“İşığa gedən yol” Mərkəzi Elmi Kitabxanada təqdim olundu

 

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilatçılığı ilə Azərbaycan Respublikası Milli Televiziya Radio Şurasının üzvü, şairə, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevanınİşığa gedən yolkitabının təqdimatı keçirildi.

Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova tarixən kitabxana mətbuatın ümumi ənənələrinin, ortaq maraqlarının olduğunu önə çəkdi. L.İmanova tarixi gerçəkliklərin çatdırılmasında Sona Vəliyevanın kitablarının böyük önəmə malik olduğunu söylədi. O bu kitabların MEK-in elektron kataloquna, o cümlədən, Milli Rəqəmsal Yaddaş bazasına daxil edildiyini dilə gətirdi.

AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Asif Rüstəmli ilk əvvəl kitabın tərtibatına diqqət çəkərək onu yüksək qiymətləndirdi. O, kitabın olduqca maraqlı bir dövrü əhatə etdiyini bu tərtibatın da rəmzi məna daşıdığını dedı. Tarixi ədəbi dəyərlər arasında bədii körpü yaratmaq baxımından kitabın önəmli missiyası daşımasının, əhatə etdiyi dövrün müasirlərinin olduqca canlı əks etdirməsinin, obrazların canlı təqdim edilməsinin müəllifin yaradıcılıq qabiliyyətindən irəli gəldiyini vurğuladı. Professor kitabın rəmzi mənasını İstiqlala gedən yol kimi xarakterizə edərək, Həsən bəy Zərdabi yaradıcılığının cəhalətlə savaş olduğunu dedi: “Həsən bəy Zərdabi zəkasının Azərbaycan elminin zəkası ilə bağlı olması poetik bədii baxımdan kitabda kərpic-kərpic ucaldılan Zərdabi obrazı ilə eyniləşdirilir. Bu isə əsəri daha tarixi dolğun edir. Bütün bunlar hamısı Sona Vəliyevanın təfəkkürünün məhsuludur”.

AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Yaqub Mahmudov, bir xalq kimi, xaricdən gələn təsirlərin qarşısında ancaq milli- mənəvi dəyərlərimizə, keçmişimizə sahiblənərək, tarixi şəxsiyyətlərimizi təbliğ edərək mübarizə apara biləcəyimizi bildirdi. Tarixi tarixçilərdən çox ədəbiyyatçıların yaşatdığını söyləyən Y.Mahmudov S.Vəliyevanın bu kitabı ərsəyə gətirməsində göstərdiyi həssaslığa toxundu: “Yalnız əsərləri ilə deyil təhsil sisteminə verdiyi töhfələr ilə Sona Vəliyeva Həsən bəy Zərdabinin davamçısıdır”.

Yeni Azərbaycanqəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu S.Vəliyevanın yolunu təkcə ədəbiyyatçı, publisist kimi deyil eyni zamanda sosial mühəndis kimi incələdiyini ərsəyə gətirdiyiİşığa gedən yolkitabının modern tarixi romançılığın ən gözəl nümunəsi olduğunu söylədi.

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov xalqın xalq olmasında şəxsiyyətlərin roluna diqqət çəkərək Mirzə Fətəli Axundovla başlayan axının Həsən bəy Zərdabi ilə davam etdiyini söylədi: “Bu axını bu gün Sona xanım davam etdirir. Ümid edirəm ki, bu kitab Azərbaycan jurnalistlərinin stolüstü kitabına çevriləcək”.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Həsən bəy Zərdabinin təkçə qəzetçi deyil, maarifçi kimliyini daşıdığını, kitabda bunun aydın göstərildiyini dedi. O, müəllifə belə bir nəşri ərsəyə gətirməsinə görə minnətdarlığını bildirib.

BDU-nun Jurnalistika fakültəsinin dekanı, professor Cahangir Məmmədli tarixin ədəbiyyatda yaşaması fikrininİşığa gedən yolkitabında daha real şahidi olduğumuza diqqət çəkdi.

Xalq şairi Sabir Rüstəmxanlı Sona Vəliyevanı təkcə araşdırmaçı deyil, həm Savalan ruhlu şeirlərin müəllifi, Məhsətidən axıb gələn böyük şairə nəslinin ən layiqli davamçısı kimi qiymətləndirdi.

Əməkdar jurnalist Flora Xəlilzadə bildirdi ki, Vətən aşiqliyinə, milli sevgiyə əsaslanaraq yazılan tarixi roman faktlara söykəndiyindən Azərbaycan tarixində rol oynamış bütün şəxsiyyətlərin obrazı kitabda əks olunub: “Bu isə mətbuat tariximizi öyrənməkdə önəmli addımdır”.

Nazirlər Kabinetinin mətbuat mərkəzinin rəhbəri, yazıçı-publisist Akif ƏliƏkinçiqəzetinin mədəniyyətin bütün sahələrinə bu ad altında toxunduğunu vurğuladı: “Sona Vəliyevanın qələmə aldığı kitabın fərqliliyi onun həmin dövrün yeniliklərini mədəniyyətimizə qazandırmasıdır”.

Ədəbiyyatqəzetinin baş redaktoru Azər Turan Əhməd Ağaoğlunun Həsən bəy Zərdabinin torpağa tapşırılarkən dediyiBakının məğrib qapısından Zərdabi yola düşür, amma o qapıdan var dövlət gəlir. Bu var-dövlət isə lal-cəvahir deyil, elm mədəniyyətdirifadəsini xatırladaraq millətin formalaşmasında bu kimi ziyalılarımızdan bəhrələndiyimiz üçün heç bir yad təsir təhlükəsinin bizə bata bilməyəcəyini söylədi. Daha sonra o, kitabın üstünlüklərindən bəhs etdi.

Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov dedi ki, kitab Həsən bəy Zərdabinin ömür yoluna həsr edilsə bu kitab həm onun müasirlərinin yaddaşımızda abidələrini yaradır.

Millət vəkili Elman Nəsirov Sona Vəliyevanısöz adamıkimi tanınmasının təsadüfü olmadığını vurğuladı. O, Nizamilər, Füzulilər yolunda Zərdabi bulağının olduğunu, onun davamçısının isə Sona Vəliyeva kimi ziyalılar ola biləcəyini dilə gətirdi.

Yazıçı-publisist Yunus Oğuz kitabın mənfi mental təfəkkürü dağıdaraq Zərdabi irsinin yeni yol açdığını söylədi.

İki Sahilqəzetinin baş redaktoru, millət vəkili Vüqar Rəhimzadə kitabda çoxşaxəli fəaliyyətin yığcam şəkildə oxucuya təqdim olunmasının əhəmiyyətindən danışdı.

Ədəbiyyatşünas Vaqif Yusifli romanda Həsən bəy Zərdabinin təkcə tarixi şəxsiyyət kimi yox, həm xalqını sevən, xeyirxah insan kimi təsvir edildiyini, əsərin bədii təxəyyülünün güclü olduğunu bildirdi.

Əsərin müəllifi, fəlsəfə doktoru Sona Vəliyeva təbrik xoş sözlərə görə qonaqlara minnətdarlıq edərək, kitabın yaranma səbəblərindən danışdı: “Mətbuat tarixini araşdırarkən, Həsən bəy Zərdabiyə duyduğum doğmalıq, heyranlıq, ruh əkizliyi məni bu əsəri yazmağa sövq etdi”. S.Vəliyeva Zərdabinin millətinə olan təmənnasız sevgisinin, yorulmaz maarifpərvər fəaliyyətinin diqqətini cəlb etdiyini, keçdiyi məşəqqətli yolların özündə də bu sevgini aşıladığını söylədi. Görkəmli ziyalının simasında xalqımızın güc-qüvvət topladığını, Bakı Dumasında təkbaşına apardığı mübarizə zamanı iflic olduğunu və başqa faktların poetik dillə əsərdə təsvir edildiyini dedi. S.Vəliyeva romanı maraqlı obrazlarla əsəri zənginləşdirərək, bununla Zərdabinin mütərəqqi ideyalarını müasirlərimizə də aşılamaq istədiyini qeyd etdi. Müəllif təqdimat zamanı söylənilən fikirlərin onu bu sahədə çalışmalara davam etməyə həvəsləndirdiyini açıqladı. S.Vəliyeva zehnində bu istiqamətdə bir neçə ideya olduğunu, onları gələcəkdə reallaşdırmağa çalışacağını vurğuladı.

 

525-ci qəzet.- 2017.- 11 mart.- S. 9.