AnkaradaMolla Pənah Vaqif ilinin açılışı olub

 

Ankarada Beynəlxalq Türk Mədəniyyəti Qurumu (TÜRKSOY) tərəfindən XVIII əsr Azərbaycan poeziyasının parlaq siması, görkəmli şairi, məşhur siyasi dövlət xadimi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi münasibətilə 2017-ci ilinMolla Pənah Vaqif ilielan edilməsi münasibətilə mərasim təşkil olunub.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının, Azərbaycanın Türkiyənin Mədəniyyət Turizm nazirliklərinin, Azərbaycan Milli Kitabxanasının, Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun birgə təşkilatçılığı ilə TÜRKSOY-un qərargahında keçirilən mərasimdə rəsmi şəxslər, diplomatlar, Ankara ictimaiyyətinin tanınmış nümayəndələri, elm mədəniyyət xadimləri, şeirsevərlər digər şəxslər iştirak ediblər.

Əvvəlcə Azərbaycanın TÜRKSOY-dakı rəsmi təmsilçisi Elçin QafarlıMolla Pənah Vaqif ili bu münasibətlə təşkil olunan mərasimlər barədə məlumat verib.

TRT-nin Ankara radiosu Xorunun ifasında VaqifinDurnalarşeirinə bəstələnmiş mahnı səsləndirildikdən sonra Azərbaycan Milli Kitabxanasının arxiv fondunda saxlanılan M.P.Vaqifin, onun haqqında yazılmış, başqa dillərə tərcümə olunmuş əsərlərdən ibarət sərginin açılışı olub.

Rəsmi açılış mərasimində TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Mədəniyyət Turizm nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırov, Türk Mədəniyyəti İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkiyənin Mədəniyyət Turizm nazirinin müavini Nihat Gül çıxış ediblər.

Çıxışlarda böyük şair Molla Pənah Vaqifin poeziya yaradıcılığı, onun diplomatik səyləri, dövlət işlərindəki uğurları digər məqamlardan bəhs olunub.

Molla Pənah Vaqif ili”nin ikinci toplantısı bu gün Türkiyənin Sakarya şəhərində keçiriləcək.

 

525-ci qəzet.- 2017.- 3 mart.- S.4.