"Gələn bəzirgandı, gedən xocadı..."

 

BÖYÜK DİLÇİMİZ, USTADIM AĞAMUSA AXUNDOVU BİR DAHA XATIRLARKƏN

 

Akademik Ağamusa Axundovu fərqləndirən cəhətləri, məziyyətləri saymaqla bitməz.

 

O, elmi kadrların yetişməsində, dilçilik elmimizin inkişafında misilsiz xidmətləri olan, məktəb yaradan, bu elmi beynəlxalq aləmə çıxaran, çoxşaxəli zəngin yaradıcılıq yolu keçən bir elm xadimi idi. Ağamusa müəllim iddiasız yaşamağı bacaran, mənalı şərəfli ömür yaşayan, həm böyük amallarla yaşayan, ziyalılığı, yüksək mədəniyyəti, nəcibliyi ilə nümunə olan təkrarsız bir şəxsiyyət idi.

 

Məlumdur ki, XX əsrin əvvəllərində, daha dəqiq desək 20-ci illərin sonu, 30-cu illərin əvvəlində müasir Azərbaycan dilçiliyinin yaradıcılarından olan Bəkir Çobanzadənin üç aspirantı olmuşdu: M. Şirəliyev, Ə. Dəmirçizadə, M. Hüseynzadə. Bu üç elm korifeyindən biri-professor Muxtar Hüseynzadənin XX əsrin 50-ci illərindən sonra yetirdiyi dilçilər nəslinin başında akademik Ağamusa Axundov gəlir. A. Axundov da sələflərinə layiqli xələf olmuş, elm aləmində məktəb yaratmış, böyük bir elmi irs qoyub getmişdir. Mən fəxr edirəm ki, akademikin yetirdiyi tələbələrdən biri mənəm.

 

Unudulmaz müəllimim, gözəl insan A. Axundovu mən 1966-cı ildə şəxsən tanımışam. Həmin ildə onillik orta məktəbi başa vurub sənədlərimi Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili ədəbiyyatı ixtisasına vermişdim. İmtahanlar başa çatmışdı. Qızmar avqust ayının sonları idi. Uzun intizardan sonra nəhayət, qəbul olunan əbələrin adlı siyahısı divardan asıldı. Onların içərisində mən var idim. Zarafat deyil, min nəfərə yaxın abituriyent Filologiya fakültəsinə qəbul olmaq üçün sənəd vermişdi. Onların içərisindən ancaq əlli nəfər tələbə adını qazana bilmişdi. Qəbul olunan filfak tələbələrilə universitet kitabxanasının II mərtəbədəki salonunda görüş keçirilirdi. Yadımdadır ki, bu yığıncaqda tələbələrin görüşünə Filologiya fakültəsinin ağsaqqal professorlarından Mir Cəlal müəllim, Səlim Cəfərov, Əlövsət Abdullayev, Yusif Seyidov gəlmişdilər. Görüşü orta yaşlı, gülər üzlü, sifətindən nur yağan bir müəllim idarə edirdi. Dedilər, fakültənin dekanıdır, Ağamusa müəllimdir. Tələbə yoldaşlarım danışırdı ki, onun iki ali təhsili var, Misirdə işləyib. Birinci kursda üstündə Nəsir Məmmədov Ağamusa Axundovun adı yazılanDilçiliyə girişkitabımızın müəllifi kimi onu daha yaxından tanıdıq. Dekan olduğuna görə onunla ünsiyyətimiz var idi. Ağamusa müəllim sakit təbiətli, az astadan danışan, ancaq demokratik xarakterli, humanist alicənab bir insan idi. Mən bunu öz təcrübəmdə daha yaxından müşahidə etdim. Semestr imtahanının birində iştirak edə bilməmişdim. Semestrin sonunda göndərişlə beş almışdım, sənədi dekanlığa verməli idim. Necə oldusa bir gün yubatdım. Dekanın müavini sənədi qəbul etmirdi ki, vaxt dünən qurtarıb. Sən gec gətirmisən. Sənədimi götürməsə idi, təqaüd ala bilməyəcəkdim. İstəyirdim kor-peşman otaqdan çıxam, elə bu zaman təsadüfən Ağamusa müəllim içəri daxil oldu. olub, - deyə soruşdu. Dekan müavini giley elədi ki, vaxt dünən qurtarıb, bu, göndərişi vaxt qurtarandan sonra gətirib. Ağamusa müəllim ağayana amiranə bir tərzdə:Nə olacaq eee. Al at ora, qəbul et, tələbədir , - dedi. Müavin dekanın sözünü qaytara bilmədi, onunla ürəyində razı olmasa da, göndərişi qəbul etmək məcburiyyətində qaldı. Ağamusa müəllim belə alicənab, xeyirxah, həm gözü, könlü tox insan idi.

 

Ağamusa müəllim tək fakültənin deyil, universitetin professor-müəllim tələbə kollektivinin böyük nüfuzunu qazanmışdı. Ona görə iki dəfə dekan seçildi. Onun birinci dekanlığı dövründə mən tələbə idim. Fakültə Tələbə Elmi Cəmiyyətinin sədri -sonralar istedadlı elm adamı, professor kimi tanınmış rəhmətlik Vaqif Arzumanlı idi. O universiteti bitirdiyinə görə fakültə TEC sədri vəzifəsini mən əvəz edirdim. İclasda mən fakültə tələbə elmi cəmiyyətinin fəaliyyəti haqqında hesabat verdim. Çıxışımda da fəaliyyətimizin bir az zəif olmasını dekanlığın bizim işimizə kömək etməməsi ilə əlaqələndirdim. Amma dekan kimi o iclasda iştirak edən Ağamusa müəllim heç bir reaksiya vermədi, mənim sözümü kəsmədi. Mən gözləyirdim ki, Ağamusa müəllim bunu yadından çıxarmayacaq, onun hayıfını məndən çıxacaqdı. Amma oldu. Ustad V kursda bizəÜmumi dilçilikfənnindən dərs dedi. Semestr imtahanında da mənə 5 yazdı. Böyük idealları olan Ağamusa müəllim xırda hisslərlə yaşamırdı, xırdaçı adam deyildi. Bütöv şəxsiyyət idi.

 

Ağamusa müəllimin yaxşı bədii zövqü var idi. Biz oxuyan dövrdəÜmumi dilçilikfənninə aid hələ mükəmməl dərslik yox idi. Sonralar ilk dərsliyi Ağamusa müəllim nəşr etdirdi. Dərsdə biz mühazirəni yazırdıq. Tələbələr V kurs olmasına baxmayaraq bu gözəl insanın dərsində iştirak etməyə çalışardı. Dərsi çox maraqlı olurdu. Özünəməxsus diksiyası, danışıq hərəkət tərzi vardı. Səsini heç vaxt ucaltmazdı. Tələbələr yorulanda haşiyə çıxardı. Yaxşı şeirlər deyər, şərh edərdi. Məsələn, Rəsul Həmzətovun şeirini deyirdi, öz dilimizdə nəql edirdi: səni dünyada beş nəfər sevən varsa, biri mənəm, dördü sevirsə biri mənəm, üçü sevirsə biri mənəm, ikisi sevirsə biri mənəm, əgər səni sevən artıq yoxdursa... Axırını orijinalda olduğu kimi deyərdi: Qde to v qorax poqib Rasul Qamzatov (O vaxtlar - 1969-1970-ci illərdə Dağıstan şairi Rəsul HəmzətovunMənim Dağıstanımkitabı bizim nəsil gənc oxucular arasında çox populyar idi).

 

Mən fürsət düşəndə bu abidə şəxsiyyətin hər hərəkətinə, ağzından çıxan hər sözə fikir verərdim, göz qoyardım.

 

Akademiyanın bir nəfər əməkdaşı qoltuğunda kitabı fakültəyə gəlmişdi. Kitabını Ağamusa müəllimə təqdim elədi. Sonra yadına düşdü ki, avtoqraf yazsın. Dayan, üstünü yazım, -dedi. Ustadın o qədər vaxtı hardaydı. Ona görə müəllifin xatirinə dəyməmək üçün gülə-gülə: lazım deyil, indi avtoqraf yazmaq moddan düşüb, - deyərək canını qurtardı.

 

Bu işıqlı insan mənim namizədlik işimdə birinci opponent idi. Dilçilik İnstitutunun direktor otağında dissertasiya işinin müdafiəsi keçirilirdi. Ağamusa müəllim rəyini oxudu. Məni təbrik etdi. qədər təkid etsək , banketə qalmadı. Vacib işim var, - deyib getdi.

 

Səhv etmirəmsə, keçən əsrin 70-ci illərinin sonları idi. Ağamusa müəlliminAzərbaycan dilinin fonetikasımonoqrafiyası Azərbaycan Dövlət Mükafatına təqdim edilmişdi. Bu münasibətlə mən Naxçıvanda çıxanŞərq qapısıqəzetində geniş məqalə çap etdirdim. Öz vəfa borcumu yerinə yetirmək istədim.

 

Ağamusa müəllim sonralar uzun müddət AMEA-da çalışdı. Dilçilik İnstitutunun direktoru, akademiyanın humanitar ictimai elmlər bölməsinin akademik-katibi oldu. Mən akademiyanın üzvü seçiləndə çox sevindi, koridorda bir qrup həmkarı ilə söhbət edirdi, siqaretin külünü çırpıb, məni yanına çağırdı, təbrik etdi, ata kimi alnımdan öpdü. Bu fenomen insanın bu səmimi davranışını necə unutmaq olar.

 

Bu görkəmli elm xadimi ilə bir neçə dəfə xarici səfərlərdə, beynəlxalq konfranslarda birlikdə olmuşuq. Bu səfərlərdə mən Ağamusa müəllimin böyüklüyünü, alicənablığını daha yaxından görmüş, onun nəzakətinə, insani münasibətinə heyran qalmışdım. Ağamusa müəllim mənim üçün mənəvi saflıq, yüksək insani keyfiyyət nümunəsi idi.

 

Akademik A. Axundov bacarıqlı elm təşkilatçısı idi. Hər məqamda adını iftixarla çəkdiyimiz bu böyük insan elmipedaqoji fəaliyyəti ilə ölməzlik qazanan azsaylı alimlərimizdəndir.

 

Ustadımız akademik Ağamusa Axundov fani dünyadan köçdü, o, cismən öldü, ruhu bizimlədir, onu sevənlərin qəlbində yaşayır. Məkanın cənnət olsun, ustad. Gələn bəzirgandı, gedən xocadı...

 

Əbülfəz QULİYEV

AMEA-nın müxbir üzvü

 

525-ci qəzet.- 2017.- 18 mart.- S.19.