Kürdəmirdə Musa Yaqubun 80 illik yubileyi ilə əlaqədar tədbir

 

AMEA-nın N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional şöbəsi Kürdəmir rayon Atakişili kənd orta məktəbində görkəmli Azərbaycan şairi Musa Yaqubun 80 illik yubileyi ilə əlaqədar tədbir keçirib.

 

Tədbirin aparıcısı, AMEA-nın N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Aran Regional şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı məclisi açaraq Musa Yaqubun ana təbiətə, yurda, ulusa olan şair sevgisindən, vətəndaş duyğularından, şairin yaradıcılığındakı təbiətlə insan arasındakı qarşılıqlı ünsiyyətin qabarıq ifadəsindən danışıb. Qeyd edib ki, Musa Yaqubun fikri, duyğu düşüncəsi, məhəbbəti, Vətənə, torpağa sevgisi , vətəndaşlığı da onun şeirindədir. Şairin şeiri danışan yerdə özü susur.

 

Məclisin musiqili qonaqları - Əməkdar artist Elnarə Abdullayeva, Əməkdar mədəniyyət işçisi Aşıq Əhliman Şirvanlı, III Muğam müsabiqəsinin laureatı Nigar Şabanova, Aşıq Elman İsmayıllı, müğənni Arzu Qarabağlı, Milli Konservatoriyanın müəllimi, tarzən Mehman Mikaylov öz ifa çıxışları ilə iştirakçılara xoş təəssürat bağışlayıblar.

 

Məclisdə Kürdəmir rayon mərkəzi kitabxanasının baş kitabxanaçısı Ərəstun Sadıqov məktəblilər şair Musa Yaqubun şeirlərindən nümunələr söyləyiblər. Şair Abduləziz Xanəhmədoğlu Musa Yaquba həsr etdiyi şeirini oxuyub.

 

Sonda çıxış edən Musa Yaqub tədbirin təşkilatçılarına minnətdarlığını bildirib, iştirakçıların suallarını cavablandırıb.

 

525-ci qəzet  2017.- 24 may.- S.7.