Auqsburqdakı Azərbaycan

 

Gündüz İSMAYILOV

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini

 

2007-ci ildə Bakıya Ceyms Simit adlı əcnəbi jurnalist gəlmişdi. Danışırdı ki, əvvəlcə Xəzər neftindən yazmaq istəyib, amma sonra fikrini dəyişib. Azərbaycan xalçaları ilə maraqlanıb, ən sonda ölkəmizdəki tolerantlıqdan yazmaq qərarına gəlib.

 

Ceyms Simit həmin yazını İngiltərə mətbuatında çap etdirmişdi. Yazının leytmotivini təşkil edən fikir, məncə, tolerantlığımıza münasibətdə ən obyektiv, dəqiq qiymət sayıla bilər. O, yazır ki, Avropada heç kim yəhudilərə, müsəlmanlara inancına görə təzyiq göstərə bilməz. Çünki başqasının inancına hörmətlə yanaşmaq avropalı üçün qanunun tələbi, hüquqi normadır. Azərbaycanda da xristianlar, yəhudilər təzyiqə məruz qalmırlar. Ona görə ki, başqasının inancına hörmət göstərmək azərbaycanlılar üçün mənəvi məsələ mədəni normadır.

 

Qısacası, tolerantlıq avropalıya görə hüquq, bizə görə isə mənəviyyat mədəniyyət məsələsidir. O vaxt, düz, 10 il öncə Ceyms Simit israrla deyirdi ki, Azərbaycan zəngin enerji resursları, gözəl təbiəti, sehirli xalçaları ilə dünyanı, xüsusilə Avropanı təəccübləndirə bilər. Amma lazım gəlsə, Azərbaycan xalqı yüksək dözümlülük mədəniyyəti, mənəvi zənginliyi ilə  Avropaya dərs keçər...

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin bu il 10-11 mayda Almaniyanın Auqsburq şəhərindəHeydər Əliyev: gənclik, multikulturalizmmövzusunda təşkil etdiyi konfransa gedərkən tədbirin proqramından iştirakçılarından məlumatlı olsam da, düzü, hansı təəssüratla qayıdacağımı bilmirdim. Ancaq geri qayıdarkən ağlımdan yalnız bir fikir keçirdi ki, ingilis jurnalist yerdən göyə qədər haqlıdır: Azərbaycan multikulturalizminin Avropada təqdimatı, əslində, bizim gələcəyə qoyduğumuz ən böyük sərmayədir.

 

...Uğurlu nəticə yaxşı ideyanın gerçəkləşməsidir.

 

Ulu Öndər Heydər Əliyevin doğum günündə Auqsburq UniversitetindəAzərbaycanın Gənc Dostları Klubuilə birgə konfrans keçirilməsi Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayevin ideyası idi. Böyük şəxsiyyətin doğum günündə ölkədə keçirilən ənənəvi tədbirlərdən fərqli olaraq Avropada, özü gənclərin iştirakı ilə konfrans təşkil edilməsinin yeni, amma olduqca məsuliyyətli bir olduğunu hamı başa düşürdü. Üstəlik, vaxt məhdudiyyəti var idi. Cəmi bir ay ərzində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi səfərbər olmalı, danışıqlar aparılaraq Auqsburq Universitetindən razılıq alınmalı, “Azərbaycanın Gənc Dostları Klubu”nun üzvü olan onlarla əcnəbi gəncin Auqsburqa gedişi təmin edilməli, ən əsası, Heydər Əliyevə həsr olunmuş konfrans ona onun xidmətlərinə layiq səviyyədə keçirilməliydi.

 

Azərbaycanın Gənc Dostları Klubu”nun üzvləri əsasən yay qış multikulturalizm məktəbinin iştirakçıları olan tələbələrdir. Həmin tələbələr İndoneziyadan tutmuş Portuqaliyaya, Amerikadan tutmuş İsrailə, Rusiyaya qədər müxtəlif ölkələrin vətəndaşlarıdırlar. Ən önəmli məqamlardan biri odur ki, dünyanın nüfuzlu ali məktəblərində təhsil alan həmin gənclər Azərbaycanın həm dostları, həm təbliğatçılarıdır. Onlar ölkəmizə, onun mədəniyyətinə yaxından bələddirlər, həttaAzərbaycan multikulturalizmifənni ilə yanaşı, dilimizi öyrənirlər. Həmin gənclərin arasında öz ölkəsində yüksəlmək perspektivi olan, beynəlxalq təşkilatlarda, o cümlədən BMT- çalışmaq imkanı əldə edənlər var.

 

Təbii ki, konfransın yeri təsadüfi seçilməmişdi. Almaniyanın ən nüfuzlu ali məktəblərindən olan Auqsburq UniversitetindəAzərbaycan multikulturalizmitədris edilir. Həmçinin, Auqsburq Avropada katoliklərlə protestantların anlaşma imzalayaraq bir arada yaşadıqları ilk tarixi məkan - multikultural şəhərdir. Belə bir şəhərdə Azərbaycanı, onun Liderini multikulturalizm müstəvisindən təqdim etmək müdrik qərar idi.

 

...Yaxşı ideyanı yaxşı komanda həyata keçirə bilər.

 

Kamal Abdullayevin müəyyənləşdirdiyi ən xırda detallara qədər şəxsən nəzarət etdiyi, demək olar ki, gənclərdən ibarət kiçik bir komanda Auqsburqda qarşıya qoyulmuş məqsədləri tam reallaşdıra bildi. Həmin komanda - Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaşları otuzu keçməyən əməkdaşları iştirakçıların məruzəçilərin viza məsələsindən tutmuş, otelə, konfransın keçirildiyi məkana, konfransın proqramına, mədəni tədbirlərə qədər bütün məsələləri ustalıqla həll etdi. Bu, yaradıcı təfəkkürün məhsulu olan uğurlu ideyanın gənclərin enerjisi sayəsində uğurla gerçəkləşməsi idi.

 

...Uğurun üçüncü şərti var: ÜRƏK!

 

Qarşına qoyduğun məqsədə çatmaq üçün sevgini - ürəyini qoymalısan! Əks halda, yaxşı nəticə ala bilməzsən! Azərbaycanın Auqsburqdakı uğurunun bir təminatçısı da bax, bu oldu. İstər Azərbaycandan, istərsə digər ölkələrdən gələnlər səmimi idilər, onları Azərbaycana olan ortaq sevgi birləşdirirdi. Bunu görməmək mümkün deyildi.

 

Etiraf edək ki, avropalıların Azərbaycanla bağlı həqiqətləri başqasının dilindən eşitməsi daha effektlidir. Bu mənada Auqsburqdakı Azərbaycanı bizdən daha çox başqaları təqdim etdi: gürcü, amerikalı, polyak, eston, rus, alman digərləri. Təsəvvür edin: Sofiya Universitetinin tələbəsi Momçil ŞopovOrta əsrlər Azərbaycan ədəbiyyatında multikulturalizmmövzusunda məruzə edir. Yaxud İndoneziyanın Qadcah Mada Universitetinin tələbəsi İmas Xoyrun Nisa FuciatiAzərbaycan Multikulturalizminin İndoneziyada tədrisi”ndən danışır. Bütün bunlar isə Azərbaycanda yox, Avropanın göbəyində - Almaniyada baş verir.

 

...Azərbaycanı layiqincə təmsil təqdim etmək şərəfdir. Başqalarının Azərbaycanı layiqincə təmsil təqdim etməsi isə uğurdur. Auqsburqdakı Azərbaycanı biz yox, BİZİMKİLƏR təqdim etdilər. Amma bu təkcə uğur deyil, həm gələcəyimizə düşən işıqdır!..

 

525-ci qəzet.-2017.-20 may.-S.9.