Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında

 

Şirməmməd HÜSEYNOV

 

 

Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da, şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, bizlərə nəyi vəsiyyət etmişlər - oxuyaq, düşünək, bu günümüz üçün fəxr edək!

 

AZƏRBAYCAN HƏYAT VƏ MƏTBUATINDAN

 

Azərbaycanda rus hakimiyyətinin bütün iç üzü, rus asimilasyon siyasətinin bütün çirkinligi meydana çıxıyor. Yüksək məktəblər həp rusca və ruslar əlində. Vəkalətlərdə və dövlət təşkilatlarında rus lisanı hakim və türk məmur yoxdur. Bakı Soveti rus və erməni müəssisəsi.

 

Azərbaycanda sovet hakimiyyəti nə kibi bir “cənnət” yaratmışdır. “Şərqin qapısında, bütün Şərq üçün nümunə təşkil edən müstəqil (?) Azərbaycan Sovet Cümhuriyyətində” türk milləti nə mövqedədir.

 

Bunlara cavab vermək üçün Azərbaycanın milli, mədəni, siyasi və tarixi mərkəzi Bakını almaq kafidir.

 

Bakının toxuma fabrikalarından Milaserdov və Qolovniya, Bibi-Heybət petrol ocaqlarında çalışan əmələlərdən Trubeskoy və Dasayev, Bakıda intişar edən türkcə “Komunist” qəzetəsindən Hüseynov, Himmət və Əziz Nuri, Tiflisdə çıxan “Zarya Vostoka” qəzetəsindən Ç.Yikten mürəkkəb bir komunist təhqiq heyət Bakı Sovetinin, onun məmləkətin əsil əhalisilə olan rabitəsini, müəssisələri “yerliləşdirmə”nin nə dərəcə tətbiq olunduğunu təhqiq etmiş və raporunu 11 həziran tarixli “Zarya Vostoka” qəzetəsində nəşr etmişdir.

 

“Lenin milli siyasətinin tətbiqi rus böyük dövlətçilik şovenizmilə məhəlli millətçiligin (?) aktib müqaviməti kibi müşkülata məruz qalmaqdadır” - deyə başlanan bu rapora görə:

 

- Yalnız Azərbaycan üçün degil, bütün Qafqasya üçün bir mərkəz olan Bakı Sovetinin şübhəsiz ki, bir çox müvəffəqiyyətləri vardır. Lakin Bakı Sovetinin təşkilatlarını yerliləşdirmək, milli siyasəti tətbiq eyləmək və türklərdən kadrolar hazırlamaq işlərində aksamaqdadır.

 

Aparatların yuxarıdan aşağıya qədər türkləşdirilməmiş olması, Bakı Sovetində rus milliyyətçiliginin hakim bir vəziyyətdə bulunduğunu göstərməkdədir. Bakı Sovetində əzanın 100-də 42-si türkdür. Soveti idarə edın mövqelərdə isə məsul məmurların 100-də 45-i rus, 100-də 22-si müxtəlif millətlər, 100-də 17-si erməni, 100-də 16-sı türkdür. Orta hesabla ruslar 100-də 47, ermənilər 100-də 26 nisbətinə belə çıxıyor. Bakı Sovetinə daxil olan plan inşaat, daxili təşkilat, inzibat, türklərdən kadro yetişdirmək kibi şöbələrdə isə türk naminə kimsə yoxdur. Bakı Sovetini idarə edənlərə və ayrı-ayrı məmurlara türkcə verilən istidalara əsla ba-xılmadığı, rus lisanına aşina olmayan tam münəvvər bir türkün hizmətə alınmadığı məlumdur. Bu münəvvər türkü ən adi bir işə belə almıyorlar. Çünki Bakı Sovetində və bütün şöbələrində yeganə hakim rəsmi lisan ruscadan ibarətdir. Bakı ilə köylər və nahiyələr arasında müxabiratda rusca icra olunuyor. Köylərdən və nahiyələrdən həp türkcə olaraq gələn məzbətələr bir tərəfə atılıb baxılmadığı üçün Qala-Məştağa kibi əhalisinin yüzdə 95-i türk olan böyük nahiyə sovetləri işləri türkcədən ruscaya keçirməgə məcbur (?) olmuşlardır. Bunun nəticəsində sovetlərlə xalqın rabitəsi tamamilə kəsilmişdir.

 

Vəziyyət bir rəddəyə gəlmiş ki, Bakı Sovetində türkcə bilənlər, hətta Seyidov kibi türklər belə köylərin türkcə yazılmış məzbətə və istidalarını oxumaqdan imtina ediyor və oxumağa cəsarət etmiyorlar.

 

Bir misal daha:

 

Bakı Sovetinin Maarif şöbəsi bir qaç gün əvvəl, yaz münasibətilə açacağı kursların rusca olacağını təmimən əlaqədarlara xəbər verməkdədir.

 

3-4 sənədir Bakı Soveti türk lisanında nəşriyat yapmağa ehtiyac olub-olmadığını münaqişə etməklə məşğuldur. Bakı Sovetinin rəsmi nəşri-əfkarı olan məcmuədə türk mühərrir və müdir yoxdur.

 

Heyət, təcrübə üçün türk lisanında bir ərzi-hal yazmış, Bakı Sovetinə vermişdir. Katiblər bu ərzi-halı rusca olmadığı üçün qəbul etməmişlərdir.

 

Bakı Sovetinin türklərdən kadro yetişdirmək şöbəsində türk naminə kimsə yoxdur. Əliyev namində Azərbaycan Komunist firqəsi mərkəzindən göndərilmiş bir türkü çıxarmaq üçün Strotski, Əliyevin təyin olunduğu dairəyi tamamilə ləğv etmiş, bu surətlə yeganə türk məmur qapıdışarı edilmişdir.

 

Heyəti təhqiqiyə raporun sonunda diyor ki, Azəerbaycanda bütün məmurların qanunən türkcə ögrənmələri lazımkən Bakı Sovetində türk lisanı ögrənməgi kimsə ağlından keçirmiyor. Bakı Soveti bu xüsusda heç bir proğrama və projeyə malik olmadığı kibi heç bir təşəbbüs və iqdamatda bulunmaq fikrində də degildir.

 

Heyətin bu son tənqidi şayani diqqətdir. Bakı Sovetini, onunla bərabər bütün Azərbaycanın müqəddəratını əllərinə almış, türklərə nəfəs çəkməgə imkan verməyən ruslardan türkcə ögrənməgi tələb etmək təhqiqatın meydana çıxardığı həqiqətlərin qiymətini öldürməkdədir. Strotskilərin, Soklov, Barinov və Polonskilərin türkcə ögrənməsilə degil Azərbaycan müqəddəratına, ümuru idarəsinə türk münəvvərləri hakim olmasilədir ki, ancaq idarələr türkləşə bilir. Ruslardan türkcə ögrənməgi tələb eyləmək rusları daimi surətdə iş başında bulundurmaq deməkdir ki, bu da türklərə yaşamaq imkanı verməmək niyətindən nəşət etməkdədir.

 

Rusların çəkilməsini degil, türkcə ögrənmələri kibi gülünç bir “çareyi-hal” təklif eyləmək türklərin ruslaşıb getməsini istəməkdən başqa bir şey degildir.

 

lll

 

Komunist əmələ naminə Bakının Bibi-Heybət petrol məntəqəsindən Dimitraş və Orlov, Suraxanandan Mehmet oğlu, Bakıda intişar edən türkcə “Komunist” qəzetəsindən Fərhad, Bakı toxuma fabrikalarından Miloserdov, Tiflisdə intişar edən “Zarya Vostoka” qəzetəsindən Çabunya, Qureviç və Çervoniydən ibarət bir komunist təhqiq heyəti Azərbaycan maarif (vəkalətini) komisarlığını təhqiq və təftiş etmiş və tənzim etmiş olduğu raporunu “Zarya Vostoka” qəzetəsinin 13 həziran 1931 tarixli nüsxəsində nəşr etmişdir.

 

Sovet istilasının 12-ci ilində Azərbaycanda türk harsının və türk maarifinin bolşevik rejimi sayəsində nə hala gəlmişdir. Bu xüsusda bir fikir edinmək üçün bu raporu oxuyalım. Rapora görə:

 

- Azərbaycanda olan 12 yüksək məktəbdən ancaq biri, yəni pedaqoji fakültəsi türkcədir. Digər 11 yüksək məktəblərdə tədrisat həp rus lisanında gediyor. O cümlədən musiki məktəbində tədrisat rusca olduğu kibi tələbələr də həp rusdur. Bədən tərbiyəsi məktəbində tədrisat rusca, tələbənin də ancaq yüzdə 29-u türkdür. İctimaiyyat və iqtisadiyyat fakültəsində dərslər rusca gediyor. Texnik və sənaye məslək məktəblərinə gəlincə, bu məktəblər rusca olmaqdan başqa Azərbaycan Maarif komisarlığına məlumat verməgi belə zaid görüyor.

 

Yerli əhali texnik təhsildən qətiyyən istifadə etmiyor. Bu kibi məslək məktəblərində türklərin miqdarı yüzdə 21 kibi əhəmiyyətsiz bir nisbət təşkil etməkdədir.

 

Maarif komisarlığı türklərin yüksək və məslək məktəblərə alınmasına əhəmiyyət vermiyor.

 

Texnik və məslək məktəblərə aid nəşriyat işləri daha bərbaddır. Dövlət nəşriyatı məktəblər üçün ancaq bu ildən etibarən kitab nəşrinə şuru etmək istiyor. Beş illik planın sürətini göstərən türkcə bir kitab belə yoxdur. Maarif komisarlığında çalışan məmurların çoxu türkcə bilmiyor.  104 məmurdan 50-si türkdür. Seksiyonları idarə edənlərin çoxu tərcümanlardan istifadə ediyorlar. Hər seksiyon müdürləri türkcə gələn evrak və məzlətələri oxumadıqlarını etiraf etmişlərdir.

 

Azərbaycan Maarif komisarlığı Azərbaycanda maarif və hars işlərini idarə edə biləcək iqtidarda degildir. Türklərdən kadro yetişdirməgə əhəmiyyət verilməmişdir. Maarif komisarlığı seksiyonlarının müdir və rəhbərləri həp qeyri türklərdir. Seksiyonların ən mühümmü olan metod tərbiyə, plan iqtisad və baş elmi şurası şöbələrində qətiyyən türk yoxdur.

 

Kadro işlərini idarə edən seksiyonun müdür müavini Varduni, türklərin ədəmi-mövcudiyyətinin səbəbinin milli siyasətin yanlış olaraq tətbiq edilməsində görüyor. Varduniyə nəzərən Azərbaycan Maarif komisarlığından və maarif təşkilatlarında türklərin miqdarı bu il keçən sənəyə nisbətən bir qat daha azalmışdır. Bunun da səbəbi Varduniyə görə Azərbaycan maarif təşkilatını türkləşdirmək lüzumunun kimsənin təqdir etməməsində aramaq lazımdır.

 

Varduni əlavə etmişdir ki:

 

- Azərbaycan Maarif komisarlığını türkləşdirmək və bunun üçün türk məmurları kadrosu bulmaq mümkündür. Bunun əleyhində olanlar çox böyük siyasi xəta işliyorlar...”

 

Filhəqiqə, son sənələrdə komunist akademisindən çox türk məzun olmuşdur. Onları nədən iş başına gətirmək mümkün olmasın? Komunist firqə ictimalarında dəfaətlə türklərdən namizədlər göstəriliyor. Fəqət nəticə yox. Türkləşdirmə əleyhdarları yenə türklərdən məmur kadrosu yoxdur, diyorlar.

 

Azərbaycan Maarif komisarlığının yeganə müvəffəqiyyəti, plan seksiyonuna bir türk məmur verə bilməsi olmuşdur.

 

Plan və iqtisad seksiyonu rəisinin rəyincə Maarif komisarlığı türkləşirsə bütün aparat pozulacaq və alt-üst olacaqdır. Bu fikrin nərdən meydana gəldigi məlum degil. Aşikar olan şudur ki, teoridə hakim olan zehniyyət rus böyük dövlətçilik şovinizmidir.

 

Heyətlə seksiyon müdürü arasında şu muhavirə vüqu bulmuşdur, müdir demişdir ki:

 

- Bilirmisiz, biz xüsusi, bəlkə spesifik şərait içərisində çalışmaq məcburiyyətindəyiz. Maarif idarələrinin türkləşdirilməsi bu müəssisəyi sükut və inhilalə götürür.

 

- Demək türklər qabiliyyətsizdirlər.

 

- Xeyr, qabiliyyətsiz olduqları üçün degil, ümumiyyətlə türklər böyük siyasi şəxsiyyətlərdir (?!). Bu etibarla onlar baş orqanlarca səfərbərligə alınıyor. Bu üzdən maarif işləri də pozuluyor...

 

Azərbaycan komunistləri “daha böyük şəxsiyyət” olduqları üçün türk hars və ürfanını ruslara və ermənilərə təslim etmişlər imiş... İyi məntiqdir. Tam rus məntiqi, fəqət bu məntiq nə qədər “qüvvətli olusra-olsun rusların Azərbaycandakı təxribkarlığını və imha siyasətini gizliyəməz”.

 

“Zarya Vostoka” qəzetəsinin (¹ 139) yazdığına görə Azərbaycan Ziraət və Topraq komisarlığı da eyni vəziyyətdədir. Komisarlıqda çalışan 96 məmurdan yalnız 38 türk imiş.

 

Qəzetə bu xüsusda diyor ki:

 

- “Azərbaycan Sovet Cümhuriyyətinin Ziraət komisarlığı Komunist firqəsinin siyasətini Azərbaycan köylərində tətbiq eyləməklə mükəlləf bulunması həsəbilə, türkləşməkdə ilk səfi işğal etməli idi. Halbuki, Ziraət komisarlığı bu xüsusda çox geridədir. 96 məmurdan yalnız 38 türkdür.

 

Ümumi işlərin türk olmayanlar tərəfindən idarə olunması böyük yanlışlıqdır...”

 

Qəzetə, böyük bir idarənin Azərbaycan köylərində kollektivizə işlərinə fəna təsir etdiginə işarət etməkdədir.

 

Azərbaycan köylərindəki mülkiyyəti qaldırıb yerinə rus komunizmini iqamə etmək və Azərbaycan xalqını “bir sinif olaraq meydandan qaldırmaq” işlərilə kimlərin məşğul olduğu şimdi bir daha sərahətlə anlaşılmaqdadır. Matveyin və Podosun yerinə Ruhullah və ya Əliheydərin gətirilməsilə ruslar imha (məhv etmə) siyasətlərində daha çox müvəffəq olacaqlarını zənn etməkdədirlər. Fəqət mülkiyyətinə, hürriyyət və milliyyətinə mərbut olan Azəri xalqının bunları da eyni surətlə istiqbal edəcəklərinə şübhə yoxdur.

 

lll

 

“Zarya Vostoka” qəzetəsi (¹ 142) yazıyor:

 

- “Bakının fabrika emalatxanə məntəqəsi (Qara Şəhər) petrol təsfiyə edən emalatxanalarda türkləri məktəblərə qəbul etmiyorlar. “Türkləri oxutmaq faydasızdır, onlardan bir şey çıxmaz” deyə məktəbləri qapısı türklərin üzünə qapatılıyor. Məzkur məntəqənin Komunist firqə təşkilatı bu böyük dövlətçi rus şovinizminə müqavimət etmiyor”.

 

Yenə eyni qəzetədə oxuyuruz:

 

- “Azərbaycan Sovet Cümhuriyyətinin Məsai komisarlığı Bakı Mərkəzi Əmələ və məmur kooperativilə sənayei məslək və ixtisas məktəblərini “rus təşkilatı” ədd edərək oraya yalnız yetim rus çocuqlarını göndərməkdədir”.

 

Bununla əlavə etmək lazımdır ki, “kimsəsiz və sahibsiz rus çocuqları” on minlərlə Bakıya dolmuş olduqlarını yenə Sovet qəzetələri xəbər verməkdədirlər.

 

Peydərpey Bakıya dolmaqda olan “Kimsəsizlər” Azərbaycan hesabına iaşə və tərbiyə olunuyorlar.

 

Bakı Mərkəzi Əmələ və Məmur kooperativi, Azərbaycan Petrol komitəsi kooperativindən sonra şəhərdə ən böyük müəssisədir. Burada 13.370 əmələ və məmur çalışıyor. Fəqət bu əmələ və məmurların yalnız 2,616-sı türkdür. Baş məqamlarda 5 türk var.

 

Kooperativni kurslarında 1025 kişi oxumaqdadır. Bunlardan 195 kişi türkdür. Mühasibə və kontrol kurslarında isə türk naminə bir kişi bulunmiyor”.

 

lll

 

“Zarya Vostoka”nın 13 həziran 1931 tarixli nüsxəsində dərc olunmuş raporu böylə bitiyor:

 

- Bu nəzəriyyəyi tapan və Azərbaycan Maarif komisarlığında yerləşmiş olan bu adamlar maarif təşkilatının türkləşdirilməsinə qətiyyən müsaidə etmiyorlar. Halbuki, bilxassə bu zamanda (?!) müəssisələrin türkləşdirilməsinə dərin ehtiyac vardır. Şərqin qapısında duran Azərbaycan kibi “milli” bir Sovet Cümhuriyyətinin Maarif komisarlığında türkcə bir kağızı ələ alıb koridorda qoşmaq və çox zaman yabancı və kənar adamlardan tərcümə etmələrini rica eyhləmək qeyri təbii degilmi? Tərbiyə və metod seksiyonu ilə plan və iqtisad-maliyə şöbələrinin türkcə bilməyən və bulunduqları cümhuriyyətin şərait və xüsusiyyətinə aşina bulunmiyan adamlar əlində bulunması doğru degildir.

 

Biz eyni sözlərin 11 sənə, 10 sənə, 9 sənə bundan əvvəl dəxi söyləndigini daha məsul komunistlərin ağzından eşitmişdik. Hətta 8 sənə bundan əvvəl, cərəyan edən və qüvvətini məxsus dərəcədə göstərməyə başlayan hadisələrin təsiri altında bu “Sözlər” “Komunist firqəsinin milli siyasəti” namı altında konqrelərdə bir qanun şəklinə qəbul edilmişdi.

 

Fəqət nəticə nə oldu? Yenə eyni “arabada” eyni “rəhbərlərlə” eyni yolda getmək, eyni “mənzilə” götürəcəkdir.

 

“Odlu-Yurd”, temmuz-avqust 1931, sayı: 5-6 (30-31)

 

Məzbətə - protokol, qərarnamə, kağızlar

İstida - ərizə, ərzi-hal

Zaid - lazımsız

Evrak - vərəqlər

İnhilal - bir-birindən ayrılma, açılma

Ürfan - ölkənin adəti, dəbi

İstiqbal - qarşılaşma

 

AZƏRBAYCAN PROLETAR YAZIÇILARI

 

1931, həziranın (iyunun) 28-də Azərbaycan Proletar Yazıçılar Cəmiyyətinin 5-ci ildönümü idi.

 

Bu münasibətlə Azərbaycan Proletar Yazıçılar Cəmiyyəti Bakıda bir yubiley tərtib etmiş, yubileydə Azərbaycan komisarları, komunistlər, komunist mühərrirləri, rus və erməni “rəhbərlər” iştirak eyləmişdir.

 

Cəmiyyətin rəisi Əlixanov və Azərbaycan Komisarlar Heyəti rəisi Dadaş Bünyadzadə mühüm nitqlər irad eyləmiş, Azərbaycan qızıl “sənətkarların müvəffəqiyyət” və xətalarını izah etmişlərdir.

 

Komunistlərin bu xüsusda bitərəf və doğru məlumat vermiyəcəkləri, hər şeyi propağan məqsədilə söylədikləri bəllidir. Bununla bərabər milliyyətçi və xalqçı ədəbiyyat cərəyanlarına qarşı qoyulan və mövcudiyyətlərilə Sovet hökumətinin iftixar etdigi bu qızıl çocuqların 5 sənəlik fəaliyyət və “müvəffəqiyyətləri” haqqında, kəndi ağızlarından da olsa, bir məlumat öyrənmək faydasız degildir.

 

Cəmiyyət rəisi Əlixanov nitqində, proletar yazıçıların “müvəffəqiyyətlərini” qeyd etdikdən sonra onları “firqə baş xətti, petrol, pambıq, kollektivizə uğrunda hər növ opportunizm, millətçilik, panturanizm və başqa düşmənlərlə amansızca çar-pışmaya çağırıyor....” (“Komunist”, 1931, həziran 30, ¹ 147)

 

Əlixanov nitqində əzcümlə demişdir ki:

 

- “Azərbaycan Proletar Yazıçılar Cəmiyyəti 5 illik fəaliyyəti zərfində ədəbiyyatda Musaxanlı, Çobanzadə kibilərə qarşı amansız mübarizə yürütmüş onların gizli simasını meydana çıxarmaqla bərabər marksizm pərdəsinə bürünmüş, fəqət marksizmlə heç bir əlaqəsi olmayan Əli Nazim kibi bəzi tənqidçilərlə də mübarizədə sarsılmamışdır...”

 

Musaxanlı və prof. Çobanzadə türk lisanını müştərək ədəbi türkcə əsası üzərinə qurmayı müdafiə ediyor, bununla da miqdarı artan və Moskva tərəfindən hər gün bir danə yenisi uydurulan “türk milli lisanlarına” qarşı gəlmişlərdir.

 

Filhəqiqə ruslar müxtəlif ləhcə, hətta lisanlarda qonuşan Sibiriya, Qafqasya və Türkistana dağılmış ruslar üçün ayrı-ayrı lisan yaratmağı heç ağlına gətirmədigi halda Azərbaycan, Şimali Qafqasiya, Krım, Ədil-Ural, Türkistan və Sibiryalarda az qala hər türk köylü üçün bir lisan, bir ğramer, bir lüğət və müstəqil əlifba yaradıyor.

 

Hətta Azərbaycanda belə Türkistan və Şimal Türklərinə Azəricə oxumaq yasaq edilmiş, ləzgilərə, tatlara, talış və kürdlərə ayrı-ayrı əlifba və “lisan” yaradılmışdır.

 

Musaxanlı və Çobanzadənin müştərək ədəbiyyat və mətbuat lisanı hüdudunun genişligi etibarilə qeyri mümkün və xəyali ola bilir. Fəqət parçalanmaya qarşı olması və türk ellərinin daha çox uzaqlaşmalarına mane olmaq istəməsi etibarilə şübhəsiz faydadan xali degildir.

 

Bolşeviklər buna, tam buradakı diləncüməni əleyhdarlarından bəzilərinin dedikləri kibi “Tatar və Moğol istilası” damğasını vurdular.

 

Bu ola bilir, bolşeviklərdən bəklənilən bir şeydir. Fəqət Əli Nazim ki Azərbaycan proletar harsı mütəxəssisi və bayraqdarı idi...

 

Bunu da söyləmək lazımdır ki, Əli Nazim ilə olan ixtilaf keçən sənə başladı. Səbəbi də Əli Nazimin Azərbaycan proletar ədəbiyyatını Moskva Proletar Cəmiyyətinə tabe etmək əleyhində olması, rus proletar ədəbiyyatı konqresində, gürcülərlə bərabər iştirakdan imtina eyləməsi olmuşdur.

 

lll

 

Sovetlərin böyük müvəffəqiyyətlərindən, 5 sənə nihayətində Amerika ilə Avropayı geridə buraxacaqlarından uzun-uzadiyə məlumat verən Dadaş Bünyadzadə ədəbiyyat sahəsinə nəqli kəlam edərək əzcümlə şuları söyləmişdir:

 

- “Ölkəmizin bu qədər böyük qalibiyyətləri sinif düşməninə rahat vermiyor. Can çəkişməkdə olan sinif düşməni bütün cəbhələrdə baş qaldırdığı kibi, ədəbiyyatda dəxi baş qaldırıyor.

 

Bən keçən il proletar yazıçılarilə görüşdüm. Onlar bəndən nə kibi yollar göstərəcəgimi bəkliyorlardı...”

 

“... Bununla bərabər bən açıq-açığına göstərdim ki, onların fəaliyyətindən razı degiləm...”

 

“... Son zamanlarda proletar yazıçıların fəaliyyəti canlanmağa başlamışdır. Bəziləri teatro əsərləri yazıyorlar. Təəssüf ki, bən daha onların əsərlərini görüb qiymət verəmədim.

 

Bən yazıçıları 3 qismə ayırıyoram. Proletar yazıçıları, cığırdaşlar (xalqçılar) və bizə zid düşüncə təmsil edən yazıçılar (milliyyətçilər)

 

Proletar yazıçıları firqənin baş xətti uğrunda mübariz ikən cığırdaşların da bir qismi bizə doğru gəlməkdədir. Biz onların təzyiq edilməsinə yol vermiyəcəgimiz kibi prinsip məsələlərində onlara güzəştə etmiyəcəgiz.

 

Proletar yazıçıları bəzi məsələlər ətrafında bütün qüvvətləri səfərbərligə almamışlardır. Misal üçün hakim rus milliyyətçiligilə olan mücadiləyi alalım. Yevlaxov kibi axmaq professorların “Türklər mənsub olduqları irqə görə, avropalılara nisbətlə əqlən zəifdirlər” kibi fikirlərinə qarşı Azərbaycan proletar yazıçıları az iş görmüşdür...

 

“1928-də Əli Nəzminin “Sijimqulunamə” adlı bir əsəri nəşr olunmuşdur. Azərnəşr tərəfindən təb olunan bu əsərdə pantürkizm məfkurəçilərindən birinin ölümü üçün matəm tutulur.

 

Saniliyi alalım: vaxtilə Müsavat parlamentosunda menşeviklər fraksiyonunda olan Sanili “Namus davası” adlı əsərində qolçomaq (burjua) simasını meydana qoyuyor. Gənc yazıçılardan M.Rəfili isə bunun əksini yaparaq köylülərin geridə qalmalarının səbəbini genə köylülərin kəndilərində görüyor.

 

Keçmiş maarif komissarı Mustafa Quliyev, Mustafa Kamal islahatı yürüdərək “rədd olsun papaq” dedigi zaman proletar yazıçıları içində buna qarşı çıxan olmadı. Gənc yazıçılarımızdan Rahim və Fövzinin “Bir Mayıs” şeirlərinə baxacaq olursanız Mayısı gözəl bir qıza bənzətdigini və bu günün beynəlmiləl siyasi əhəmiyyətindən bəhs edilmədigini görəcəksiniz.

 

Son dərəcə qüvvətli yazıçılarımızdan Süleyman Rüstəmi alsanız onun da xətaları olduğunu görürsünüz...

 

“... O, hekayələrinin birində gənc bir köylünün Bakıya gəlməsini təsvi edir. Bu köylü Bakıda tələbə bir qıza vurulur və ən nihayət intihar ediyor.

 

Süleyman Rüstəmi hekayəsindən böylə anlaşılıyor ki, bütün çürüklük şəhərdə (Bakıda) saflıq və təmizlik isə köylərdədir”.

 

Dadaş Bünyadzadə nitqini “Yaşasın proletar yazıçıların işçi və kolxozçularla qırılmaz rabitəsi!” arzusu ilə bitiriyor.

 

Dadaş Bünyadzadə qızıl yazıçıları kolxozlara dəvət edən nitqində ədəbiyyat sahəsində 3-cü yer ayırdığı milliyyətçi qrupla cığırdaş olmiyan xalqçılardan bəhs etmiyor. Bunun müqabilində proletarlarla çalışan Sanili kibi cığırdaşların və proletar lideri olan digərlərinin əlim müqəddəratilə bizi tanış ediyor. Onlar ruslaşmış olan şəhərin igrənc əxlaqiyatına qarşı saflığını mühafizə etməkdə olan türk köyünü qoymaqdadır.

 

Bir çoxları Moskvaya gedincə Vətən həsrətilə yanıyor, Vətənin dağlarını, dərələrini, çayırlarını idealizə ediyorlar. Və buna mükafat olaraq “komunistcəsinə” ağır töhmət alıyorlar.

 

Onlar məmləkətdən uzaqlaşınca “Vətən həsrətilə” yanıyor, köyə yaqlaşınca, Türk köylüsünün bütün yüksəkligini hiss ediyor, düşünüb təcrübə hasil etdikcə Əli Nəzmi kibi Moskvadan müstəqil bir varlıq olduqlarını anlıyorlar.

 

Dadaş, Yevlaxovlara qarşı gənc komunist yazıçıları dəvət edəcəginə başında bulunduğu komisarlar heyətini və “Komunist” qəzetəsini hərəkətə gətirsə və onun kibi “axmaq rəhbərləri” idarələrin başından atarsa daha praktik olmazdımı?

 

Dadaş bunu yapmıyor. Çünki “axmaqlar” müsaidə etmiyorlar.

 

“Odlu-Yurd”, temmuz-avqust 1931, ¹ 5-6 (30-31)

 

AZƏRBAYCANDA NƏŞRİYYAT İŞLƏRİ

 

Azərbaycanı, türkləşdirmək məsələsi!

 

İştə bu günün, daha doğrusu ilin, bəlkə illərin ən çox moda olmuş mövzuu.

 

12 sənədən bəri bu məsələ təkrarlanıyor və yenə 12 sənədir ildən-ilə əksi nəticə verməkdə, Azərbaycan ruslaşmaqda davam ediyor.

 

Nədən bu böylə oluyor? Rus professorlarının rəyincə “Yüksək və alçaq irq nəzəriyyəsi mövcibincə Türk dimağı elmi qavramaqdan məhrum imiş”. Ona görə məktəblər və dövlət müəssisələri türkləşməzmiş!?

 

Fəqət görünüyor ki, bu teoriyə inanan yalnız velikorus alimləri degil, Azərbaycan idarələrinin başında oturan türk komunistləri də “dimağlarının heç bir şey qavramadığına qane”dirlər. Əgər böylə olmasaydı Azərbaycan nəşriyat idarəsi yüksək məktəblərin türkləşməsi üçün türkcə kitab hazırlamaq məsələsinin, kadro məsələsilə bərabər ön səf işğal etdigini təqdir edərlərdi.

 

Hadi, türkdən kadro, elim və fənn kadrosu hazırlamaq işi, “Türk qafasının elim qavramaqdan aciz olduğu” qənaətində olan “mədəni rus rəhbərlər” əlində olduğunu nəzərə alaraq, bundan təbiətilə bir fayda hasil olmayacağını qəbul edəlim. Ya bu “Azərnəşr” denilən Azərbaycan nəşriyat idarəsinə nə dersiniz? Bu ki, hər türkün əlindədir. Həm də milliyətçi, sağ-sol müxalif və apportunist komunist türklərin degil, Stalinin həqiqi uşaqları və kölələri olan komunistlərin əlindədir.

 

12 sənədən bəri bu təşkilat nə yapmışdır? Bakıda türkcə “Komunist” qəzetəsindən Ş.Abasov, S.Fərhadov, əmələdən Z.Bağırzadə, “Trud” qəzetəsindən Abramovdan mütəşəkkil bir komunist təhqiq heyəti kəndi təftişinin nəticələrini nəşr etməkdədir. (“Komunist”, 1931, ¹ 106)

 

Bu rapordan anlaşılıyor ki:

 

- “Texnika qalasına hücum bütün şiddətilə davam ediyor. Lakin bu hücumda qalib çıxmaq üçün ən əsas amillərdən birisi olan texnikaya dair nəşriyat yoxdur. Dövlət nəşriyatı olan Azərnəşr 1931 sənəsinə qədər texnikaya dair əsərlərə əhəmiyyət verməmişdir.

 

10 sənə zərfində fənnə aid nəşr olunan əsərlər 14 listedən ibarət olmuşdur.

 

1931 sənəsində Azərnəşr bu sahədə çox çalışmış 250 liste texnikaya dair əsər nəşr etmişdir”.

 

Bunları yazdıqdan sonra heyət bu texnikaya dair əsərlərin mahiyyətini şərh etməkdədir.

 

- “Azərnəşrin nəşr etdigi türfkcə fənnə aid əsərlər maranqozluğa, fotoqrafçılığa, suvamaçılığa dairdir... “Halbuki, biz Azərnəşr proğramında qazmaburıq (petar ocaqlarına aid), petrol təsfiyyəsinə, geoloji və petrol istehsalı ilə əlaqədar elmlərə dair kitab nəşr edilib edilməyəcəginə təsadüf etmədik.

 

“... Halbuki, biz Azərnəşrin proqramında qazma buruq (petrol ocaqlarına aid), petrol təsviyəsinə, geoloji və petrol istehsalı ilə əlaqədar elmlərə aid kitab nəşr edilib edilməyəcəyinə təsadüf etmədik”.

 

Halbuki, petrol sənayenin inkişafı üçün bu kibi elmi kitablar bizə su və əkmək kibi lazımdır. Azərnəşr isə bu mövzularda kitab yazılması və buraxılması üçün heç bir təşəbbüs etməmişdir...”

 

Məmləkətin iqtisadi vəziyyəti türkdən sənaye sahəsində türk lisanında mütəxəssis yetişdirməyi tələb etməkdədir. Yüksək məktəblər rus lisanında olduğu üçün türk çocuqları oxumaqdan məhrumdurlar. Azərbaycan dövlət nəşriyatı bu sahədə bir hazırlıq yapacağına, yüksək məktəblər üçün kitablar hazırlayacağına 10 sənə tətildən sonra “maranqozluğa, suvaqçılığa ...” aid “fənni” kitablar nəşr etməklə iktifa ediyor.

 

Fənn və texnika bu halda, şimdi baxalım 12 sənədən bəri 12-dən yalnız birinin türkcə olduğu anlaşılan yüksək məktəblər üçün nə yapılmışdır.

 

Bu xüsusda da sözü təhqiq heyətinə verəlim. Heyət raporunda diyor ki:

 

- “Azərnəşr” 10 il zərfində yüksək məktəblər üçün türkcə olaraq 49 mətbəə listəsindən ibarət 3 kitab nəşr etmişdir...”

 

Proğramında yüksək məktəblər üçün 900 səhifəlik 80 kitab ismi varmış... Fəqət bunlardan daha xəbər yox.

 

Bu işlərin başında durmaqda olan türk (?) komunistlərini görən rus professorları nasıl “Türkün dimağı işləmiyor” deyəməz?

 

Yalnız şu var ki, rus professorları və “Rus mədəni rəhbərləri” həm İstanbul, həm Azəri ləhcəsində “uşaq” olan Türk (?) komunistlərinin qətiyyən türkü təmsil etmədiklərini bildikləri halda bu teorilərini yenə vəz ediyorlar.

 

“Odlu-Yurd”, temmuz-avqust 1931, ¹ 5-6

 

Hadi - doğru yol göstərən, düz yola çağıran

 

(Ardı var)

525-ci qəzet.-2017.-4 noyabr.-S.20-21.