Azərbaycan Xalq Cümhuriyyətinin 100
illiyi qarşısında
Şirməmməd HÜSEYNOV
Neçə
min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan”
adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini
yaratmış, qısa müddətdə olsa da, şərəflə
yaşatmış və dünyaya tanıtmış istiqlal
mücahidlərimiz məcburi fasilə dövründə
mühacirətdə nələr yazmış, nə
düşünmüş, bizlərə nəyi vəsiyyət
etmişlər - oxuyaq, düşünək, bu
günümüz üçün fəxr edək!
YENİ
NƏŞRİYYAT PANTURANİZM HAQQINDA
Qismi-məxsusimizdə
dəxi bəhs etdigimiz Rəsulzadə Emin bəyin panturanizm
haqqında bu kitabı Parisdə rusca olaraq intişar
etmişdir. N.Jordaniyanın bir müqəddiməsini
dəxi ehtiva edən bu əsər Panturanizm idarəsinin bu
gürcü real şəkli və bu ideyanın Qafqasiya məsələsi
ilə olan münasibəti haqqında qiymətli fikir və
görüşləri ehtiva etməkdədir. Türkçülügə və Qafqasya istiqlal məsələsilə
əlaqədar bilcümlə qarelərimizə hərarətlə
tövsiyə edəriz.
“Odlu-Yurd”,
təşrini sani (noyabr) 1930, ¹ 22
L.Azerbaidjan en lut Pour Lindependancf “İstanbul mücadiləsi
uğrunda Azərbaycan”. Məcmuəmizin baş mühərriri və Azərbaycan
Şurayi Millisi Rəisi Rəsulzadə Mehmet Emin bəyin
“Milli Azərbaycan nəşriyatı”nın
11-ci sayısı olmaq üzrə Parisdə fransızca Azərbaycanın
tarixi, ədəbi, milli inkişafı ilə istiqlal
mücadiləsinə aid yuxarıkı ünvan altında
mühüm bir əsəri nəşr olunmuşdur.
Kitab oxucularımıza əhəmiyyətlə tövsiyə
olunur.
“Odlu-Yurd”,
təşrini sani (noyabr) 1930, ¹ 22
YÜKSƏK
MƏKTƏBLƏRDƏ TƏDİLAT
“Bakinski Raboçi” qəzetəsinin bildirdiginə
görə Azərbaycan Komisarlar Şurası Azərbaycan
yüksək məktəblərində tədilat yapmağa qərar
vermiş və bu haqda bir qərarnamə
çıxarmışdır. Qərarnamədə
deyildiyinə görə Darülfünun pedaqoji fakülətisi
pedaqoji institutu şəklinə ifrağ ediləcək və
bu institutda tədris müddəti 3-4 sənə olacaqdır.
Eyni surətlə tibb fakültəsi dəxi
ayrı bir müəssisə halına gətiriləcək
tibb institutu halını alacaq və səhiyyə
komisarlığının təhdi idarəsinə veriləcəkdir.
Hüquq fakültəsi, sovet quruluşu və
hüququ institutu halına gətiriləcək və iqtisad
fakültəsi də iqtisad institutu olacaqdır. Bu 2 fakültə iqtisad komisarlığı büdcəsinə
daxil bulunacaqdır. Bundan başqa Bakıda
yeni bir balıqçılıq institutunun təsisinə,
dilçilik habelə əczaçılıq institutu şəklinə
salınmasına qərar verilmişdir.
“Odlu-Yurd”,
15 eylül 1930, ¹ 18
Tədil
- mötədilləşdirmə
Yüksək
- ali
AZƏRBAYCANIN
HƏYAT VƏ MƏTBUATINDAN
RUSİYADA
BOLŞEVİK İXTİLALININ 13-CÜ
İLDÖNÜMÜ münasibətilə Azərbaycan
komunist qəzetələrində, Azərbaycanın ən məruf
komunistlərindən Musabəyov, Məcid Əfəndiyev,
Dadaş Bünyadzadə, Ağaverdiyev, Apresov və s. uzun və
müfəssəl məqalələr yazmışlardır.
(“Komunist”, 7 noyabr 1930)
Musabəyova
görə:
- Milli məsələ
imperyalizm dövründə daha da kəskinləşmiş və
burjuazi üsulu dairəsində həlli qeyri qabil məsələ
olmuşdur. Şimdi bütün müstəmləkə
ölkələrini üsyan dalğaları
bürümüş, məzlumların imperyalistlər əleyhinə
hürriyyət mübarizəsi kəskinləşmişdir.
14-cü ilinə ayaq basan Sovet hökumətinin milli siyasəti
qızıl hüdutlar xaricindəki ölkələrdə
geniş surətdə intişar etmiş və
məzlum Şərq ölkələrində yaşayan əməkçi
kütləsi bu siyasətə dərin hüsni-təvəccöh
bəsləməkdədir.
Fəqət
Musabəyovu qızdıran bir şey vardır: “Müsavat firqəsinin
fəaliyyəti nəticəsində Azərbaycanda proletar
inqilabı Rusiyaya nisbətən 2 buçuq sənə
gecikmişdir”.
Əvət 1918 sənəsində istiqlalını elan
edən Azərbaycan bu istiqlalını Oktyabr inqilabını
yapan bolşeviklərə qarşı açmış
olduğu qanlı mücadilə nəticəsində əldə
etməgə müvəffəq olmuşdu. Millətlərin hürriyyətlərini
elan edən və sonra eyni millətlərin istiqlalını
qanlarda boğan Lenin orduları, Şaumyanın əlinə
vermiş olduqları Lenin imzalı rəsmi bir dekretlə,
böyük Ermənistan yaratmaq üçün rus-erməni əskərlərinə
istinadən Azərbaycanı xarabazara döndərmiş ikən,
hürriyyət və istiqlalına təşnə olan Azərbaycan
türkü, milli varlığını müdafiə
üçün silahına sarılmaqdan başqa bir şey
yapmazdı. Azərbaycan türkünün müvəffəqiyyət
və zəfəri, Şərq ilə Rusiya arasında bir hail
olması etibarilə, bolşevizmin Şərqə təsirinə
və sirayətinə mane olmuşdu.
1920 sənəsində Azərbaycanın yenidən Lenin
orduları tərəfindən istilası, bolşevizmi Şərq
qapılarına gətirdi.
“Odlu-Yurd”,
dekabr 1930, ¹ 23
Sirayət
- nüfuz etmə
İğfal
- aldatma
Hail - maneə,
maneəçi
OKTYABR
İNQİLABI
(Bolşevik
inqilabının 13-cü ildönümü münasibətilə)
Rus
inqilabını tarixi-psixolojik baxışla təhlil edən
milliyyətçi rus mütəfəkkirlərindən Petro
Rıs “Rus təcrübəsi” nam əsərini bu sözlərlər
başlıyor:
- “Rusiya: zalımlarla kölələrin, mənən
inkişaf etmiş, vəhşilikdə isə ən
aşağı dərəcəyə ənmiş
insanların məmləkəti idi. Mahiyyət etibarilə kimsə tərəfindən
idarə edilmiyən və hər kəs tərəfindən vəhşicəsinə
istismar edilən məhkum, cahil bir sürü insan vardı,
bir də məmləkəti təxrib, əhaliyi yağma və
imha edən şüursuz cani bir hökumət...”
Petro Rısa görə, mərkəzdə, Rusiyanın
kəndisində vəziyyət bu mərkəzdə ikən
Rusiya imperatorluğu daxilində bulunan qeyri rus məmləkətlərdə
vəziyyət daha fəna idi. Bu yerlərdə cani və
cahil rus çarlığının ümumi, hər kəsə
şamil məzalimi üzərinə milli təhəkkümlü
dəxi əlavə etməklə iki qatlı bir vəhşət
meydana gəli-yordu.
“Rusiyada yaşayan millətlər üçün Rusiya
heç bir zaman vətən olmamışdı. Yalnız rus olmayan millətlər
üçün degil, rusların kəndisi üçün
belə Rusiya vətən degildi...” Mühərrir, bir çox
rus müvərrix və mütəfəkkirlərinin dəxi
təsdiq etdigi kibi, ruslarda müştərək vətən
və millət hissinin ədəmi mövcudiyyətini,
“höku-mət”lə “dövlət” məfhumlarının
münəvvər ruslar tərəfindən belə
qarışdırıldığını və “hökumətə”
olan ümumi nifrətin “dövlətə” olan nifrətdən
təfriq edilmədigini yazmaqda və deməkdədir ki:
- Rusiyada
miqdarca çox az olan münəvvər və
yarım münəvvərlər dövlət təşkilatını
əsasından rəddən sosyalist və anarşist cərəyanların
təsirində bulunuyorlardı. Liberal fikirli
münəvvərlərdə dəxi hökumətə dərin
bir nifrət mövcud idi. Fəqət
bunlar “dövlət” ilə “hökuməti” eyni mənada
aldıqlarından, zərbələrini dövlətə
endiriyorlardı. Məsələn, Türkiyə ilə
olan 1877-1878 hərbində liberal rus əfkari-ümumiyyəsi
Rusiyanın məğlub olmasını arzu etdigi, 1904-1905 sənəsində
rus-yaon hərbi zamanı rusların Laojan, Muqden, Çuzim həzimətlərini
candan alqışlamaqda idilər.
Hər kəs, bilaistisna, hər kəs Rusiyanın məğlub
olmasını arzu ediyordu. Və bu ümumi haləti
ruhiyyə hərbi ümumi zamanı 10 qat daha qüvvət kəsb
etmişdi. Bu ümumi hərəkatda
miqdarları 100 milyonu keçən məhkum millətlərin
səsi daha bariz və qəti idi. Əgər bu adəmi
məmnuniyyət rusların kəndisində daha təbəllür
etməmiş anarşiq, hər milli və ictimai əsaslardan
məhrum “dövlət əleyhdarlığı” kibi bir hərəkat
idisə, ruslardan daha yüksək və mədəni olan qeyri
rus millətlərdə bu hərəkat müəyyən
siyasi, ictimai, harsı və tarixi əsasa istinad etməkdə
idi. Rus liberal münəvvərləri
Rusiyanın məğlubiyyətini qanuni əsası əldə
etmək imkanı naminə arzu ediyordulardısa “Rusiyayı kəndilərinə
heç bir zaman vətən ədd etməmiş olan qeyri rus
millətlər” kəndilərinə müstəqil bir vətən
və dövlət yaratmaq qayəsilə hərəkət etməkdə
idilər.
Daha 1864 sənəsində
I internasyonal açıldığı zaman Karl Marks kəndi
nitqində:
- Vəhşi
Rusiya çarlığını Lehistan üsyanını
qana boğaraq basdırmasından və Qafqasiyanın hürr
dağlarını zəbt və istila etməsindən
dolayı bütün dünya əmələsinin, hökumətlərini
bu siyasət əleyhinə hərəkətə gətirməgə
çalışmalarının və fərdlər
arasındakı münasibət üçün olduğu kibi
millətlər arasındakı ixtilafların da əxlaqa, ədalətə
tövfiqən həll edilməsini istəmələrinin
borcları olduğunu söyləmişdi (Jondaniya
“İxtilaflarımız”, Paris, 1927). Bu sözlər
yalnız Lehistan ilə Qafqasiyaya aid degildi. Karl Marksdan sonra elmi sosyalizmin əsasını
qüvvətləndirən Engelsin Rusiyanın təbii
hüdudları haqqındakı sözləri bunu isbat etməkdə
idi. Engels demişdi ki:
“Bən Rusiyadan bəhs edərkən ancaq böyük
rusları (velikorasları) və bunların
yaşadıqları: qərbdə Pskov və Smolenski, cənubda
Voronej və Kurskidə bitən məntəqəyi anlarım”
(Engelsin Rusiyaya dair əsəri, ruscası, 1894).
Marksist və
Engelsçilərin 13 sənə bundan əvvəl iş
başına gəlincə kəndi peyğəmbərləri
tərəfindən elan olunan bu hüdudu
çızacaqlarını və çarlar tərəfindən
qan və atəşlə təhti əsarətə
alınmış millətlərin təbii haqlarını təslim
edəcəklərini bəkləmək lazım gəlirdi.
Çarlığı
yıxan amillərlə hesablaşmaq istəmədigindən
dolayı mövqelərini bir ovuc bolşeviklərə tərk
edən müvəqqəti hökumətin xətalarını
Lenin hökuməti filhəqiqə ibtidada nəzərə
almış, məhkum millətlər haqqında 28.XI.1917-də
böylə bir qərar ittixaz etmişdi:
Rusiya Xalq
Komisarlar Soveti:
1. Rusiyada
yaşayan millətlərin müsavat və hakimiyyətləri,
2. Bu millətlərin
Rusiyadan ayrılaraq müstəqil hökumət qurmaq
haqları da daxil olmaq üzrə kəndi müqəddəratlarını
təyindəki sərbəstiləri,
3. Milli,
dini bütün imtiyazat və təhdidatın rəf və
ilğası,
4. Rusiyada
yaşayan və əqəliyyətdə qalanların sərbəsti
haqlarını tanıdığını elan edər.
1917 sənəsi 19 Kanuni əvvəldə Lenin və o
zaman millətlər komisarı olan şimdiki diktator Stalin
imzalarilə Şərq müsəlmanlarına; bilxassə
Rusiya türklərinə bir Bəyannamə ilə müraciət
edildi. Bəyannamədə
deyilməkdə idi ki:
- Rusiya
Müsəlmanları: Volqa tatarları, Krım tatarları,
qırğızlar, Sibirya və Türkistan sartları,
Qafqasiya türkləri və tatarları, çeçenlər,
Şimali Qafqasiyalılar və rus çarları
zalımları tərəfindən bütün camiləri,
minbərləri yıxılmış dinləri, adətləri
çeynənmiş olanlar, biz sizlərə xitab ediyoruz:
Sizlərin dinləriniz, adətləriniz, milli harsı
müəssisələriniz bundan böylə hər
dürlü təcavüzdən məsundurlar. Milli həyatınızı
bütün mənasilə hürriyyətlə tənzim
ediniz, bu sizin haqqınızdır. Biliniz
ki, gərək sizlərin və gərəksə
bütün Rusiyada yaşayan millətlərin haqlarını
inqilab və sovetlər himayə və müdafiə etmək-dədirlər”.
Rusiya zindanında boğulan türklər
üçün bu Bəyannamə nə qədər qiymətli
idi. Lenin, rus olmayan millətlərin bilxassə türklərin
haləti ruhiyyəsini iyi anlamışdı. Onlara hətta Rusiyadan ayrılmaq haqqı veriyordu.
Fəqət bütün bunlar bir komedi idi.
Bolşeviklərə mərkəzdə qüvvətlənmək,
hərbi bitirmək və ümuri-idarəyi yoluna qoymaq
üçün türk xalqının etimadları çox
lazımdı.
Bir müddət sonra qismən istiqlal, qismən milli-mədəni
muxtariyyat elan və milli idarə təsis etmiş olan qeyri
ruslar, əzcümlə türklər üzərinə top, atəş
və süngü sövq olundu. Krım, Kazan, Başqırt,
Türkistan, Ukrayna, Azərbaycan və Qafqasiya, Gürcüstan
Lenin Ordusu tərəfindən süngü və atəşdən
keçirildi. Bu millətlərin hürriyyət,
istiqlal və hakimiyyətləri qanlarda boğduruldu.
Lenin kəndi ağzı ilə elan etdigi istiqlal
üçün millətlər əldə silah olaraq Leninin kəndisinə
qarşı hərb etdilər və yalnız qalib gələnlər
hürr ola bildi. Ukrayna, Qafqasiya,
Türkistan əsir qaldı.
Stalin
“Rusiyada millətlər məsələsinə dair” bir
kitabında, Hindistanın, Tunisin, Mərakeşin v.s. Avropa
imperyalistlərindən ayrılmasını “inqilabi bir hərəkat”,
Qafqasiya, Türkistan və Ukraynanın ayrılmasını isə
“inqilab əleyhdarlığı ədd etmiş” Qafqasiya, Ural,
Volğa, Ukrayna və Krımın iqtisadi, əskəri v.s.
nöqteyi-nəzərdən Rusiyaya lazım olduğunu qeyd etməkdə
idi.
Bilaxirə
eyni motiflərlə bu qanlı istilaya hüquqi bir şəkil
vermək üçün xüsusi bir sovet “federasyonu” icad edən
Stalin federasyonu “tam mərkəziyyətə götürən
müvəqqəti mərhələ” - deyə tərif etməklə
ixtilalın bütün qənimətlərini
gömmüş oldu.
Komunist
firqəsinin bu xüsusdakı qərarının 3-cü maddəsində
açıq deyilirdi ki: “Federalizm vəhdəti tamməyə
götürürüz, istihalə dövrünə məxsus
müvəqqəti bir şəkildir”.
III
Komunist internasyonalının 2-ci Konqresində isə bu fikir
aydın surətdə yazılmışdır: “Federasyon tam
birligə keçmək üçün zəruri bir istihalə
tədbiri olduğunu təqdir edərək, ittihadın (yəni
SSSR-in) daha ziyadə sıxlaşdırılmasını və
daha ziyadə birləşdirilməsini tələb etməlidir”
deyiliyor.
Broydoya
görə Sovetlər federasyonuna daxil milli cümhuriyyətlərin
xüsusiyyətlərini təhdid edən yeni tədbirlər
“iləriyə doğru atılmış birər
adımdır...”
Stalin
Komunist firqəsinin X Konqresində açıq diyor ki:
“Millətlərin təyini müqəddərat haqlarilə
biz çoxdan vidalaşdıq. Həqiqətdə isə
təqib etdigimiz məqsəd vahid cahan iqtisadiyyatı daxilində
əmələlərin birləşməsidir, federasyon isə
bu vəhdətə doğru gedən yolun ancaq bir mərhələsidir”.
Demək vahid Rusiyaya doğru bir yol!?
Leninin Oktyabr inqilabını mütəaqib nəşr
olunan bəyannaməsində “camiləri, minarələri
yıxılmış, dinləri və adətləri
çeynənmiş” deyə zikr olunan millətlərin din, adət,
lisan, hars v.s. cəhətcə çarlıq dövründəkindən
daha fəci bir həyat sürdüklərini təkrara hacət
yoxdur.
Tam bir zindan həyatı yaşayan bu millətlər gərək
maddi, gərəksə mənəvi cəhətdən olsun
tam bir imhaya məruz qalmışlardır.
Komunizm rejimində çifçi xalqın Oktyabr
inqilabından əvvəlkinə nisbətən daha fəna və
fəci bir vəziyyətdə olduğu kollektivize və
milyonlarla orta hallı köylünün imhasına davam edilməsilə
sabitdir.
Bu surətlə
Rusiya, inqilabdan əvvəl olduğu kibi genə “zalimlərlə
kölələr məmləkəti” halına gəlmiş,
millətlərə zindan olan bu “əsirlər məmləkətində”
genə eyni vəhşət və istismar rejimi, eyni zehniyyət,
hökumət və Rusiya dövlətçiliginə nifrət
və xüsumət zehniyyəti hakimdir. Yəni 1917
inqilabını yaradan amillər, daha qüvvətli bir şəkildə
mövcuddur və gündən-günə kəndisini daha
çox hiss etdirməkdədir.
Mirzə
Bala
”Odlu-Yurd”,
təşrini-sani (noyabr) 1930, ¹ 22
Təbəllüş
- qarmaqarışıq
Tövfiqən
- uyğunlaşdıraraq olmuş
İstihalə
- bir haldan başqa hala keçmə
İmha -
məhv etmə, aradan qaldırma
QAFQASYA
İXTİLALI
“Jurnal de Jönev” 31 temmuz (iyul) tarixli nüsxəsində
yuxarıkı başlıq altında bir baş məqalə
dərc etmişdir. Əhəmiyyətindən dolayı eynən
alıyoruz.
“Türk təhəkkümündən kəndini qurtarmaq
qeydilə kürdlərin ixtilal etdigindən mütəmadiyən
bəhs ediliyor. Halbuki, Qafqas hökumətlərinin
ixtilalındakı əhəmiyyət lüzumu qədər nəzəri-diqqətə
alınmadı. Filhəqiqə Sovetlər
mayısdan bəri bu məmləkətlərdə davam edən
mühüm hadisələrin əks etməsi
üçün nə mümkünsə yapdılar. Bu səbəbdən dolayı hadisələrin xəbəri
təxfif edilmiş olaraq gəliyordu. Və
əldə edilən qırıq tökük məlumat nəticə
istixraç edilmiyəcək qədər azdı.
Bu gün aylıq “Promete” məcmuəsi sayəsində
bolşevikligin olanca dəhşətilə hökm
sürdügü bu məntəqədə nə olduğu həmən-həmən
biliniyor. Jurnal Dö Jönev keçən həziranda
köylülərin əmvalının müsadirəsi üzərinə
Gürcüstanda zühura gələn həyəcanın kəsb
etdigi vüsati bildirmişdi. Halı
ixtilalda bir müsəlman əyaləti olan Acarıstanda təxrib
o qədər şədid oldu ki, komunist acarlar belə silahlarını
qaparaq Sovet məmurlarına qarşı gəldilər. Çünkü bunlar həddi
aşmışlardı.
İxtilalın eyni zamanda hökm sürdügü Azərbaycanda
vəziyyət Gürcüstandan daha müsaid degildir. Sel kibi qan
axıyor. Bolşevik mətbuatı da
mücadilənin əhəmiyyətini inkar edəmiyor.
Qızıl general Levandovski yerinə daha əzimkar olan
general Vilenkoyu göndərmək icab etdi. Bunun nə demək
olduğu anlaşılır.
Azərbaycan milliyyətinə mənsub fərarilər
İran hüdudunda birikməkdədir və bunların təşkil
etdikləri məşum səfalət karvanlarına gürcü
və erməniyə hətta rus qaçaqları və Azərbaycanda
iqamət edən alman “kolonist”ləri iltihaq ediyor.
Söyləmək lazımmı? Şübhəsiz xəta əsəri
olaraq bəlkə də qorxu nəticəsində bu milliyyətçilərdən
bəziləri İran hüduduna doğru tərd edildi: Və
qeyri qabili ictinab bir nəticə olaraq həmən bolşeviklər
tərəfindən kurşuna düzüldü. İran hökuməti bu fərarilər
izdihamından dolayı nazik bir vəziyyətdədir. Bəşəriyyətin əsas qəvaninə
müxalifət etmək istəmiyor. Fəqət
şübhəlilərdən çəndigi
üçün bu milliyyətçilərin birər kəfalət
göstərməsini istiyor. Digər tərəfdən
ərazisində pasportsuz gəzənlərdən cəzayi nəqdi
tələb ediyor. Halbuki, təxribdən
qurtarmağa çalışan adamların
kağıtlarını yanlarında daşımaq
xatırlarına gəlmiyəcəyi və imkanı icarəsi
olmiyan müamilatı-rəsmiyyəyi ifa eyləmələri
mümkün olmiyacağı anlaşılır bir keyfiyyətdir.
Şu halda İranın namusu insaniyə xələl gətirmədən
hüququ vəqayə edə bilməsi üçün yeganə
çarəsi halı beynəlmiləl bir imdaddır. “Nansen”in
ülvü səsi məzarın ötəsindən yüksəlmiyəcəkmi?
Cəmiyyəti Əqvamda olan hadisatdan xəbərdar
edildi. 2 ay əvvəl Azərbaycan heyəti mürəxxəsəsi
yeni bir istimdadda bulundu. Azərbaycan heyəti kiçik
cümhuriyyətinin tabe tutduğu rejim və təzibatı
izah edən bir nota verdi. Bu
nota nəzəri etibara alındımı?
Şurasını
saxlamamılıdır ki: bütün Qafqas cümhuriyyətləri
halı hazırda Ermənistanın çəkmiş
olduğu daimi işkəncənin eşini çəkməkdədirlər.
Saqın bizə Rusiya daxilində hüququndan
istifadə edən bir erməni cümhuriyyəti vardır deməsinlər.
Bu yalandır! Bu cümhuriyyət bir göz
boyasıdır. Sovetlər belə bunun kəndi
malları olduğunu, kəndi üsullarına görə idarə
etdiklərini söylüyorlar. Bu üsul
hüququ bəşərə müarizdir. Şəxsi mülkiyyət və təşəbbüsü
şəxsi üzərinə müstənid bulunan Qafqas ənənəsilə
daban-dabana ziddir.
Nəfilər, sürü-sürü və edamlar yekdigərini
təqib ediyor.
Bakı həbsxanələri dopdolu.
Çox olmadı 3 parlamento əzası bila mühakimə edam edildi. Qızıl ordu
yanında Q.P.U.-nun xüsusi şöbələri körfəyə
sövq edilərək zirehli avtomobillərinin, havai
bombardımanların, boğucu qazların
saçdığı ölümü təşmil ediyor.
Bu çətələrə “Con” denir.
Xalq buna təvan riza göstərmiyor. Biləks xalq
arasındakı rabitə qüvvətləşiyor,
müqavimətləri şiddətləniyor. Matəm və həvf içində xalqı rahat
etdirəcək bir siyasi təşkilat, bit ittihad vücuda gətirməgə
uğraşıyorlar. Azərbaycan,
Şimali Qafqas, Ermənistan, Gürcüstan cümhuriyyətləri
birləşirlərsə münfəridən
yapmıyacaqları şeyi yapacaqlarına əmindirlər.
Hər halda istiqbalları haqqında sərbəstcə
müzakirəyə dəvət edilmələri icab edər.
Bu istiqbal halı hazırda təhlükədə
gözülməkdədir. Ancaq bu cümhuriyyətlərin
hər birinin xalqı hissi-milli ilə məşburdur. Hərbə olan eşqlərindən başqa, təzyiq
edənlərin əlində buraxmaq istəmiyəcəkləri
tarixi, əxlaqi və maddi bir taqım mənfəətləri
mövcuddur. Fəlakətin əksası onların 1920 və
1921-də Sovet Şuraları qılıncı ilə məhrum
buraxıldıqları istiqlalə təkrar nail
olmalarını təmin edəcəkdir.
Avropa kəndi sərhəddində vüqua gələn
hadisata qarşı laqeyd qalamaz. Qafqasiya bir evin sipəridir,
arada iki hakim, mədəniyyət və vəhşət
çarpışıyor. Bu gün
hürr yaşayan millətlərdən yarın hürr olacaq
millətlərə qarşı fəal bir təvəccöh
bəslənir. Hökumətlərin, Cəmiyyəti
Əqvamın nəhayət cinayətin kəsilməsi
haqqında əzim göstərmələri lazımdır.
“Odlu-Yurd”,
eylül (sentyabr) 1930, ¹ 20
İxtilal
- üsyan, qarışıqlıq, asayişi pozma
Təhəkküm
- hakim olma
Təxfif
- yüngülləşdirmə, zəifləmə
İlihaq
- birləşmə
Vəqayə
- qoruma, mühafizə etmə, qarşısını alma
Körfə
- çardaq, otaq
ASİLƏRİN
HƏRƏKATI
....Şəki-Zaqatala qüvvətlərinin
başında sabiq milli ordu zabitlərindən Nəbibəyli
Bəhram bəy, yenə zabitlərdən İsmayıl əfəndi
və qəssab Hüseyn durmaqdadır.
Bolşeviklər asiləri təslimə məcbur etmək
üçün qadınları, qızları,
çocuqları əsir edərək götürüyorlar. Yaralı
bulunan Bəhram bəyə dəxi gəlib təslim olmazsa
alıb götürəcəklərini xəbər vermişlərdir.
Bəhram bəy rəd cavabı vermiş, onlar
da vəhşi fikirlərini icra etmişlərdir. Bunun üzərinə çox ağır surətdə
yaralı bulunan Bəhram bəy intihar etmişdir. Bolşeviklər Bəhram bəyin 3 bəradərini
dəxi bila mühakimə qurşuna düzmüşlərdir.
Şəki-Zaqatala partizanlarını halı hazırda
İsmayıl əfəndi ilə Hüseyn bəy idarə
ediyorlar...
“Odlu-Yurd”,
noyabr 1930, ¹ 22
AZƏRBAYCAN
TARİXİNƏ DAİR TƏDQİQLƏR
Bakıda müntəşir “Komunist” qəzetəsi Azərbaycan tarixini tədqiq nəticəsində əldə edilmiş materyalları şu şəkildə xülasə etməkdədir.
“Son sənələrdə Azərbaycan tarixini öyrənmək sahəsindəki tədqiqlər nəticəsində zəngin materyal əldə edilmiş və bu günə qədər yalnız ehtimal daxilində fərz edilən bir çox cəhətlər həqiqət olmağa başlamışdır. Keçən sənənin yazında Azərbaycanın bəzi yerlərində yapılan tədqiqat və həfriyyat nəticəsində 2 min il bundan əvvəl dəfn olunmuş cəsətlər bulunmuşdur. Bu cəsədlərin bir çoxu küplərin içərisində bulunmuşdur. Bu qəbil küplərə Azərbaycanın Şəki şəhərinin yuxarı qisimlərində təsadüf edilmişdir. 40-50 santimetr irtifaında bulunan bu küplərin içərisində insan gəmikləri bulunmuşdur. Bu çeşid küplərlə bərabər bir çox dəstilər dəxi əldə edilmişdir ki, bunların içərisində bəzi əhli ev heyvanlarının gəmikləri və ölülərə məxsus olmaq üzrə məzara qoyulan qidaya təsadüf edilmişdir. Bu dəfin tərzi Azərbaycanın Babil mədəniyyəti ilə əlaqədar olduğunu göstərməkdədir. Sasanilər dövlətinin iqtisadi və mədəni xüsuslarda Mavərayi Qafqasiyaya olan təsiri Şəki kibi yerlərdə belə gözə çarpmaqdadır. Yeni yapılan bu kəşfiyyat qədim zamanlarda Dərbənd ətrafında müharibələrin vüquunu və Dərbənd qapıları qapalı ikən Dağıstanla Mavərayi Qafqasyanın başqa yerləri arasındakı rabitənin Şəki tiriqilə yapıldığını göstərməkdədir.
Əldə edilmiş materyallar üzərində şimdi Azərbaycan tədqiqat institutu tədqiqat yapmaqla məşğuldur”.
“Odlu-Yurd”, Şubat (fevral) 1931, ¹ 25
Həfriyyat - qazıntı işləri
Dəsti - saxsı su qabı, kiçik bardaq
İranda ermənilər və kürdlər
İrandan bizə yazıldığına görə son zamanlar Avropadan gələn bəzi erməni emissarlarının kürdlər arasında çalışmaqda olduqları görülmüşdür. Savucbulaq cəhətlərində kürdcə istiqlal istəyən məcmuə nüsxələri İran məmurlarının əlinə keçmişdir. Bu propaqanda ədəbiyyatının erməni emissarları vasitəsilə gəldiyi təxmin olunuyor.
“Odlu-Yurd”, 2-ci təşrin (noyabr) 1929, ¹ 9
(Ardı var)
5250-ci qəzet.-2017.-25
noyabr.-S.20-21.