Mehriban Zəki Mədəniyyət və İncəsənət Universitetinin qonağı oldu

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət UniversitetininHeydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbində Əməkdar artist Mehriban Zəki ilə tələbələrin görüşü baş tutub.

 

Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyevanın, professor-müəllim tələbə heyətinin iştirakı ilə keçən görüşdə Teatrşünaslıq kafedrasının müdiri, professor Aydın Talıbzadə qonaqları salamlayaraq, Mehriban xanımı yubileyi münasibətilə təbrik edib, yubilyar ilə bağlı xatirələrini bölüşüb.

 

Mehriban Zəki dəvətə görə öz minnətdarlığını bildirib. Aktrisa tələbələlik illəri, yaradıcılığı fəaliyyəti barədə geniş məlumat verib rejissor Vaqif İbrahimoğlu ilə bağlı xatirələrini bölüşüb.

 

Daha sonra universitetin professor-müəllim heyətindən Gülşən Əliyeva, Məmmədsəfa Qasımov, Vidadi Qafarov, Yaqut Paşayeva aktrisa haqqında dəyərli fikirlərini bölüşüblər. Tələbələri maraqlandıran suallara cavab verilib, müzakirələr aparılıb. Sonda Vaqif Səmədoğlunun “Sol əlimlə sağ əlim arasındaəsərinin tanınmış aktrisa tərəfindən özünəməxsus tərzdə ifası tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

 

 

525-ci qəzet  2017.- 25 noyabr.- S.13.