Nazim Bəykişiyevdən arxivə 41 hədiyyə
Xalq rəssamı, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş rəssamı Nazim Bəykişiyev Dövlət Kino - Foto Sənədləri Arxivinə daimi saxlanılmaq məqsədilə 41 saxlama vahidi fotosənəd təqdim edib.
Milli Arxiv İdarəsindən AZƏRTAC-a bildirilib ki, təqdim olunan fotosənədlər Akademik Milli Dram Teatrında və Dövlət Musiqili Teatrında rəssamın iştirakı ilə hazırlanan tamaşalardakı yaddaqalan anları əks etdirir.
Eyni zamanda, fotosənədlər - rəssamın ömür və yaradıcılıq yoluna işıq salır, onun əsərlərini tədqiqatçılara çatdırır.
Hazırda fotosənədlərin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir. Hər bir sənəd haqqında qısa məlumat hazırlanır.
Qeyd edək ki,
N.Bəykişiyev Oktay Kazımovun
"Qızıl toy", Emin
Sabitoğlunun "Nəğməli könül", Ramiz Mirişlinin "Qaçırılmış
qız", Hüseyn Cavidin
"İblis", Mir
Cəlal Paşayevin "Dirilən adam" və onlarla digər
tamaşaların quruluşçu rəssamı
kimi tanınır.
525-ci qəzet.-
2017.- 10 mart.-S. 7.