"Açıq kitabxana"nın elektron xidmətlərinin təqdimatı  

 

TƏDBİR ÇƏRÇİVƏSİNDƏ MÜƏLLİFLƏRLƏ "İMZALI GÖRÜŞ" TƏŞKİL EDİLİB

 

Mayın 3-də Milli Kitabxananın nəzdindəki "Açıq kitabxana"nın elektron xidmətlərinin təqdimatı kitab müəllifləri ilə "İmzalı görüş" keçirilib.

 

Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq qonaqları salamlayıb, "Açıq kitabxana"nın saytı haqqında geniş məlumat verib.

 

O, "Açıq kitabxana"nın elektron xidmətlərindən danışaraq, virtual sifarişdən buranın fondunda olan kitablarla onlayn formatda tanışlıq imkanlarından yararlanmağın mümkünlüyünü qeyd edib. Sayt vasitəsilə oxucuların dünya respublika kitabxanalarının saytlarına giriş imkanı olduğunu da vurğulayan direktor, internetdən kitab satışı həyata keçirən mərkəzlərlə əlaqə imkanlarından da danışıb. K.Tahirov deyib ki, "Açıq kitabxana"da kitab təqdimatları, imza mərasimləri, poeziya axşamları, ədəbi-musiqili tədbirlər kitab satışının təşkili nəzərdə tutulur.

 

Mədəniyyət turizm naziri Əbülfəs Qarayev "Açıq kitabxana" layihəsinin əhəmiyyətindən, bu təşəbbüsün oxucuların mütaliə mədəniyyətinin, mütaliə marağının artırılmasındakı rolundan söz açaraq, buradakı elektron xidmətlərin genişləndirilməsi yönündə görülən işlərə toxunub. "Açıq kitabxana"da ödənişsiz wi-fi şəbəkəsinin quraşdırıldığını deyən Ə.Qarayev bildirib ki, Apple Store-da "Açıq səma altında kitabxana" proqramının açılması ilə oxucuları buraya daha çox cəlb etmək mümkün olacaq. Nazir, kitab satışı üçün yer ayrılmasının, xüsusən uşaq ədəbiyyatına geniş yer verilməsinin vacibliyini qeyd edib.

 

Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid bu tədbirin kitabın təbliği istiqamətində mühüm addım olduğunu deyib. Nazir Ə.Qarayevin kitabxanalarda kitab satışının həyata keçirilməsi fikrini alqışlayan R.Məcid bu məkanın gələcəkdə gənc yazarların bir-biri ilə oxucularla görüş yerinə çevrilməsini arzulayıb.

 

Sonra direktor K.Tahirov qonaqları "Açıq kitabxana"nın saytı elektron xidmətləri ilə tanış edib.

 

Sonda Bakı Şopinq Festivalı çərçivəsində 12 yazarın - Rəşad Məcid, Natiq Rəsulzadə, Günel Eyvazlı, Mətanət Ulu Şirvanlı, Fərid Hüseyn, Nigar İsmayılqızı, Arzu Hüseyn, Fəxrəddin Ziya, Həyat Şəmi və başqalarının kitablarının satışı keçirilib, müəlliflər oxucular üçün kitab imzalayıblar.

 

525-ci qəzet.- 2017.- 4 may.- S.7.