Bakıda III “Türk filmləri həftəsi” başladı

 

Noyabrın 16-da Nizami Kino Mərkəzində IIITürk filmləri həftəsinin açılış mərasimi keçirilib.

 

Film həftəsi Türkiyənin Yerli Düşüncə Dərnəyinin təşkilatçılığı, Türkiyə Mədəniyyət Turizm Nazirliyi, bu ölkənin Azərbaycandakı səfirliyinin mədəniyyət təbliğat müşavirliyi, Türk Əməkdaşlıq Koordinasiya Agentliyi (TİKA) Bakı Yunus Əmrə İnstitutunun dəstəyi ilə reallaşır.

 

Mərasimdə dövlət rəsmiləri, səfirliyin əməkdaşları, millət vəkilləri, hər iki ölkənin incəsənət xadimləri, film həvəskarları media nümayəndələri iştirak ediblər.

 

Tədbirdə əvvəlcə iki qardaş ölkənin şəhid övladları bir dəqiqəlik sükutla yad edilib, dövlət himnləri səsləndirilib.

 

Tədbirdə festivalın baş koordinatoru Öner Kılıç çıxış edərək, “Türk filmləri həftəsibarədə məlumat verib. Diqqətə çatdırıb ki, beş gün ərzində tamaşaçılara hər gün 5 türk filmi təqdim olunacaq. Noyabrın 20-dək davam edəcək festival çərçivəsində tamaşaçılarYeni dünyafilmi ilə yanaşı, rejissor Bilal BabaoğlununAşiq”, rejissor Sinan SertelinBir gün bir uşaq”, rejissor Alper Çağların “Dağ-2” rejissor Emre KonukunŞagirdfilmlərini ödənişsiz izləmək imkanı əldə edəcəklər.

 

Bildirilib ki, “Ortaq mədəniyyət, ortaq kinoşüarı ilə keçirilən festivalın əsas məqsədi Türkiyə filmlərinin Azərbaycanda, Azərbaycan istehsalı olan ekran işlərinin isə Türkiyədə geniş şəkildə təbliğinə nail olmaqdır. Bu məqsədlə film həftəsi çərçivəsində Bakıda səfərdə olan türkiyəli rejissor, prodüser tanınmış aktyorların azərbaycanlı həmkarları ilə görüşləri keçiriləcək, birgə kino layihələrinin reallaşdırılması istiqamətində danışıqlar aparılacaq.

 

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxış edərək, iki qardaş ölkə arasında əsrlər boyu davam edən sarsılmaz dostluq münasibətlərindən söz açıb: “Azərbaycan Türkiyə qardaş ölkələr olaraq bir-birinin sevincini, kədərini paylaşan, ürəyi bir döyünən eyni millətdir. Bir-birimizi hər sahədə tanımalı, yaxınlaşmalıyıq. Çünki biz illərlə bir-birimizdən ayrı qaldıq. Bir ananın iki oğlu 70 ildən çox bir-birinə həsrət yaşadı. Bu 70 il dünya kinosunun, mədəniyyətinin inkişaf dövrü oldu. Çox şükür ki, biz 26 il öncə yenidən qovuşduq. Bir-birimizi daha yaxından tanımaq anlamaq üçün mədəniyyətlərimizi qarşılıqlı surətdə öyrətməli öyrənməliyik. Bu film festivalı da bir-birimizə daha da yaxınlaşmağımıza yardımçı olacaq. İnanıram ki, festival insanların böyük marağına səbəb olacaq, tamaşaçılar filmləri maraqla seyr edəcəklər”.

 

Mədəniyyət turizm naziri Əbülfəs Qarayev çıxışında film festivalının türk kinosu həvəskarları üçün böyük töhfə olduğunu bildirib. Ulu öndər Heydər ƏliyevinBir millət, iki dövlətkəlamını xatırladan nazir bu anlayışın bütün sahələrdə bir olmağımıza əsas verdiyini deyib: “Ölkələrimiz daim bir-birinin yanındadır. Bu günlərdə iki dövlətin birgə reallaşdırdığı böyük iqtisadi layihə - Bakı-Tbilisi-Qars dəmir yolu dünya miqyasında böyük marağa səbəb olub. Bu, qardaşlığın, birgə işin nəticəsidir”.

 

Türkiyədə bu yaxınlarda böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illiyinin keçirilməsinin bu kimi tədbirlərin iki ölkə arasında mədəniyyətlərin qarşılıqlı tanıdılmasında mühüm rol oynadığını vurğulayan nazir deyib: “Hesab edirəm ki, birgə festivalların, mədəniyyət elm xadimlərinin yubileylərinin keçirilməsi bu mədəniyyətlərin bir araya gəlməsinə daha yaxından tanıdılmasına böyük töhfə verər. Ümid edirəm ki, növbəti illərdə Türkiyədə Azərbaycan film festivalını həyata keçirəcəyik”.

 

Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu iki ölkə arasında bütün sahələrdə dostluq-qardaşlıq əlaqələrinin olduğunu qeyd edib: “Bəli, biz türklər hamımız bir-birimizə qardaşıq. Ancaq Azərbaycan Türkiyə əkiz qardaşlardır. Bütün sahələrdə dostluq-qardaşlıq var. Həm Azərbaycan, həm Türkiyə birgə çox böyük layihələrə imza atırlar. Bizim siyasət, iqtisadiyyat, mədəniyyət başqa sahələrdəki əməkdaşlığımız hər gün daha da möhkəmlənir. Ən böyük problemlərdən biri bütün dünyanın gözü qarşısında xaincəsinə baş verən Qarabağın işğalıdır. Əminik ki, Azərbaycan tezliklə öz torpaqlarına qovuşacaq. Bu, Ankaranın ən böyük arzusudur. Biz terrorla mübarizə aparırıq. Bakı bu mübarizədə hər zaman yanımızdadır. Bakı ilə Ankara çox güclü olarsa, türk dünyası güclü olar”.

 

Yerli Düşüncə Dərnəyinin sədri, türkiyəli deputat Metin Gündoğdu qeyd edib ki, BakıdaTürk filmləri həftəsiuğurlu açılışla başlayır. Rəhbərlik etdiyi dərnək haqqında məlumat verən M.Gündoğdu bildirib ki, qurumun məqsədlərindən biri mədəni tədbirlər vasitəsilə birgə olduğumuzu nümayiş etdirməkdir.

 

Türkiyəli aktrisa, festivalda nümayiş olunanYeni dünyafilminin baş rol oyunçusu Qaye Turqut Azərbaycanda olmaqdan məmnunluğunu dilə gətirib: “BuilkiTürk filmləri həftəsi”ndə yer almaqdan, azərbaycanlı tamaşaçılarla görüşməkdən çox məmnunam. Hamımız türkük, hamımız birik. Azərbaycanla Türkiyənin elə bir fərqi yoxdur. Mən bunu buraya gəldikdən sonra daha yaxşı anladım. Rol aldığım filmlər, seriallar da daxil olmaqla türk filminin burada necə böyük sevgi ilə izləndiyinin, insanların bizi öz doğması kimi qəbul etdiyinin şahidi oldum. Bu istilik, bu doğmalıq heç zaman unudulmayacaq. Mədəniyyətimiz, dünyagörüşümüz eynidir. Ona görə özümü heç yad hiss etmədim. Ümid edirəm ki, gələcəkdə birgə daha böyük layihələr həyata keçirərik”.

 

Türkiyəli aktyor, “Bir gün bir uşaqfilminin baş rol ifaçısı Mehmet Usta iki qardaş dövlət arasındakı mədəni əlaqələrin inkişafında bu cür layihələrin önəmini vurğulayıb: “Son illərdə Türkiyə Azərbaycan arasında əlaqələrin daha da sıxlaşması istiqamətində çox mühüm layihələr həyata keçirilir. Biz bir-birimizə olan bağlılığımızı mədəniyyətlə daha da sıxlaşdıra bilərik. Bu layihələrin bəzilərində mən bacardığım qədərilə iştirak etməyə çalışıram. Bakıya hər gəlişim mənimçün ayrı sevincdir. Öz kinomuzda, teatrımızda bu cür əlaqələrin qurulmasına çalışmalıyıq. Mən əlimdən gəldiyi qədərilə bu tərz layihələrdə yer almağa çalışıram bundan çox məmnunam. Bunun daha da böyüməsini, inkişaf etməsini arzulayıram”.

 

TədbirdəTürk filmləri həftəsi”ndəki fəaliyyətlərinə görə təşkilatçılar, filmlərin rejissorları aktyorlar diplom xüsusi hədiyyələrlə mükafatlandırılıblar. Mükafatları nazir Əbülfəs Qarayev, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, türkiyəli millət vəkili Metin Gündoğdu deputat Qənirə Paşayeva təqdim ediblər.

 

Sonra Caner ErzincanınYeni dünyafilmi nümayiş olunub.

 

Festival çərçivəsində növbəti tədbir dünən Bakı Dövlət Universitetində keçirilib. Universitetin rektoru Abel Məhərrəmov qonaqları salamlayaraq, iki ölkənin prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın siyasəti nəticəsində ölkələr arasında sarsılmaz dostluq münasibətlərinin gündən-günə inkişaf etdiyini qeyd edib. Rektor “III Türk Filmləri Həftəsi”nin açılış mərasimindən, müasir türk kinematoqrafiyasının yüksək inkişafından bəhs edərək, mədəniyyətlərin, elm və təhsilin inteqrasiyanın, münasibətlərin ən sivili və ən uzunömürlüsü olduğunu vurğulayıb.

 

Daha sonra Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma müşaviri İrfan Çiftçi, festivalın koordinatoru, rejissor Öner Kılıç, aktyorlar Qaye Turqut, Mehmet Usta, Meltem Miraloğlı, rejissorlar Caner Erzincan, Bilal Babaoğlu, Sinan Sertel, prodüserlər - Ahmet Edebali, Turqay Şahin, “Star” qəzetinin mədəniyyət bölməsinin redaktoru Bedir Acar və “Yeni Şafak” qəzetinin əməkdaşı Ayşe Olqun çıxış ediblər. OnlarOrtaq mədəniyyət, ortaq kino” şüarı ilə hazırlanan festivalın əsas hədəfinin Türkiyə filmlərinin Azərbaycanda, Azərbaycan istehsalı olan ekran işlərinin Türkiyədə geniş təbliğ olunduğunu qeyd ediblər. Çıxışçılar bu məqsədlə film həftəsi çərçivəsində Türkiyədən Bakıya gələcək rejissor, prodüser və tanınmış aktyorların azərbaycanlı həmkarları ilə görüşlərinin keçirilməsi, birgə kino layihələrinin reallaşdırılması istiqamətində danışıqlar aparılmasının önəmindən bəhs ediblər.

 

Daha sonra türkiyəli qonaqlar tələbələrin suallarını cavablandırıblar. Görüş diskussiya şəklində davam edib.

 

III “Türk filmləri həftəsi” noyabrın 20-dək davam edəcək. Festival çərçivəsində tamaşaçılar hər gün iki film izləyə biləcəklər. Noyabrın 17-si “Yeni dünya” və “Aşiq”, noyabrın 18-i “Aşiq” və “Bir gün bir uşaq”, noyabrın 19-u “Bir gün bir uşaq” və “Dağ-2”, noyabrın 20-si “Dağ-2” və “Şagird” filmləri Nizami Kino Mərkəzində ödənişsiz nümayiş olunacaq.

 

Şahanə MÜŞFİQ

525-ci qəzet  2017.- 18 noyabr.- S.24.