Oktyabr “Ulduz”u
Bugünlərdə
“Ulduz”
jurnalının oktyabr sayı
işıq üzü
görüb. Jurnalın bu sayı da,
ənənəvi olaraq,
ekspet rəyi ilə başlayır.
Filologiya
üzrə fəlsəfə
doktoru, tənqidçi
Nərgiz Cabbarlı “Ulduz”un sentyabr
sayı haqqında düşüncələrini bölüşüb.
Jurnalın “Özüylə söhbət” rubrikasının
budəfəki qonağı
şair Günel Eyvazlıdır. Yeni layihə
olan “Yazı masası” ilk dəfə bu ay oxucuların görüşünə gəlib.
Layihəni hazırlayan Xanım
Aydınla Vüsal Nurunun ilk qonağı yazıçı Natiq Rəsulzadə olub.
“Nəsr” bölməsində
Namaz Məmmədoğlu
“Beş manat”, İradə Aytel “Taleh” və “Virtual sevgi” hekayələri,
Laura Cəbrayıllı Natiq
Quliyevin xatirəsinə
həsr etdiyi “Tarın lal simi” yazısı ilə çıxış
ediblər. Hekayələri “Qəzəl de ki...”
rubrikası ilə gənc şair Hidayət Sönməzin qəzəlləri izləyir.
Qəşəm Nəcəfzadə “Sevgilimsən,
poeziya” adlı yazısında gənc şairlərin şeirləri
haqqında fikirlərini
qələmə alıb. Fərqanə Mehdiyevanın təqdimatında
“Bölgələrdən... üç nasir” rubrikasının qonaqları
Gülnarə Sadiq, Vüsal Oğuz və İnanc Hüseynlidir.
“Qısa fikirlər
xəzinəsi” rubrikasında
Platon, B.Paskal, F.Volter, Laruşfuko, V.Hüqo, A.Frans, O.Uayld, L.Feyxtvangerin aforizmləri Cəlal Məmmədovun təqdimatında
verilib.
“Tərcümə saatı”
bölməsində Cavanşir
Yusiflinin fransız ədibi Fermin Maksansın “Qar” romanı haqqında düşüncələri və
onun tərcüməsində
romandan hissələr
çap olunub. “Şeir
vaxtı” bölməsində
Nisə Bəyim və Cavidin şeirləri var. “Anım”
rubrikasında Rafiq Yusifoğlu “Eldar yaradıcılığına Baxış”
yazısı ilə çıxış edib.
Təranə Vahidin Türküstan
haqqındakı təəssüratları
“Axına qarşı
üzən ədəbi
dərgilər” adı
ilə “Səfər”də
yer alıb.
“Uzun şeir” rubrikasının qonağı
“Yağır, Adnalıya,
yağışlar, yağır”
şeiri ilə Anar Amindir.
Etibar Kərimli
“Antik mifologiya və antik obraz”
yazısı ilə “Tribuna”dadır.
“1 şeir” bölməsində
Fərqanə Mehdiyeva
“Payızın yanında
gözlərsən məni”
şeiri ilə çıxış edir.
Nurlan Ağanın “Yoxdan var olmağın əsəri”, Aybəniz Əliyarın “Bir durna nəğməsi” esseləri də “Ulduz”un bu
sayındadır.
“Dərgidə kitab”
bu dəfə, “Sevilmək istəyi ac yaquardı” başlığı
altındakı şeirlərilə,
şair Elxan Zalın ixtiyarına verilib.
Şahanə MÜŞFİQ
525-ci qəzet.-2017.-4 noyabr.-S.15.