Azərbaycan Xalq Cümhuriyyətinin 100
illiyi qarşısında
Şirməmməd HÜSEYNOV
Neçə
min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan”
adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini
yaratmış, qısa müddətdə olsa da, şərəflə
yaşatmış və dünyaya tanıtmış istiqlal
mücahidlərimiz məcburi fasilə dövründə
mühacirətdə nələr yazmış, nə
düşünmüş, bizlərə nəyi vəsiyyət
etmişlər - oxuyaq, düşünək, bu
günümüz üçün fəxr edək!
İKİ
TARİXİ GÜN
28 may və
27 nisan Milli Azərbaycanın qurtuluş
tarixində iki mühüm tarixi günlərdir. Qurtuluş və
əsarət, bu zahirən öylə görükürsə
də, fəqət bu iki tarixi hadisəni incə və dərin
tədqiq edərkən biz görürük ki, 27 nisan tarixi intibahi-milliyyənin və qəti istiqlal
mücadiləsinin toəmən (qarışıq)
başlanğıcını təşkil ediyor.
Azərbaycan hərəkati-milliyyəsi Rusiya inqilabı
zamanında Rusiyadan xilas olmaq üçün kəndi məcrai-təbiisini
bulmuş idi.
Fəqət xüsusi şərait vəzinin
tamamən tovzihinə mane oldu. Yalnız təvali
edən siyasi hadisat Rusiyanın vəziyyətini təyin etdi.
Azərbaycan ciddi bir mübarizə yapmadan, kəndi
istiqlaliyyətinə nail oldu. Rusiya kəndi çəkildi
və 28 may 1918-də yalnız elani-istiqlal misaqının
ehzari zəh-mətinə qatlandı. Qan
tökülməksizin bir inqilab və qansız bir istiqlaliyyətin
ən sonu Azərbaycanın tarixində
görüldüyü vəchlə pək qanlı oldu.
28 May
tarixindən sonra Azərbaycanda hökumət təsis etdi. Fəqət unutmamalı idi ki, Azərbaycanın
istiqlalını təhdid edən təhlükə zail
olmamışdı. Doğrudur Rusiya çəkilmişdi.
Fəqət təkrar gəlmək istəyəcəkdi.
İştə 27 nisan tarixində o təkrar
gəldi. Parlamanın son cəlsəsində ki, müxalif və
yarım müxalif qrupların bəyannamələrini
xatırlayalım: onlar heç bir gun? təhlükə
təsəvvür etmir, bütün bu hadisatı sadə bir
hökumət təbdili şəklində tələqqi
ediyorlardı. Qolaylıqla əldə edilən
şey ələlüsul təqdir ediləməz. Nə zaman ki qızıl rus nəfərləri Azərbaycanın
üç boyalı milli bayrağını endirərək,
yerin? qızıl bayraq çəkdilər
və kəndilərinə məxsus vəhşətlə məmləkət
həyatına əl atdılar, o zaman vəziyyət
bütün fəcaəti ilə anlaşıldı.
Bolşevizm Azərbaycanın guşə bucaqlarına
nüfuz etdikcə istiqlalın qaib oluşu daha fəzlə
hiss olundu. Təxribat, yəğma, tövqifat, ən
iyi vətən övladının qurşuna düzülməsi
milli Azərbaycan məfkurəsini yenidən canlandırdı.
Və şu andan etibarən Azərbaycanda milli
mübarizə bütün şiddətilə başladı.
Bu mücadilə şimdi xilas olmuş digər
millətlərə imtisalən tarixi qurtuluş məcrasını
təqib edir və bu yeni dövr millətin taəmaqi-qəlbində
(qəlbinin dərinliklərində) yer tutmuş, onu yekparə
bir kütlə halında istiqlal mücadiləsində birləşdirmişdir.
Gəncə, Zaqatala, Qarabağ, Lənkəran, Quba və sair
üsyanların əmsalsız mütəvaze qəhrəmanlarını
xatırlayalım. Onlar Azərbaycanın hər
guşəsini kəndi qanları ilə
sulamışlardır. Bakı
“Çeka”sında, “Salovki”də istiqlal uğrunda fədaye-nəfs
edən arkadaşlarımızı xatırlayalım. Münəvvər zümrənin, məktəblilərin
içində həmalud bir surətdə tovse edən mili məfkurə
Bakı komissarlarını vəhşətə
düşürmüş. İştə bütün
bunlar 27 nisan gününün bir nəticəsidir.
Bu yeni həyata
girən millətin kəndi istiqlalını iadə edəcəyinə
biz iman ediyor və mücahidlərin qanları ilə
sulanmış bu torpaqda kəndi hürriyyət və hakimiyyətini
müdafiəyə müqtədir yeni bir qüvvətin meydana
gəldiyinə qüvvətlə inanıyoruz!
Şəfi
bəy Rüstəmbəyli
“Yeni
Qafqasiya” məcmuəsi, 27 nisan 1927, ¹10
ZƏNCİRBƏND
ELM
Amerikadan
qalxıb 49 saata, heç yerdə durmadan doğruca
İstanbula gəlmiş olan 2 qəhrəman təyyarəçi
yapdıqları böyük işdən dolayı təbrik
edilirkən:
- “Bunda təbrik ediləcək nə var? Bizim
yapdığımız bu işi hər kəs yapa bilir.
Bunda heç bir fövqəladəlik yoxdur” -
demişlərdir.
Hürr bir məmləkətin hür mədəniyyəti
içində tənəffüs etmiş,
böyümüş olan bu iki qəhrəman məharət,
bacarıq və cəsarət kibi mənəvi qüvvətlərin
hər kəsdə, hər insan oğlunda buluna biləcəginə
iman etdiklərindəndir ki, bu cəhətləri hesaba belə
qatmamışlardır.
Əgər bu böyük müvəffəqiyyət
Amerika kibi bir cəmiyyət çocuqları tərəfindən
degil, iki rus təyyarəçisi tərəfindən
yapılmış olsaydı məsələ tam başqa bir
şəkil alacaq, bu müvəffəqiyyət “yüksək,
müstaid və mümtaz bir irqə məxsus” zəfər
kibi tələqqi ediləcəkdi.
Mənəvi mədəniyyətdən məhrum cəmiyyətlərdə
bu “xudkamlıq” hələ də hakimdir. Hətta
bütün millətləri bir cəmiyyət halına gətirəcəklərini,
bütün irqlərdən bir millət yaratmağa
çalışdıqlarını iddia edən bolşeviklər
belə bu “mümtaz və yüksək irq” səfsəfəsinin
ələmdarıdırlar.
Onlar
qurduqları rejim içərisində yalnız insanları,
millətləri, fikirləri və vicdanları degil elmi, fənni,
bəşəriyyətin müştərək bir məhsulu
sayı, içərisində hər millətin bir hissəsi
bulunan mədəniyyəti, elmi belə əsir etmiş, kəndi
məqsədləri uğrunda istismar eyləmək
üçün “Zəncirbənd elm” yaratmışlar.
Onlar bu “əsir elmi” istədikləri kibi qonuşduruyor,
istədikləri kibi düşünməgə icbar ediyor, istədikləri
kibi görməgə vadar ediyorlar.
Əgər elm zəncirini qırmaq, qoparmaq, hürriyyətə
çıxmaq, həqiqətə qovuşmaq, doğruyu
söyləmək təşəbbüsündə bulunursa,
zavallı elm də alimlərə olduğu kibi, “burjua”
damğasını vurur, onu da “sürgün” ediyorlar.
Rus
professorlarından Bartold, Radlov və digərləri türk
millətinin mazisini, elm və mədəniyyət naminə,
ehya yolunda hizmətləri, Türk xalqlarının milli
imanlarını qüvvətləndirən materyallar meydana
çıxarmış olduqları üçün
bolşeviklər nəzərində “ixtilal əleyhdarlığı”
kibi təvvəqqe edilməkdədir. Çünki
Rusiyayı parçalayacaq bir hərəkat vücuda gətiriyor.
Rus alimlərindən
Diyakov Azərbaycanda kollektivizmin iyi nəticə vermiyəcəgini
və kollektivizə üçün Azərbaycanın
qeyri-müsaid olduğunu nəzərə alaraq kollektivlər
içərisində olan hüquqdan vərasətin təmin
edilməsini təklif etmiş, prof. Potomkin kollektivize üsulu
ilə heyvan bəsləməgin bir nəticə vermiyəcəgini,
bu sahədə inkişafın yalnız mülkiyyəti fərdiyyə
üsulu ilə ola biləcəgini isbata
çalışmış, prof. Mixeyyev və Yabloçkov Azərbaycanda
buğda ziraətindən pambıq ziraətinə keçmənin
doğru olmadığını iddia etmişlərdir. (“Zarya
Vostoka”, ¹139, sənə 1931)
Bolşeviklərcə bunlar ixtilal düşməni və
“Azərbaycanda sosyalizmin müvəffəqiyyətini çəkəmiyən
rus şoven milliyyətçisidirlər”.
Məsələ
digər sahəyə gəlincə... Nəşriyyatımızı
təqib edənlər, Azərbaycan milli hars və milli
ürfanca pək fəci və əlim bir vəziyyətdə
olduğunu bilərlər.
Azərbaycanın 12 yüksək məktəbindən
yalnız birisində tədrisat türkcə imiş. Digərlərində
türk tələbəsi belə yüzdə 21 nisbətində
bir miqdar təşkil etməkdə imişlər.
Azərbaycan paytaxtı Bakı kibi bir şəhərdə
bələdiyyə soveti həp ruslar əlində olduğu
kibi müamilət dəxi rusca gediyor.
Azərbaycan maarif vəkalətində məmurlar həp
rus, məqamlar ruslar əlində, seksiyonlarda oturan ruslar,
müamilət rusca, türkcə bir ərzihal belə veriləməz.
Azərbaycan torpaq və ziraət vəkaləti, Azərbaycan
əmək-məsai vəkaləti, Azərbaycan petrol komitəsi,
kooperatif təşkilatları həp ruslar əlində
bulunmaqdadır.
Bu vəziyyət bütün digər təşkilatlarda,
vilayət, qəza və nahiyə müəssisələrində
dəxi davam etməkdədir.
Halbuki, Azərbaycan “müstəqil” bir türk
cümhuriyyəti ədd olunmaqdadır. Bütün
idarələrin türkləşdirilməsi üçün
daha 1923 sənəsində XII komunist firqəsi konqresində qərar
alınmışdır.
Nədən idarələr türkləşdirilməmiş?
Nədən türk münəvvərləri min bir bəhanə
ilə imha edilərək Azərbaycan sənədən-sənəyə
daha ziyadə ruslaşmışdır.
Nədən türk münəvvərlərinə elm,
siyasət, fənn, iqtisad və əskəri sahədə
geniş fəaliyyət meydanı verilmiyor?
Buna bir çox səbəblər vardır. Onların bu səhifələrdə
izahəna məcmuənin həcmi qeyri müsaitdir.
Ən
qısaca səbəbi: Azərbaycanı ruslaşdırmaq, Azərbaycanı
bir türk məmləkəti olaraq meydandan qaldırmaq, Azərbaycana
milli varlığını və milli harsını yüksəltmək
və göstərmək imkanı verməməkdir.
Çünkü Azərbaycan Rusiyaya çox
lazımdır. Azərbaycan Rusiya əlində olmazsa
Moskva qüvvətli bir rus sənayei yaradamıyacaqdır.
Fəqət bu imperyalist məqsəd bolşevik zəncirinə
vurulmuş məhkum və əsir elmin dililə başqa
türlü izah olunuyor. Və utanmadan bolşeviklər bu
ruslaşdırma, bu istila və imha siyasətinin səbəbini
“yüksək və alçaq irqlər” səfsətəsinə
rəbt ediyorlar. Rus professorlarından
Yevlaxova görə “yüksək və alçaq irqlər
teorisi mucibincə türk dimağı elm qavramaq
istedadından məhrum” imiş. Kəndisinə
elm adamı və professor ismini verən digər bir rus
Yelpatyevski də “Türk zəkasının lazımınca
inkişaf etməmiş olduğunu, binaənileyh Azərbaycan
elm və ürfan müəssisələrinin türklər əlinə
verilməsinin mümkün olmayacağını” iləri
sürməkdədir. (“Zarya Vostoka”, ¹ 139, sənə
1931)
Bir
qaç sənə əvvəl “Sovet Sosyalist Cümhuriyyətləri
İttihadına” daxil cümhuriyyətlərin ədliyyə,
daxiliyyə, ziraət v.s. vəkalətlərinin dəxi mərkəz
faydasına olaraq ilğasına, Azərbaycan, Ukrayna,
Gürcüstan, Özbəkistan, Türkmənistan kibi
cümhuriyyətlərin hakimiyyət və
istiqlallarını daha ziyadə təhdidə qərar
veriliyordu.
Bu qərara Azərbaycan, Ukrayna və digər yerlərin
komunistləri etiraz etmişlərdi.
Rus
bolşevik hüquqçuları “daha ziyadə mərkəziyyətin,
federasyona girmiş millətlərə daha ziyadə sərbəstlik
və istiqlal vermək demək olduğunu, çünki hər
iş mərkəzdə (Moskvada) toplandıqdan sonra “müstəqil
cümhuriyyətlər bir çox kultetlərdən xilas
olmuş olacaqlarını”... iləri sürdülər. Bu “fəlsəfəyə” görə əsirlər
daha hür, kölələr daha sərbəstdir. Çünki heç bir haq, heç bir hakimiyyət,
heç bir səlahiyyət sahibi olmadıqlarından bu haq və
səlahiyyətlərdən mütəvəllid məsuliyyətlərdən
dəxi məsundurlar. Binaənileyh “daha müstəqildirlər...”
Rus əsarətində “Zəncirbənd” edilmiş elm
böylə söylüyor, böylə söylədiliyor.
“Türk
dimağı (beyni) elmi qavramayaz”
“Türk
zəkası inkişaf etməmişdir”
Çünki “yüksək, mümtaz və alçaq,
aşağı mərhələdə duran irqlər
varmış və türklər də bu ikinci kateqoriyaya mənsub
imişlər.
Bu türklər elm həyatına, siyasət həyatına,
dövlət həyatına buraxılmazmış.
Rus, hankı olursa olsun, qızıl və qara, elmi bu
şəklə soxacaq qədər “yüksək və
mümtaz bir irq müməssili” olduğunu isbata müqtədirdir.
O, o qədər
“yüksəkdir” ki, yalnız vicdanları, insanları və
millətləri degil, elmi, məntiqi və mədəniyyəti
də bir kölə kibi qullana bilir.
Rus, tarixi
bəşəri yalnız kəndisindən bəhs etdirən,
dünya ilə bir yaşa malik, qoca və cahanşümul bir
mədəniyyət, qüvvət və həyatiyyət sahibi
Türkün yaşamaq və yüksəlmək
üçün ölümə xor baxan bir qoluna “alçaq
bir irq” deyəcək qədər alçala bilir.
Mirzə
Bala
”Odlu-Yurd”,
temmuz-avqust 1931, sayi: 5-6 (30-31)
Xudkam -
öz kefi ilə iş görən
28 MAYIS
VƏ GƏNCLİK
28
Mayıs... İştə əsrlərdən bəri müxtəlif
müstövli millətlərin boyunduruğu altında
yaşamış Azəri cəmiyyətinin tarixini, ictimai həyatını,
siyasi varlığını formula edərək Şərqdə
ilk dəfə olaraq əsri bir dövlət təşkilatı
ilə müstəqil bir həyata atıldığı zaman
təsbit edən şanlı bir gün!..
Hər azərbaycanlı
üçün ən müqəddəs bir bayram olması
lazım gələn bu günün şərəfi heç
şübhəsiz Azərbaycan istiqlal hərəkatını
gərək nəzəri və gərək əməli sahədə
ehzar edərək bilaxirə, yəni 11 sənə əvvəlisi
bu özlənilən istiqlalı elan edən nəslə
aiddir. Azərbaycan istiqlal tarixində şərəfli
bir mövqe ehraz etmiş bu nəslin həyatını bu
çətin, eyni zamanda şərəfli yola sövq
etmiş ideal şəxsiyyətlərinin sövq və idarəsilə
irəliləyən bir nəsil də vardır. Gənclik!.. Qızıl rus istilasına
uğramış vətəninin istilası və
istiqlalının iadəsi üçün yılmadan
mücadilə edən bir nəsil!
Bilirmisiniz,
vəhşi bolşevik rejimilə mücadilə edən bu gənc
nəsil kimin yavrularıdır?..... 28 Mayısın. İstiqlalın elan edildigi
günü təsit mərasimlərində omuzlarında taxta
tüfənglərlə milli şərqilər söyliyərək
rəsmi keçid yapan və milli məfkurəsi istiqlal məfhumu
hənuz şüurlarının altında bulunan mini-mini
yavrular bu gün Azərbaycan istiqlal mücadiləsinin can
damarını təşkil ediyorlar.
28 Mayısın bu qəhrəman övladları o zaman
milli və vətəni hislərdən məhrum degildi. 1917-dən
etibarən başlayan müxtəlif qarğaşalıqlar,
milli məktəb, milli hars və ürfan ocaqları ona bu
hissi aşılamış, istiqlal məfkurəsini zehnində
yerləşdirmişdi. Fəqət
söylədigimiz kibi bu milli məfkurə və istiqlal məfhumu
daha şüurun altında bulunuyordu.
Mənhus qızıl rus istilasına mütəaqib bu nəsil
istiqlal fikrini tərvic edən imanlı bir qüvvət və
mənbəin verdigi ilham və hadisatın şövqilə
artıq məşur bir milliyyət və istiqlal məfkurəsilə
mücəhhəz, vaxtilə omuzunda
daşıdığı taxta tüfəngləri həqiqi
silaha çevirmək surətilə çalınmış
istiqlalının iadəsi yolunda mücadilə həyatına
atıldı.
Həyatiyyət və qüvvətini məmləkətdə
təhəddus etmiş mütəvali hadisə və vəziyyətlərlə
bir qat daha təəyyüd etdirən bir firqəyə mənsub
və ondan aldığı fikri qida və mücadilə
qüvvətilə məfkurəsinə qovuşmaq ehtirası
ilə irəliləyən iştə bu gənclikdir.
İctimai, siyasi, iqtisadi və bilcümlə milli ümdələrini
xalqın həyati ehtiyacı üzərinə təmim və
şəniyətə müvafiq bir tərzdə müdafiədən
bir an fariğ olmıyaraq bütün
prinsiplərini yaşadığı mühid daxilində
ictimai və siyasi bir sistem halına gətirən bolşeviklərin
zəbanzəd təbirilə “Müsavatizm” cərəyanına
qədər irəlilədən iştə 28 Mayısın
bu fədakar övladlarıdır.
Bu mücadilə və əldə etdigi müvəffəqiyyətlər
qolay bir şərait daxilində cərəyan etməmişdir. Bunun
üçün o kəndi sırasından ən dəgərli
arkadaşlarını qurban vermiş, bolşevik məzaliminin
ən ağır şəkillərinə məruz
qalmış və qafilələrlə məchul diyarlara
sürülmüş ana yurduna həsrət
qalmışdır.
Şəxsi həyatından təcərrud etdigi
üçün bütün bu məhrumiyyət və işgəncələrə
qatlanmış və heç bir fədakarlıqdan çəkinməmişdir. İştə bu nəsil kəndi
mücadilə və fəaliyyəti sayəsindədir ki, təqib
etdigi məslək və müdafiə etdigi davayı,
bolşeviklərin müxtəlif şəkillərdə təcəlli
edən təqibatlarına rəğmən, köylü və
əmələsindən başlayaraq məktəblilərə
qədər, hətta komunist gənclərə belə
aşılamış və bu surətlə kəndisindən
sonra bu mücadiləyi idamə edə biləcək sağlam
milliyyətpərvər bir nəsil
hazırlamışdır. 28 Mayısın
şərəfli istiqlala təqəddüm edən ehzari
dövrü hazırlayan və bilaxirə bu istiqlalı elan edən
nəslə aid olduğu kibi, istilayi mütəaqib istiqlal
mücadiləsi şərəfi də bu günki gəncligə,
mübariz gəncligə aiddir.
İstiqlal mücadiləsinin gərək nəzəriyyat
və gərək əməliyyat vadisində vüquf və mətanətini
göstərmiş gəncligin vəzifəsi bununla bitmiş
olmuyor. Bu mücadilə ilə müvazi olaraq bir tərəfdən
mücadiləyə daha məşur və daha məqul bir
çöhrə verməgə, digər tərəfdən
idealı təqviyyəyə hizmət edə biləcək
bir çox məsələlərə əhəmiyyət
vermək və hadisələrə intibaq etmək zərurəti
vardır. Bu məsələlərdən
biri, bəlkə də birincisi, mənsub olduğu cəmiyyəti
ögrənmək, yəni obyektiv bir gözlə tarixini,
coğrafiyasını, sosiolojisini, ədəbiyyatını,
istiladan əvvəlki və istiladan sonrakı həyatını
tədqiq etməkdir. Bu xüsusun tədqiqi
bilxassə bu gün Azərbaycan hüdudu xaricində
yaşayan gənclik üçün qayət zəruridir.
Şübhəsiz ki, bu vasitə ilə
hüdud xaricində bulunan gənclik kəndisini bulunduğu
mühitin təsirindən vəqaye edə bilir. Və məmləkətinə olan mərtubiyyət
və əlaqə hissinin təqviyəsinə yarayacaq
imkanı bulmuş olur. Bundan maəda məmləkətdə
başqa bir rejim təhdində yaşayan xalqa bilaxirə
yabançı qalmamaq və əmri vaqelərlə
qarşılaşmamaq, eyni zamanda istiqamət təyinində
mütərəddid qalmamaq üçün bolşevik
istilası altında bulunan məmləkətin hər
günki həyatını təqib edərək ona görə
hazırlanmaq, yəni idealist olduğumuz nisbətdə də
realist olmalıyız.
Y.Əli
”Odlu-Yurd”,
28 Mayıs 1929, ¹ 4
Müstövli
- işğalçı
Ehraz -
hüzura gətirmə
Təhəddüs
- üzə çıxan
Təəyyüd
- sağlamlaşma
Təmim
- intişar etmə, ümumiləşdirmə,
yayma
Şəniə
- eyibli iş
Zəbanzəd
- tələffüz
Təcərrüd
- əl çəkmə
İntibaq
- müvafiq olma
Vəqa -
qoruma
AZƏRBAYCAN
HƏYAT VƏ MƏTBUATINDAN
Azərbaycanda
sinif mücadiləsi “Teatro ətrafında bir münaqişə”,
“Proletar ədəbiyyatı” məhsulları
Bir müddət əvvəl Bakıda Azərbaycan Mərkəzi
Komunist firqəsinin sənəlik ictimai vüqu bulmuşdu. Məzkur ictimada ələlxüsus
Azərbaycan Komunist firqəsi məsul katibi Çikalo Azərbaycanın
iqtisadi, ictimai və siyasi vəziyyəti haqqında məruzədə
bulunmuş və Komunist firqəsinin Azərbaycandakı
“müvəffəqiyyətləri”ni sayıb
tökmüşdür. Məruzəsində ən
mühüm yeri sinif siyasətinə verən Çikalo
böyük bir təlaşla Azərbaycanda sinif düşmənliginin
və bu düşmənlik nəticəsində hüsula gələn
şiddətli mücadilələrin kəskin bir şəkil
aldığından bəhs etmişdir. Çikaloya
görə bütün Sovetlər İttihadında olduğu
kibi Azərbaycanda dəxi son zamanlarda sinif mücadiləsi gərgin
bir şəkil almışdır. Sinif
mücadiləsinin şiddət kəsb etməsinə səbəb
bir tərəfdən ötədənbəri Qarabağ,
Şirvan, Gəncə kibi bir çox Azərbaycan qəzalarında
təhəssün etmiş çetələrin fəaliyyətə
keçmələri, digər tərəfdən köy
qolçomaq zümrəsinin şiddətli müqavimət və
aktiv mücadilə etməsidir. Qolçomaqların
şiddətli müqavimətindən bəhs edən
Çikalo diyor ki: “Qolçomaqların fəaliyyəti
köy həyatının bütün sahəsini istila
etmişdir. Onlar gərək ərzaq (taxıl)
hazırlığı və gərəksə əkin işləri,
vergi və istiqraz məsələlərində hökumətin
tədbirlərinə qarşı çıxıyor və
şiddətlə müqavimət ediyorlar. Qolçomaqlar yalnız bununla qalmamış, Azərbaycanın
bütün köylərində Sovet müəssisələrinə
soxularaq idarəyi kəndi əllərinə
almışlardı”.
Köylü müqavimətini bu surətlə təsvir
edən Çikalo sözü köylərdə komunistlərə
qarşı yapılan terror hərəkətlərinə
keçiyor və əlavə ediyor ki, “Qolçomaq, inqilab əleyhdarı
və sair bu kibi ünsürlər tərəfindən
komunistlərə qarşı icra edilən terrorlar gündən-günə
artmaqdadır, bir ay zərfində yalnız bir qəzada 20-dən
fəzlə komunist öldürülmüşdür”.
Çikalo köylərdə bulunan bu kibi
“yabançı ünsürlər”in əmələlər
içərisində dəxi qüvvətlə kök
saldığını və tıpqı qolçomaqlar kibi əmələlərin
də hökumətin köy siyasəti əleyhində
çıxışda bulunaraq hökumət əleyhinə
şiddətli propağandalar yapdığını qeyd
ediyor.
Məruzəsində ərzaq böhranı məsələsinə
təmas edən Çikalo əmələlərin dərin
bir böhran içərisində imrari-həyat etdiklərinə
işarət edərək, bu iştə ərzaq təchizatilə
əlaqədar Sovet müəssisələrini qəbahətli
buluyor və diyor ki, “Köy və şəhərlərdə
bulunan ərzaq müəssisələrimizin şimdiyə qədər
heç bir hazırlıqda bulunmaması və əmələ
sinfini ərzaqla təchiz etməməsi bir rəzalət və
tam mənasilə cinayətdir”. Fəqət qəbahəti
ərzaq müəssisələrində görməklə əmələ
zümrəsinin gönlünü almaq istəyən
Çikalo böhranın əsil səbəbini bilməz
degildir. Zənn edərsək mütəəddid
çıxışlarında göstərdikləri kibi əmələlər
ümumi böhranın əsil səbəbini Sovet hökumətinin
yanlış köy siyasətində görmüş və
böhrandan qurtulmaq üçün, köylünün
hökumət tərəfindən təzyiqi əleyhində
bulunmuş və mümkün mərtəbə
köylüyü müdafiədən çəkinməmişlərdi.
Məruzəsinin sonunda Mavərayi Qafqasiya Komunist firqəsinin
qərarlarından bəhs edən Çikalo bu qərar
mövcibincə bir çox sənaye sahələrinin Mavərayi
Qafqasiya Federasyonu idarəsinə veriləcəyini, yəni mərkəzləşəcəgini
qeyd etmişdir. Çikaloya görə iqtisadiyyatın təqviyəsi
(?) üçün yapılacaq olan bu təmərküz siyasəti
heç şübhəsiz bəzi milliyyətçi
ünsürlərin müqavimətinə məruz
qalacaqdır. Bunun üçün də
“bilcümlə firqə təşkilatları gərək
hakim rus milliyyətçiligi (rusçuluq) və gərəksə
məhəlli milliyyətçiliklə qəti bir mücadilə
yapmalıdır”.
lll
Bakıda
intişar edən “Komunist” qəzetəsində
son zamanlarda şayani-diqqət bir qələm münaqişəsi
yürüdülməkdədir. Münaqişənin
mövzusunu işçi teatrosu təşkil ediyor. Məsələ
şudur: işçi teatrosunun xalq tərəfindən rəğbət
görməməsinin əsil səbəbini araşdırmaq. Bu məqsədlə toplanan əlaqədar zəvat
bütün səbəbini səhnəyə vəz edilən
piyeslərin bədii, orjinal əsərlər olmayıb, tərcümə
və sırf propağanda piyesləri olduğu keyfiyyətində
görmüş və xalqı teatroya cəlb etmək
üçün mütləq orjinal və bədii qiymətə
haiz əsərlər oynamalıdır demişlərdir.
Son zamanlarda Əbdülhaq Hamidin “Duxtəru Hindu”sunu oynamaq surətilə
böyük bir rəğbət gördüklərinə
istinadən tezlərini müdafiə edən bu zümrə əleyhinə
komunist keçinən bəzi dolqoviklər şiddətlə
hücum etmiş və bu tədbir və fikri “proletar məfkurəsi”
üçün vahim bir yol bulmuşlardır. Bu cümlədən
olaraq “Komunist” qəzetəsində “Tənqidçi” imzası
ilə “Qorxunc bir təmayül” ünvanlı bir məqalə
dərc edilmişdir.
Orjinal əsərlərin
oynanılmasını müdafiə edən zümrəyə
qarşı yazılan bu məqalədə dəxi əsas
etibarı ilə bu fikir rədd edilməyərək yalnız
bu yolun “proletar məfkurəsi”ni istiqamətindən çevirəcəgi
üçün vahim olduğuna işarə ediyor və diyor
ki, “Bu fikir bütün əfkarı ümumiyyəyi istila edərək
təəmmüm etmiş olursa işçi teatrosu çox
şeylər qeyb etmiş olacaqdır. Çünki bu gün
məzkur teatroya gələn az isə səbəbi
xalq kütləsinin inqilabi əsərləri sevməməsidir.
Digər teatrolarımızda dəxi
müşahidə edilən bu həqiqəti etiraf etmək
lazımdır. Xalq inqilabi əsərlərdən
xoşlanmadığı üçündür ki, teatroya gəlmiyor.
Təsəvvür edilsin, inqilabın 10-cu sənəsində
xalq inqilabdan və inqilabi əsərlədrən
xoşlanmıyor və bu kibi əsərləri sevmiyor. Bunu bir komunist ağzından eşidiyoruz. Vəziyyət böylə ikən xalq kütləsinin
inqilab tərəfdarı, komunizm mühibbi olduğundan,
proletar ədəbiyyatının mövcudiyyətindən bəhs
edilə bilirmi? İnqilaba nifrət edən
bir kütlənin “proletar” ruhlu olduğuna nasıl, hanki məntiqlə
hökm edliə bilir? Fəqət
bolşevik məntiqi bunu aramaz, çünki o hər şeyin
silah gücü ilə, terrorla yapılacağına qanedir.
Məqalə sahibi xalqın bu nifrətinə rəğmən
teatronun heç bir zaman kəndi “proletar” xəttini dəgişdirmək
təşəbbüsündə bulunmamasını təklif
ediyor və “inqilabi repertuar əsasından sapmak demək, xalq
kütləsinin tələb və arzusuna ittiba və onun
arxasınca getmək deməkdir”. Diyor ki bu
da teatroyu bir propağanda ocağı yapmaq surətilə
xalqın qafasını komunizm həzəyanları ilə
doldurmaq, xalqı zorla “proletar ruhlu” yapmaqdan başqa bir şey
degildir. Fəqət nə olursa-olsun xalq
zövqünün önünə keçiləmiyəcəgindən
bu tədbirin müvəffəqiyyətli nəticələr
vermiyəcəgi təbiidir.
lll
Son
zamanlarda milli ədəbiyyata qarşı gərək qəzetə
və gərək konqralar vasitəsilə mücadilə səhnəsinə
atılan qızıl “şair” və “ədiblər”
bolşevik ağalarının ağzına bir şey atmaq və
bu surətlə “proletar ədəbiyyat”ı yaratmaq
üçün bir taqım əsərlər nəşr
etmişlərdir.
Mustafa Quliyev “Yüksəliş” ünvanilə “Komunist”
qəzetəsinə yazdığı bir məqaləsində
bu vadidə yazılmış əsərlərdən dərin
bir vəcd və həyəcanla bəhs etməkdədir. Quliyevin keyfi
hökmunə görə Azərbaycan ədəbiyyatı
artıq milli, inqilab əleyhdarlığı kibi təmayüllərdən
sıyrılmaqda və həqiqi “proletar” çöhrəsini
bulmaqda imiş. Quliyev misal olmaq üzrə şair
yamağı Süleymanın “Müsavatçılara cavab”
namı altında nəşr etmiş olduğu şeirləri
zikr ediyor və mahiyyətini hənuz bilmədigimiz bu şeirlər
haqqında diyor ki: “Bu şeirlərlə Süleyman
düşmanlarımızı qırbaçlıyor. Onların qardaş qırğını, zülm, təhəkküm
ilə dolu hakimiyyətlərini xatırlayaraq acizliklərinə
gülüyor. Məzkur şeirləri “Müsavat” fəaliyyətinə
bir cavab tələqqi edən Mustafa əlavə ediyor ki:
“Müsavatçılar bəzi yazıçı və
şairlərə adsız qitəat və şeirlər
göndərərək 3 rəngli bayrağı,
turançılığı mədh ediyorlar. Müsavat
əfsunçusu gəncləri vətən, millət və
istiqlal fikirlərilə əfsunlamağa
çalışıyorlar. Süleymanın
şeirləri bunlara iyi bir cavabdır”.
Qulyev bundan başqa daha bir qaç “proletar” şairinin əsərlərindən
bəhs edərək artıq Azərbaycanda proletar ədəbiyyatının
vücudə gəldiginə qani bulunuyor. Fəqət
bircə bu kibi ismarlama yazılar fərdi bir qənaət məhsulu
olduğu üçün Azəri xalqının məşəri
vicdanının bir əksi olan milli ruh əsərlər
yanında pək sönük qalır. Çünki
xalqın istədigi, xalqın zövqü tamamilə
başqa, buna müqabil bilməcburiyyə təlqin edilmək
istənilən fikir də başqadır. Binaənileyh
xalqın əsil yaradıcılığı olmadan ismarlama
surətilə vücuda gətirilmək istənən “proletar
ədəbiyyat”ı hər zaman olduğu kibi yenə də
qüvvətli və hakim bir milli ədəbiyyat yanında
inkişafdan məhrum qalacaqdır.
Y.Əli
”Odlu-Yurd”,
Mart 1930, ¹ 13
İttiba - boyun əymə, itaət etmə
Həzəyan - mənasız, havayı, hədyan
Vadid - yeni baxış
Vəcd - cuşa gəlmə
Məşər - duyma, dərk etmə
Təhəssün etmək - qəzaların içərisinə soxulmaq
(Ardı var)
525-ci qəzet.-2017.-11 noyabr.-S.20-21.