Türkiyə səfiri Tərcümə Mərkəzində

 

Mayın 23-də Türkiyə səfiri Ərkan Özoral Tərcümə Mərkəzində olub.

 

Görüş zamanı bütün dövrlər Azərbaycanda yaşanan böyük Türkiyə sevgisindən, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin müxtəlif dövrlərdə tərcümə nəşr etdiyi Nazim Hikmət, Fazil Hüsnü Dağlarca, Səid Faiq Abasıyanıq, Xalidə Ədib Adıvar, Haldun Tanər, Orhan Pamuk, Osman Çeviksoy, Səbahəddin Əli, Bəkir Yıldız, Camal Şakar kimi, məşhur Türkiyə ədiblərinin əsərlərindən söz açılıb.

 

2016-cı ildə Avrasiya Yazarlar BirliyininBengünəşriyyatında türk dilində çap edilmiş ikicildlikMüasir Azərbaycan ədəbiyyatı antologiyasıqonağın nəzərinə çatdırılıb, Azərbaycanda ilk dəfə işıq üzü görəcəkTürkiyə ədəbiyyatı antologiyası”nın yaxın günlərdə Azərbaycan oxucusuna təqdim olunacağı, Türkiyə ədəbiyyatının təbliği istiqamətində bu sayaq layihələrin bundan sonra da davam etdiriləcəyi qeyd edilib.

 

Görüşə görə minnətdarlığını bildirən Ə.Özoral Tərcümə Mərkəzinin ədəbiyyatlararası əlaqələr istiqamətində gördüyü işləri yüksək qiymətləndirib, Türkiyə ədəbiyyatına göstərilən diqqət qayğıdan məmnunluğunu ifadə edib. Gələcəkdə belə layihələrin qarşılıqlı şəkildə aparılması ilə bağlı öz fikir təkliflərini bildirib.

 

525-ci qəzet.-2017.-25 may.-S.2.