... Qızım, get anana de ki,
Atam dünən
əsəbiydi.
Sənə olan qısqanclığı
Sevgisinin əsəriydi.
Qızım, get anana de ki,
Atam daha cana
doyub.
Maaşdan böyük kredit,
İşdə müdir, küçədə
it...
Get ona de, bağışlasın,
Pulum yoxdu gəzmək üçün.
İki zərbə gücüm qalıb:
Gecə
milçək öldürməyə,
Gündüz soğan əzmək üçün.
lll
İndi
gec dururam yuxudan biraz,
Saqqalım uzanır, əllərim əsir.
Bizim məhəllədən biraz
yuxarda
Mahnılar azanın səsini kəsir.
Sənə bütün yollar
uzaqdan gəlir,
Mənə yad adamlar tanış gəlirlər.
Xoşbəxtlik donuna girən qadınlar
Reklam tablosundan
baxıb gülürlər.
Parklardan
var-dövlət yağdırır
yerə
Sərçələr budağın yaş tərəfindən.
İndi
göy qurşağı
onacan sayır
Yeni göydələnin
baş tərəfindən.
İndi
yetim qalıb bütün cümlələr,
Vergüllər əyilən nida kimidi.
Bizim ümidimiz - içkili dildən
Qumar masasında
dua kimidi.
lll
1985, bir ev -
köhnə, balaca,
Pəncərə şüşəsində, güzgülənən bir
qoca
Resepti dilucunda, dua kimi oxuyur,
Dərman qutularını qızıl
kimi qoruyur.
O inanmır öləcək,
o inanmır qocalır,
Hələ bir ay sonraya, kinoya bilet alır.
Arada qarışdırır köhnə
şəkil qutusun,
İki əlli
qaldırır sovetin daş ütüsün.
Köynəyinin qolları əlinə
silgi gəlir,
Şəkildəki cavanın üzünün
tozun silir.
Yağış döyür, çardağın
dizləri sızıldayır,
İndi elə yaşdadır susamır, çaysızlayır.
1985. Katolik məzarlığı...
lll
Hələ ömrün harasıdır...
Gülüşün çayı daşdırar.
Sabah yenə günəş çıxar,
Gözümüzü qamaşdırar.
Hələ ömrün harasıdır...
Hələ avtobus gecikib,
Bir qız saçın yana töküb,
Gözəlliyi səni çəkib
Küçələri dolaşdırar.
Hələ ömrün harasıdır...
Saat biri təzə vurub,
Bir qəzet oxu oturub,
Nəvələrin gecə durub
Saçlarını qarışdırar.
Hələ ömrün harasıdı...
Bir təbəssüm pay ver üzə,
Mahnı
oxu gəzə-gəzə,
Kədər yuxu versə bizə,
Sevinc saat quraşdırar.
Sabah yenə günəş çıxar,
Gözümüzü qamaşdırar.
lll
Günəş yavaş-yavaş uzağa
gedir,
Qaranlıq yenidən şəhərə
çökür.
Yenə
çətir tutan heykəl darıxır,
İşıq dirəkləri boynunu bükür.
İki tələbə dost baş-ayaq
yatır,
Süfrədən aşağı boylanır
çaxır.
Surət
həddin aşan cavan sürücü
Səhərki tıxacın acığın
çıxır.
Küçələr zülməti canına çəkir,
Qaranlıq azdırır yol gedənləri.
Yenə
ürəyində tövbə
eliyir,
Gecə klubunun cangüdənləri.
Müəzzin yuxusun yarımçıq
qoyub,
Dilinin altında beş-altı hədis...
Yorulub işindən, tənhalığından
Ağacı adama oxşadır polis.
Günəş yavaş-yavaş uzaqdan
gəlir,
Nizami küçəsi
adamla dolur.
Bakıya
ilk dəfə gəlmiş
tələbə
Sol əlin heykəlin çiyninə qoyur.
Elşən
MEHDİ
525-ci qəzet 2017.- 11 noyabr.-
S.23.