"525"in 25-i  

 

 

 

"525-ci qəzet"in adqoyma prosedurunun özündə maraqlı bir neçə ideyanın yer aldığını düşünmək olar.

 

İnternet medianın hələ kəşf olunmadığı 1992-ci ildə müstəqillik tarixinin ilk dönəmlərində qeydiyyatdan keçmiş 524 qəzet sayısından sonra hər halda yeni qəzet qeydiyyatdan keçirmək istəyən qəzetçi qrupunun ilk olaraq "Ən birinci qəzet", "Start qəzeti" ya "Lider qəzet" adları üzərində düşünməsi   daha ağlabatan ola bilərdi. Çünki Azərbaycan cəmiyyətinin ənənəvi düşüncə standartları içində bu cür başlanğıc daha çox müşahidə olunur bu səbəbdən 525-ci adın seçimi özü elə alışmadığımız bir qəribəlik sayıla bilərdi. Yeni bir başlanğıc, fərqli bir başlanğıc bir qəzet üçün həm hər şeyə öz ənənəsini yaratmaqla başlamaq öhdəliyi deməkdi.  Bu adı seçmək üçün qəzetlərin rəsmi qeydiyyat sıralaması yardım etmişdi, ancaq bu adın fərqli yeni bir qəzet ideyası ilə uzlaşdırılması ayrıca istedad yaradıcı komanda işi idi bu işin öhdəsindən lazımi səviyyədə gəlindi.

 

Deyə bilmərəm ki, 525-dən əvvəlki sıralamada olan qəzetlər hansı uğurlu ya uğursuz taleni yaşadılar mətbuat rəqabəti içində necə dirəniş göstərə bildilər. Bilinən gerçək budur ki, üç-dörd qəzet istisna olmaqla bu qəzet qədər heç biri öz populyarlığını sabitliyini qoruya bilmədi. Qəzetin stilistikası ilk başlanğıcdan elə bir zəminə oturmuşdu ki, hər kateqoriyadan olan oxucunu öz aurasında saxlaya bilirdi. İlk əvvəllər ədəbiyyat səhifəsi daha cəlbedici idi, sonrakı dövrlərdə siyasət mədəniyyət problemlərini qabardan cizgilər daha çox önə çıxmağa başladı qəzet prioritet olaraq hansı sferaya aid məsələləri işqlandırmasına baxmayaraq, yorucu olmayan, rəsmiyyətlə yaradıcılıq azadlığını çuğlaşdıran bir formada yaddaşlarda qala bildi.

 

Bu qəzetə dəfələrlə müsahibə vermiş, ayrı-ayrı mövzulara dair açıqlamalarla çıxış etmiş, hətta müəllif məqalələri ilə gündəmdə yer almış bir şəxs kimi, peşəkar və ciddi bir qəzetlə təmasda olduğumu hər zaman hiss etmişəm. Buradan gözəl şeirlər də oxuya bilərsən, orijinal müsahibələr də, bir-birindən maraqlı araşdırma yazıları da. Ən əsası odur ki, bu qəzet ideoloji cinahların hansındasa barınmaq psixologiyasından uzaq durmağı bacardı. Kiminsə mövqeyinin tərcümanı olaraq söyüş söymədi, təhqir etmədi,  aşağılamadı. Özünün hamıya əlçatanlığını göstərə bildi. Təbii ki, burada qəzetin yaranandan bəri dəyişməz kapitanı Rəşad Məcidin xarakterinin cizgiləri də hiss olunmaqdadır, eləcə də Yusif bəyin və Yaşar bəyin Rəşad Məcidlə birlikdə yaxşı mənada formalaşdırdıqları yaradıcı trionun təsiri və aurası qəzetdən heç zaman yox olmadı. Yəni qəzetin yaradıcı heyətinin dostluq prinsiplərinin və  sabit münasibətlərinin  bütün cəhətləri sanki qəzetin sütunlarına yerləşdirilib. Ona görə də xeyli ideoloji və hakimiyyət çalxantıları yaşamış bir cəmiyyətdə bütün təbəqələrlə və cinahlarla dostlaşmış bir qəzet modelini qoruyub saxlamanın bu sahədə çalışanlardan nə dərəcədə çevik manevr qabiliyyəti tələb etdiyini vurğulamaq bəlkə də artıq olardı. Məhz bu qabiliyyətin səbəbinə 525-ci qəzet 25 ildir yürüşünü itirmədi, bozlaşmadı və yozlaşmadı.

 

İkinci ideya isə bəlkə də oxucunun təxəyyülünə aid məsələdir. Sanki qəzet özü üçün 525 illik bir mövcudluq hədəfi müəyyənləşdirmiş və arxada qalan 25 il sınaq dövrü kimi bu gün insanların diqqətinə çatdırır. Bunu söyləmək çətindir, on-on beş il sonraya çap mediasından əsər-əlamət qalacaq, yoxsa yox, ancaq mövcudluq ideyasını bundan sonra da 500 il irəliyə götürmək həm Azərbaycanın müstəqilliyinin dönməzliyinə inamdır, həm də mətbu sözün uzunömürlülüyünə inamdır.

 

"Əkinçi" adı ilə başlayan mətbuat tariximizdə  mətbuat işinin əkinçi taleyinə yaxın olduğunu anlamaq elə də çətin deyil. Əslində mətbuatımızda sözün tarixi varisliyini yaşadanlar bu əkinçi əməyini mənimsəmiş dəyərli zəhmət adamlarıdır. "525-ci qəzet"in də 25 illik tarixi də müstəqillik dövrümüzdə öz dilimizdə səslənən doğma sözümüzün tarixidir. Doğma sözümüzün əkinçiliyini üzərinə götürmüş qəzetin cameəsinə təbriklər və təşəkkürlər düşür. Qalan 500 ilə davam!

 

FAZİL MUSTAFA

Millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2017.- 1 noyabr.- S.6.