Nardaran Bilik evində Əziz Əliyevin 120 illik yubileyi qeyd olunub

 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Nardaran Bilik Evində görkəmli dövlət elm xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin anadan olmasının 120 illiyi ilə əlaqədar tədbir keçirilib.

Fonddan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Milli Məclisin deputatı, Nardaran Bilik evinin direktoru Dilarə Cəbrayılova görkəmli alimin fəaliyyətindən danışıb. Qeyd edilib ki, Əziz Əliyev müxtəlif məsul vəzifələrdə çalışdığı müddətdə dövlət idarəçiliyinin təkmilləşdirilməsində səmərəli fəaliyyət göstərib, respublikada səhiyyə sisteminin tibbi təhsilin formalaşmasına layiqli töhfələr verib.

Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev Əziz Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsi, respublika səhiyyə sisteminin tibbi təhsilin formalaşdırılması istiqamətində gördüyü işlərdən bəhs edib. O, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun inkişafında beynəlxalq aləmdə tanıdılmasında, milli tibb kadrlarının, səhiyyə işçilərinin hazırlanmasında alimin fəaliyyətini xüsusi vurğulayıb.

Əziz Əliyevin həyatından fəaliyyətindən danışan institutun kafedra müdiri, professor Teymur Qafarov bildirib ki, professorun həyat yolu hər bir mərhələdə elmi, pedaqoji, ictimai dövlət fəaliyyəti sahələri ilə zəngin olub. Ölkəmizdə ali tibb təhsilinin, ixtisasartırma kadrların yenidən hazırlanması sisteminin, səhiyyə təşkilatları müəssisələri şəbəkəsinin əsasını qoyanlardan biri kimi Əziz Əliyevin nəsillərə saxladığı irs öz dəyərini hələ itirməyib. Vurğulanıb ki, görkəmli alimin ömrünün böyük bir hissəsi Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə bağlı olub.

Sonra T.Qafarov şagirdlərin mövzu ilə bağlı suallarını cavablandırıb.

Tədbirdə Nardaran, Bilgəh, Maştağa qəsəbə xəstəxanalarının baş həkimləri tibbi personalı, ziyalılar, müəllim şagirdlər iştirak ediblər.

 

525-ci qəzet.- 2017.-10 mart.- S.2.