Mahnı Teatrında "Sazın ana
laylası" səslənib
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə "Sazın ana laylası" adlı konsert proqramı təşkil olunub.
Aşıqlar Birliyindən AZƏRTAC-a bildirilib ki, gecəni mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva açaraq qadın aşıqlara uğurlar arzulayıb.
Azərbaycan dövlətinin aşıq sənətinin inkişafına hər zaman böyük təkan verdiyini bildirən S.Məmmədəliyeva son illər qadın və qızların aşıq sənətinə böyük maraq göstərdiyini söyləyib.
Bildirilib ki, Prezident İlham
Əliyevin aşıq sənətinə qayğısı sayəsində bir sıra aşıqlara fəxri adlar verilib. Həmçinin, Birinci vitse-prezident Mehriban Əliyeva da aşıq sənətinə hər zaman diqqət göstərib və bu qayğının nəticəsi olaraq
2013-cü ildə Heydər
Əliyev Fondunun dəstəyi ilə Gədəbəy saz məktəbi açılıb.
"Bu gün
biz Azərbaycan hökumətinin
həyata keçirdiyi
məqsədyönlü siyasət
və bu istiqamətdə müvafiq
tədbirlər nəticəsində
Azərbaycan aşıq
sənətini dünya
qeyri-maddi irsinin inciləri sırasında
görürük. Bu hadisə beynəlxalq səviyyədə aşıq
sənətinin Azərbaycan
mədəni irsinin ən qədim nümunələrindən biri
olduğunu bir daha təsdiqləyir",
- deyə nazir müavini vurğulayıb.
Gecədə Əməkdar
mədəniyyət işçiləri
Ulduz Quliyeva, Samirə Əliyeva, Solmaz Kosayeva, həmçinin aşıqlar
Zülfiyə İbadova,
Könül Bayramova, Xatirə Gülməmmədli
və başqaları
çıxış edərək
rəngarəng saz havaları səsləndiriblər.
Konsertdə Əməkdar mədəniyyət
işçisi Gülarə
Azaflının rəhbərlik
etdiyi "Çeşmə"
folklor qrupunun da çıxışı
maraqla qarşılanıb.
525-ci qəzet.-
2017.- 8 mart.- S.7.