"Şair Taleh Həmidin 65 illiyi qeyd edildi

 

Dünən Nizami Kino Mərkəzində mərhum şair publisist Taleh Həmidin 65 illik yubileyi qeyd olunub. Tədbirdə tanınmış yazarlar, ziyalılar, şairin ailə üzvləri, oxucular media nümayəndələri iştirak ediblər.

 

Yubiley tədbiri T.Həmidin həyat yaradıcılığına həsr olunmuş videofilmin nümayişi ilə başlanıb. Filmdə şairin öz dilindən şeirləri səslənib, Xalq yazıçısı Elçin Əfəndiyev, akademik Vasim Məmmədəliyev, professor İsrafil İsrafilov, aktyor Yasin Qarayev, bəstəkar Eldar Mansurov mərhumla bağlı xatirələrini, düşüncələrini bölüşüblər.

 

Mərasimi giriş nitqi ilə açan professor Məhərrəm Qasımlı şairin yaradıcılığını yüksək qiymətləndirib, qeyd edib ki, onun poeziyası öz kökü etibarilə yurda, torpağa bağlı idi: "Biz ta gənclik zamanımızdan, tələbəliyimizdən birlikdə idik. Aramızda ən istedadlısı, çalışqanı məhz Taleh Həmid idi. Onun ədəbi aləmdə öz sözünü deyəcəyini, adını ədəbiyyat tariximizə yazdıracağını ilk vaxtlardan bilirdik. Bu, belə oldu. O, hələ gənc yaşlarından Yazıçılar Birliyinin mətbu orqanlarında, jurnal qəzetlərində çap olundu, ardıcıl fəaliyyət göstərdi. Talehin publisistikası da poeziyasından "su içmişdi".

 

İrəvan Dövlət Dram Teatrının aktyorları Əhliman Ərşadlı, Şəbnəm Cəbrayılova, Müdvər Nemətova şairin şeirlərini səsləndiriblər.

 

Xalq şairi Nəriman Həsənzadə Taleh Həmidin xatirəsini unudulmağa qoymadıqları üçün tədbir təşkilatçılarına təşəkkürünü bildirib. Qeyd edib ki, T.Həmid səlis, axıcı, sadə dili ilə bütün Azərbaycan xalqı üçün yazırdı: "Bir zaman o, mənə pyesini təqdim etmişdi. Oxuyanda heyrətə düşdüm. Ona görə düşünürəm ki, biz həm istedadlı bir dramaturq da itirmişik. O, ədəbiyyatımız üçün çox önəmli ədəbi irs qoyub getdi".

 

Professor Qəzənfər Paşayev Taleh Həmid poeziyasının, publisistikasının heyranedici, insanın daxili dünyasına təsir edəcək qüvvəyə malik olduğunu deyib.

 

Daha sonra ədəbiyyatşünas Məti Osmanoğlu, şair Nazim Əhmədli, Ramiz Göyüşov, Əməkdar artist Aqşin Abdullayev,  Eyvaz Həmid başqaları çıxış edərək T.Həmidin yaradıcılığından, şəxsiyyətindən rəğbətlə söz açıblar.

 

Sonda mərhum şairin həyat yoldaşı İradə Həmid çıxış edərək tədbir iştirakçılarına, çıxışçılara təşəkkürünü bildirib.

 

Şahanə MÜŞFİQ

525- qəzet.-2017.-23 iyun.-S.7.