Əziz Əliyev haqqında biblioqrafik nəşr və elektron baza təqdim edilib

 

Milli Kitabxanasında görkəmli dövlət və elm xadimi, professor Əziz Əliyevin anadan olmasının 120 illik yubileyi münasibətilə “Əziz Əliyev. Biblioqrafiya” kitabının və “Əziz Əliyev” elektron məlumat bazasının təqdimatı olub.

 

525.az-ın məlumatına görə, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bildirib ki, bu biblioqrafiya rəhbərlik etdiyi qurum tərəfindən “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından tərtib edilib, nəşrə Əziz Əliyevin həyatını, elmiictimai fəaliyyətini əks etdirən ədəbiyyat toplanıb.

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Milli Kitabxana tərəfindən görkəmli şəxsiyyətlər haqqında biblioqrafik göstəricilərin hazırlanmasını yüksək qiymətləndirib. O, Əziz Əliyevin həyat yaradıcılığından danışıb, səhiyyə sisteminintibb təhsilinin formalaşdırılmasında onun xüsusi xidmətlərinin olduğunu qeyd edib.

 

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, professor Nazim Qasımov, Milli Məclisin deputatları Nizami Cəfərov və Aydın Mirzəzadə, Bakı Dövlət Universitetinin biblioqrafiya kafedrasının müdiri Nadir İsmayılov və başqaları alimin səhiyyə elminə, tibb təhsilinə töhfələrindən danışıb, biblioqrafiyada Əziz Əliyevin həyat və yaradıcılığına geniş yer verildiyi vurğulayaraq, nəşri yüksək qiymətləndiriblər.

 

Qeyd edək ki, biblioqrafiyada alimin əsərləri, həyat və yaradıcılığına dair 1933-cü ildən 2017-ci ilədək geniş bir dövrü əhatə edən ədəbiyyat öz əksini tapıb. Biblioqrafik göstərici Azərbaycan və rus dillərində tərtib edilib, materiallar bölmələr daxilində xronoloji prinsiplə, daxildə isə əlifba sırasına uyğun olaraq qruplaşdırılıb.

 

Tədbirdə “Əziz Əliyev” elektron məlumat bazası təqdim edilib, qonaqlar  “Əziz Əliyev-120” kitab sərgisi ilə tanış olublar.

 

525-ci qəzet  2017.- 21 iyun.- S.2.