyəcəgi
haqqında kəndisindən qəti surətdə tələb
olunmuş və rədd cavabı verincə hüdud xaricinə
çıxarılması qərarlaşdırılmışdır.
Vaxtilə kəndisinin də sərf etdigi şeytani fəaliyyət
nəticəsində qurulan istibdad rejimi üzündən məmləkətlərini
tərk etmək iztirarında qalan siyasi mühacirlər qafiləsinə
şimdi artıq Trotski kəndisi də qovuşmuş
bulunuyor.
Leninlə bərabər Trotski əmələ
diktatorluğunun teorisini yapmış və bu teoriyə
görə demokrasiyi və onun əsasını təşkil
edən bütün hürriyyətləri inkar eyləmişdi. Şimdi isə
bu teorinin tətbiq olunduğu “ideal” məmləkətdən
qovulan bu “teoretik” iqtidarda ikən üzünə
tüpürdügü demokrasi məmləkətlərində
kəndisinə bir məlcə aramaqla məşğuldur.
“Əmələ
hakimiyyəti” naminə idarə olunan bir “Vətən”in
müxalif olsa da, ən böyük vətəndaşını
təşkil edən bu məğzub rəculun
yaşayacağı ruhi-halətini bir kərə
düşününüz! Onun tərəfdarları
Puankaranın məmləkətində, Hiddenburqun Cümhuriyyətində,
kral Jorjun səltənətində böyük bir hürriyyətlə
çalışa bildikləri yazı, söz və təşkilat
hürriyyətindən, parlamanlarda xitabət
kürsüsünü işğal edəcək dərəcədə,
istifadə edə bildikləri halda, onunla tərəfdarları
Sovet Rusiyada sadə yaşamaq haqqına belə malik degildirlər.
Trotski
sürgün! - İştə sovet diktatorluğu ilə
demokrasi sistemi arasındakı fərqi görmək istəyənlərin
qafasına dank edən bir hadisə!
Ötədə,
hətta eyni firqənin bir az fərqli düşünən kəndi
cinsindən siyasilərə qarşı mücadilə metodu
edam, həbs, nəfyi və hüdud xaricinə sürməkdən
ibarət ikən, bəridə iki yekdigərini inkar edən
müxtəlif rejimləri müdafiə edən daban-dabana zid
olan məfkurə adamlarının bir arada yaşaması və
sərbəstcə fikir mücadiləsində bulunmaları
mümkün. O dərəcədə ki, müasir mədəniyyəti
ta kökündən yıxmaq istəyən mücərrəb
ixtilalçılara belə mültəcilik haqqı
mövcuddur.
Sosialist bir rus qəzetəsinin qeyd etdigi vəchlə bu
hadisənin eyni zamanda “əski Rusiya kibi, yeni Rusiyanın da
üz qarası” olduğu mühəqqəqdir.
Çar Rusiyası kibi, ixtilal Rusiyasında da idarə
metodu qırbac və təhəkkümdən ibarətdir.
Bu “üz
qarası”nın üçüncü bir
mənası da vardır ki, o bizə kəndi-kəndini yeməkdə
olan qızıl rejimin çökmək üzrə
bulunduğunu bildirməsidir.
Stalin Trotskinin təmsil etdigi sol cərəyanı təpələmişsə
də, bununla o sağdakı Kalinin-Rıkov cərəyanını
zimnən qüvvətləndirmişdir. Trotski
bütün idealistliginə rəğmən Stalin ilə
mücadiləsində istinadsız idi, çünki müdafiə
etdigi əsaslar inkişaf etməkdə olan ictimai qüvvələrlə
müxalifət halında idilər. Sağ cərəyan
isə biləks müdafiə etdigi əsasların daha həyati
olması ilə qüvvətlidir.
Qeyri-həyati bir cərəyanı təmsil edən
trotskizmi, liderinin bütün əhatə və etibarına rəğmən,
məğlub edən stalinizmin o qədər mərub bir liderə
malik olmasa da, daha həyati ümdələri müdafiə edən
sağ cinah qarşısında dura biləcəgi şübhəsizdir.
M.E. (Məhəmməd
Emin)
“Odlu-Yurd”,
mart 1929, ¹ 1
Şəhiqə
- zirvə
Xüşumət
- sərtlik
Safiyyət
- saflıq, təmizlik
İxtirar
- məcburiyyət
Məlcə
- sığınacaq yer
Məğzub
- qəzəbə gəlmiş
Rəcül
- kişi
Mücərrəb
- sınanmış
Zimnən
- bununla belə
BOLŞEVİKLƏR
VƏ DAŞNAKLAR
Azərbaycan istiqlal hərbinin tarixi, bilxassə əskəri
tarixi, daha yazılmamışdır. Bakıda 1918 sənəsi
martında vaqe olan qanlı hadisələr, elani-istiqlal,
bolşevik-daşnak əlində olan Bakının
istixlası üçün davam edən 6 aylıq qanlı və
şanlı hərb - 1918 sənəsi tarixini dolduran
mühüm hadisələrdir. Bu dövrün işbu
mühüm hadisələrini tənvir edəcək bitərəf
hər mühərrir, qeyri-ixtiyari olaraq, Azərbaycan və
Qafqasiyadan xaricə çıxaraq, Peterburq, Moskva, İstanbul,
Berlin və London arxivlərilə daşnaksütyun firqəsi
övraqını dəxi araşdırmaq məcburiyytində
qalacaqdır. On minlərlə azəri
türkünün şəhadətilə nəticələnən
o müəssif mart faciəsi nədən oldu? Azərbaycanın yardımına qoşan qəhrəman
Türk ordusuna o zaman almanlar nədən mane oldular? Brest-Litovsk müahidəsinə zeyl olaraq
Almaniyanın bolşeviklərlə Bakı haqqında əqd
etdikləri anlaşma ilə türk ordusunun
yürüşünə olan maneənin arasındakı əlaqə
nədən ibarətdi? Daşnak firqəsinin
ingilisləri Bakıya gətirməkdə və 1918 sənəsi
Bakı bolşevik hökumətini yıxmaqdakı rolları
nə dərəcədə idi? Bu yeni
şərait Türkiyə ilə almanların münasibətinə
nasıl təsir etdi? Bakıya ingilislərin
gəlməsi, Sovet hökumətinin süqutu, Brest müahidəsi
ilə əlavə anlaşmasının suya düşməsi,
türklərin Bakı üzərinə qəti bir təərrüzə
keçmələrinə başlıca bir səbəb təşkil
etdigini iləri sürən bolşeviklər bunda daşnak
partisini məsul tutuyorlar. Bolşeviklərcə, əgər
daşnak partisi Bakı komunasını yıxaraq ingilisləri
İrandan Bakıya çağırmasaydı, türklər
Almaniyanın təzyiqi altında Bakıdan vaz keçəcək,
Brest müahidəsinə əlavə anlaşma ilə təyin
edilən “Bakısız Azərbaycanla” iqtifa etmək məcburiyyətində
qalacaqlardı. Daşnaq partisi ingilislərin yardımına
inanaraqmı bu yola getdi? Yoxsa Bakı üzərinə
gələn Türk-Azərbaycan ordusu qərargahında bulunan
və Bakı ermənilərini təslimə dəvət edən
Tiflis və Erivan daşnaklarının 2 müməssillərinin
əmrləri iləmi hərəkət etmişlərdi?
Bolşeviklər bu məsələnin həllində
mütərəddiddirlər. Çünki
- bolşeviklərcə - ingilislərin Bakını türklərdən
mühafizə etmiyəcəkləri bəlli idi. Onlar - ingilislər - yalnız bir manevra yapmaq və
türklərə Bakıya girmək imkanını verməklə
- Bakı petrol sahəsini alman - bolşevik əlindən
çıxartmaq istiyordu.
Bolşeviklər - bu nöqteyi-nəzərdən
daşnakları xain elan ediyor, onları Bakı
komunasının yıxılmasında və Bakının
bilaxirə “Müsavat” əlinə keçməsində
ittiham ediyorlar.
Daşnak partisi isə kəndisini müdafiə ediyor,
biləks 1918 sənəsində Bakının bolşevikər
əlinə keçməsini kəndi əsərləri ədd
ediyorlar.
Parisdə intişar edən “Ayrenik” məcmuəsində
“Şatiryan” və “Məlik-Yolçuyan” 1918 sənəsi
hadisələri ilə bolşeviklərin süqutunu da
Bakı komunistlərinin cəhalətlərinə ətf
ediyorlar.
Daşnakların
yazdıqlarına görə: 1918 sənəsində
bolşeviklərdən başqa son dərəcə
mühüm rol oynayan iki siyasi parti dəxi vardı ki, bunlardan
biri “Müsavat”, digəri “daşnaksütyun” idi. Bütün Azərbaycan türkləri “Müsavat”
arxasında, bilümum ermənilər də “daşnaksütyun”
ətrafında birləşmişlərdi. Daşnaklar rus-bolşevik inqilabını müdafiə
ediyor, “Müsavat” isə Türkiyənin yardımı ilə
milli bir cümhuriyyət ümidilə Sovet rejiminə
düşmən idi. “Müsavat” partisi eyni
zamanda Bakıda toplanıb qalmış olan erməni əskəri
qüvvətlərinə vətənlərinə getmək
üçün müsaidə etmiyordu. Bu
hərəkət erməniləri qızdırıyordu.
Və bunun nəticəsi idi ki, erməni əskərləri
bilaxirə Bakı vətəndaş müharibəsində
iştirak etdilər... Və Sovet hakimiyyətinin
təşəkkülünə səbəb oldular.
Məlik-Yolçuyan
diyor ki:
Stepan Şaumyan Bakıya gəldigi zaman bütün
siyasi firqələri əl-ələ verərək koalisyon
üsul ilə çalışan gördü.
Fanatik bir komunist və Leninin kor bir tərəfdarı
olan Şaumyan o saat pozğunçu fəaliyyətinə
başladı və kəndisinə hakim bir vəziyyət
qazanmaq üçün Bakı demokratisini parçalamağa
qoyuldu. Kəndi firqəsi içərisində o mücadiləyə
girişdi. Komunizmin tətbiqi
üçün Bakıda hakimiyyəti ələ almaq
lazım gəldigini kəndi arkadaşlarını
inanrıdmağa başladı. Şaumyan Azərbaycan,
erməni və s. kibi Milli Şuraların böyük əleyhdarı
idi. Bakıda o zaman böyük miqdarda silah və
əskəri ləvazimat var idi ki, Tiflisdən verilən əmr
mövcibincə 2-ci erməni alayı təşkil edilmək
üçün, erməni Milli Şurasına təslim
olunmalı idi. Türklərlə ermənilər
bu xüsusda anlaşmış olduqları halda Bakı icraiyyəsi
buna mane oldu. Erməni və türk milli şuraları,
bir tərəfdən: Şatriyan, Ter-Mikaelyan, Manadiyan, Məlik-Şahnəzəryan
və Yevanğulyan, digər tərəfdən Behbud Xan
Cavanşir, Əsədullayev, Səfərəliyev, Ağa
Aşurov və doktor Rəfiyev olmaq üzrə 26 şubat
(fevral) 1918-də Gəncəyə bir heyət göndərmişdi.
Bu heyət Gəncədə ermənilərlə türklər
arasındakı ixtilafı bərtərəf edəcək,
Tiflisdən gələn Maxaradze və Saakyanın dəxi
iştirakilə məzkur heyət iki millətin arasını
bulmuş və erməniləri, əllərində olan təslihatın
bir qismini türklərə verməyə razı etmişdi,
eyni zamanda ermənilərin əlində qalan silah müqabilində
Tiflis hökuməti Gəncə türklərinə 5000
tüfəng göndərməyi vəd etdi. Bu
surətlə gərək Bakıda, gərəksə Gəncədə
erməni və türk alayları təşkilinə şuru olundu.
Bakı Soveti ibtidada milli alayların təşkilinə əleyhdar
degildi. Fəqət qızıl ordunun əskəri inqilab
şurası Bakıya gəlincə işlər dəgişdi.
Bakı bolşevikləri milli alayların təşkilinə
mane olaraq internasyonal qızıl ordu təşkilinə
başladı. Bu yeni kurs “Müsavat” firqəsinin
üsyanı ilə pozulmağa məhkum oldu...
Daşnak
mühərrirləri iştə burada demoğojiyə
başlıyorlar... Bolşeviklərin milli hərəkatı
öldürmək üçün var qüvvətlərilə
çalışdıqlarını etiraf edən daşnaklar,
bu anti-nasyonalist bolşevik hərəkətinin Azərbaycan
paytaxtında bilxassə azərilərə qarşı,
mütəvəcceh olacağı təbii ikən,
hadisatın ibtidasına “Müsavatın inqilab əleyhində
üsyanı” ünvanını veriyorlar. Və
bu mücadilə zamanı erməni əskəri hissələrinin
bolşeviklər tərəfində azəri millətçilərinə
qarşı vuruşmalarına “qəhrəmananə hərəkət”
sifətini taxıyorlar. Daşnak mühərrirlərinin
“Amazasp”ın yaratdığı vəhşətlərə
“inqilab yolunda qəhrəmanlığın son payəsi”
adını verməklə bolşeviklərin “mərhəmətlərinə”
nail olmaq istəmələri əks bir nəticə veriyor.
A.Karinyanın “Zarya Vostoka” (¹ 68, ¹ 70) qəzetəsində
verdigi cavablar Paris daşnaklarını heç də məmnun
edəcək cavablar degildir.
Karinyan
üç an qeyd ediyor:
1 - Mart
hadisəsi başlarkən ermənilərin pozisyonu,
2 - Hadisə
və Bakının müdafiəsi zamanı ilə
3 - Bakının
süqutunda ermənilərin rolu.
Bolşevik
mühərririnin fikrinə görə: Bakıda vətəndaş
hərbi çıxdığı zaman qüvvətli bir erməni
burjuası, erməni kapitalı və bu siniflərin qulu olan
erməni münəvvərləri vardı. Müsavat
hərəkatı onları qorqutuyordu. Vətəndaş
hərbi zamanı Bakı ətrafının “Müsətizə”
edilməsi təhlükəsi bilxassə erməni kapitalistlərini
əlaqədar etdigindən, hadisatda iştirak etdilər və
fürsətdən bilistifadə Bakıya sahib olmaq istədilər.
Bunun üçün idi ki, “Müsavat”ın məğlubiyyətindən
sonra ingilis əlilə bolşeviklərin də
yığılmasına çalışdılar. Fəqət bolşeviklərlə bərabər kəndilərini
də yaqdılar.
Bakı mart hadisəsində daşnakların inqilabı
müdafiə etmələri də doğru degilmiş. Hadisə
çıxdığı zaman Bakı erməni Milli
Şurası ilə daşnak komitəsi bitərəf qalmağı
qərara almış, bu qırarını bolşeviklərə,
“Müsavat”a və erməni əskəri hissələrinə
dəxi bildirmişlərdi. Fəqət
erməni ordu hissəsi və erməni kütləsi kəndi
kəndiligində (?) hadisatda iştiraka
başlamışdı. Erməni xalqı
üzərindəki nüfuzunu qeyb etməmək
üçün daşnak komitəsi bilaxirə hərəkatın
başına keçmiş və “türk xalqı üzərində
yapılan misli görülməmiş vəhşiliklərdə”
iştirak etmişdi.
Karinyan
Amazasp idarəsində olan erməni hissələrinin
Şamaxıda və sair yerlərdə yapdığı qətliamı,
yağmagərliyi və türklərlə ilk toquşmadan
sonra cəbhəyi buraxaraq firarə başlamalarını təsvir
etdikdən sonra Tiflis daşnakları tərəfindən
M.A.-va imzası ilə gələn və Bakı ermənilərinin
bitərəf qalmasını tövsiyə edən məktubunu
Amazasp tərəfindən komanda heyəti müzakirəsinə
qoyulduğunu, eyni zamanda digər bir daşnak heyətinin
Ənzəlidə ingilis əskəri qüvvələri rəisi
Danstervill ilə müzakirədə bulunduğunu zikr edərək
diyor ki:
“Cəbhənin dağılmasına səbəb
daşnak partisi olduğu kibi, Sovet hökumətinin
yıxılmasına, Bakı komunistlərinin məhv olmasına
və ingilislərin Bakıya gəlmələrinə səbəb
də onlar oldu. Daşnaklar digər partilər ilə bərabər,
Bakıda ingilislərin gəlməsi üçün
bolşevikləri yıxdılar cəbhəyi pozdular, casusluq
yaparaq Şaumyan, Caparidze, Əzizbəyov, Zevin və s.
komunistlərin imha edilməsinə yardım etdilər.
İngilislərin Bakıya gəlməsini Məlik-Yolçuyanın
da iştirak etdigi yeni hökumətdə, təntənəli
bir surətdə təsis eylədilər və Bakının
süqutunu yaklaştırdılar...”
Karinyan əlavə
ediyor ki:
“Daşnak
və erməni kapitalistləri şimdi də “sol” və ya “məsai
fraksiyonu yaratmaqla bizə (bolşeviklərə) yaklaşmaq və
1918 sənəsi rollarını yenidən oynamaq istəməkdən
uzaq degillərdir...”
Məlik-Yolçuyanın təcrübələrini təkrar etmək erməni millətindən ötrü nə qədər faydalı nəticələr verə bilir?
Bizcə Məlik-Yolçuyanlar hər şeydən əvvəl bunu düşünməli və 1918 ilə 1929 sənəsini müqayisə etməlidirlər...
Mirzə
Bala
”Odlu-Yurd”,
Temmuz (iyul) 1929, ¹ 5
Tənvir
- işıqlandırma
Övraq
- vərəqlər
Zeyl -
qeyd, şərh
Firar -
qaçma
İqtifa
- ardına düşmə, təqib etmə
Mütəvəcceh
- yönələn, istiqamətlənən
Payə -
rütbə
(Ardı var)
525-ci qəzet 2017.-
17 iyun.- S.20-21.