Elçinin yaradıcılığına həsr edilmiş elmi sessiya

 

AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİNDƏ TƏŞKİL OLUNAN TƏDBİRDƏ XALQ YAZIÇISININ ƏDƏBİ FƏALİYYƏTİ ƏTRAFLI TƏHLİL EDİLİB

 

Dünən Azərbaycan Dillər Universitetində (ADU) Xalq yazıçısı, filologiya üzrə elmlər doktoru, professor Elçinin yaradıcılığına həsr olunmuş elmi sessiya keçirilib.

 

Tədbirdə ADU rəhbərliyi, müəllim tələbə kollektivi, tanınmış ziyalılar, yazarlar media nümayəndələri iştirak ediblər.

 

İngilis dilinin üslubiyyatı kafedrasının müdiri, professor Sevinc Zeynalovanın apardığı tədbiri giriş sözü ilə açan ADU-nun rektor əvəzi, professor Əfqan Abdullayev Elçinin yaradıcılığı haqqında geniş məlumat verib: "Elçinin yaradıcılığının xüsusi təqdimata ehtiyacı yoxdur. Onun əsərləri yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində sevilərək oxunur tədqiq olunur. Heç təsadüfi deyil ki, Elçinin yaradıcılığına hələ 60-cı illərdən bu günə kimi Azərbaycanda dünyada yüzlərlə monoqrafiyalar, elmi tədqiqat əsərləri həsr olunub. Yazıçının bədii əsərlərinin dünya ədəbiyyatında xüsusi yeri var. Hətta görkəmli rumın ədəbiyyatşünası, tənqidçisi Dmitri Balan Elçin haqqında danışarkən vurğulayır ki, onun əsərlərinin mövzusu qəhrəmanları cəmiyyətdən götürülüb. Tənqidçi onun bu xüsusiyyətini Şekspirlə müqayisə edir". Ə.Abdullayev bildirib ki, Elçin hekayələri professor tələbə kollektivinin iştirakı ilə ADU-da tədris edilən 22 dilə tərcümə olunacaq.

 

Filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa Əliyev Elçinin yaradıcılığına həsr olunmuş "Bəşəri ideyalar yazıçısı" adlı məruzə ilə çıxış edib. Məruzəsində Elçinin çoxşaxəli yaradıcılığında yer alan ədəbi janr nümunələrini ayrı-ayrılıqda təhlil edən V.Əliyev deyib: "Elçinin əsərlərini fərqləndirən səlis axıcı dili, zəngin dünyagörüşü, estetikası, milliliyi uğurlu təhkiyəsidir. Onun bədii əsərləri zaman məkan məhdudiyyəti tanımır. Azərbaycan mədəniyyətinin ədəbiyyatının dünyada təbliğində tanınmasında Elçin Əfəndiyevin misilsiz rolu var. Onun qəhrəmanlarında özünüdərk güclüdür. Əsərləri yüksək poetik dili, milliliyi, dərin psixologizmi ilə seçilir. Onun çoxşaxəli yaradıcılığı ümumilikdə ədəbi-bədii hadisədir. Elçin bu gün gənclərimizə canlı nümunədir. Bütün bu deyilənlərdən çıxış edərək deyə bilərik ki, Elçin bəşəri ideyalar yazıçısıdır".

 

"Elçin teatr" məruzəsi ilə çıxış edən professor Məryəm Əlizadə yazıçının dramaturgiyası haqqında geniş məlumat verib: "Elçin müəllim öz əsərlərində oxucusunun, tamaşaçısının şah damarını böyük ustalıqla tuta bilir. O, oxucuya istədiyini bəxş edir. Oxucunun istədiyi isə ümid, gələcəyə inamdır. Elçin müəllim hər əsərində yeni obrazda, yeni missiyada oxucusuyla görüşür. Yazıçı Elçinin yaradıcılığında Azərbaycan mədəniyyəti öz əksini tapır. Biz bu əsərlərdə xarakterik azərbaycanlıları görürük. Onun dramaturgiyasını öyrənmək hər şeydən əvvəl çox maraqlıdır. Burada atası İlyas Əfəndiyevin nəfəsi daha çox duyulur. İlyas Əfəndiyev uzun illər Azərbaycan teatrını öz çiyinlərində daşımış dramaturqumuzdur. Ondan sonra bu estafetə Elçin müəllim yiyələndi. Elçin öz pyesləri ilə bu zamana kimi Azərbaycan dramaturgiyasında olmayan fərqli mövzuları, konfliktləri gətirdi. Azərbaycan teatrının son 25-30 ili məhz Elçinin adı ilə bağlıdır. Onun əsərlərində müəllif kənarda deyil, həmişə görünür. Bu pyeslərin sərhədləri aşmasının bir çox səbəbləri var. Başlıca səbəb isə odur ki, müəllif absurt formatına müraciət etdi ilk dəfə olaraq, xaosun, hərc-mərcliyin obrazını yaratdı".

 

"Visions of Azerbaijan" jurnalının redaktoru İan Peartın "Elçinin yaradıcılığı ingilis dilində" məruzəsində ilk dəfə Londonda Elçin Əfəndiyev imzası ilə tanışlığından, xüsusən "Şekspir" pyesindən danışıb.

 

Daha sonra Elçinin "Şekspir" pyesi tələbələrin ifasında, ADU-nun ingilis dilinin üslubiyyatı kafedrasının yığcam quruluşunda ingiliscə nümayiş olunub.

 

Sonda Xalq yazıçısı Elçin çıxış edərək ADU rəhbərliyi başda olmaqla, tədbirin keçirilməsində zəhməti olan hər kəsə və məruzəçilərə təşəkkürünü bildirib. Tələbələrin ifasındakı kiçik tamaşanın özü üçün gözlənilməz olduğunu deyən yazıçı gənclərin həm ingilis dilinə, həm də xüsusən onun yaradıcılığına olan marağından, sevgisindən böyük məmnunluq duyduğunu ifadə edib: "Oxucularla görüş hər zaman maraqlı və xoşdur. Bu görüş isə daha böyük əhəmiyyətə malikdir. Çünki burada daha çox gənc oxucular, tələbələr iştirak edirlər. Gənclərin fikri, düşüncəsi, ədəbiyyata münasibəti mənim üçün hər zaman maraqlı və önəmli olub. Bu gün burada mənim yaradıcılığımı geniş və əhatəli şəkildə təqdim və təhlil edən bütün professorlara öz təşəkkürümü bildirirəm".

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.-2017.-31 may.-S.7.