Bakı Xoreoqrafiya Akademiyasında daha bir önəmli görüş

 

Sankt-Peterburqdakı A.Y. Vaqanova adına Rus Baleti Akademiyasının rektoru, Rusiya Federasiyasının Xalq artisti, dünya şöhrətli balet artisti Nikolay Tsiskaridze Azərbaycana səfəri çərçivəsində Bakı Xoreoqrafiya Akademiyasının (BXA) qonağı olub. Əvvəlcə mötəbər qonağı Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev qəbul edib.

 

Rəsmi görüşdə professor T.Əfəndiyev xatırladıb ki, hələ keçən il N. Tsiskaridzenin rektor olduğu Rus Baleti Akademiyası ilə imzalanmış müqaviləyə əsasən, tədris səviyyəsinin qaldırılması məqsədi ilə Bakı Xoreoqrafiya Akademiyasının müəllimləri Rus Baleti Akademiyasında, qarşı tərəfin müəllimləri isə BXA-da təcrübə mübadiləsində iştirak ediblər. Bundan əlavə, Bakı Xoreoqrafiya Akademiyasının  kitabxanasına Tsiskaridzenin imzası ilə çoxlu sayda kitab, dərslik, dərs vəsaitləri tədris proqramları hədiyyə edilib. T. Əfəndiyev qeyd edib ki, bunları nəhayət, BXA-da Tsiskaridzenin ustad dərsi keçmək arzusunu nəzərə alaraq, Akademiyanın Elmi Şurasının qərarı ilə o, Bakı Xoreoqrafiya Akademiyasının Fəxri professoru adına layiq görülüb. Bu münasibətlə T.Əfəndiyev rəsmi sənəd olan Fəxri professor diplomunu N. Tsiskaridzeyə təqdim edib. Qonaq öz minnətdarlığını bildirərək, bu fəxri adın onun üçün böyük şərəf olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan xoreoqrafiya sənəti ənənələri ona çox yaxşı məlumdur Azərbaycan xoreoqrafiya məktəbinin yetirmələri bu gün dünyanın ən aparıcı xoreoqrafiya üzrə təhsil ocaqlarında səhnələrində uğurla çalışırlar. N. Tsiskaridze ayrıca vurğulayıb ki, Rusiyada Azərbaycan əsilli Bakı Xoreoqrafiya Akademiyasının məzunları olan balet artistləri kifayət qədərdir. Onlar Rusiyanın müxtəlif şəhərlərində hətta rəhbər vəzifələrdə fəaliyyət göstərirlər. Həmçinin, N. Tsiskaridze bildirib ki, Rus Baleti Akademiyası 2018-ci ildə Bakı Xoreoqrafiya Akademiyası tərəfindən keçiriləcək Qəmər Almaszadə adına II Beynəlxalq Rəqs Müsabiqəsində yaxından iştirak edəcək.

 

Rəsmi görüşdə akademiyalararası əməkdaşlığın genişləndirilməsinin zəruriliyi, müəllim-tələbə mübadiləsi stajkeçmə, tədris proqramlarının təkmilləşdirilməsi üzrə təcrübə mübadiləsinin aparılmasının vacibliyi vurğulanaraq, tez bir zamanda birgə elm, təhsil yaradıcılıq layihələrinin həyata keçiriləcəyi barədə razılıq əldə edilib.

 

Professor T. Əfəndiyev Bakı Xoreoqrafiya Akademiyası tərəfindən nəşr edilən fəxri qonağın redaksiya heyətində yer aldığı Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi nəşrlər siyahısına daxil olan "Sənət akademiyası" elmi nəzəri jurnalını N. Tsiskaridzeyə təqdim edib.

 

Rəsmi görüşdən sonra BXA-nın prorektorları, professor-müəllim tələbə heyəti ilə görüşən N. Tsiskaridze, Akademiyanın müxtəlif təhsil pillələrində təhsil alan klassik şöbənin tələbələrinin iştirakı ilə ustad dərsi keçib. Dərs zamanı qonaq klassik rəqs balet sənətinin sirləri barədə nəzəri daha çox praktik məqamlardan danışıb. Hərəkətlər, qamət, duruş, mövqe digər vacib elementləri nümayiş etdirən N. Tsiskaridze, müəllimlərə öz tövsiyələrini verib. Ümumiyyətlə, qonaq iştirakçılar ustad dərsini çox yüksək qiymətləndiriblər. Ustad dərsinin sonunda qonaq bu cür görüşlərin mütəmadi olacağına ümidvarlığını bildirərək, rəhbərlik etdiyi Rus Baleti Akademiyasının aparıcı müəllimlərinin Bakı Xoreoqrafiya Akademiyasına təcrübi metodik köməklik göstərəcəyini bildirib. Dərsdən sonra qonaq ona ünvanlanmış suallara cavab verib. Görüşün sonunda xatirə şəkilləri çəkilib.

 

ZEYNƏB

 

525-ci qəzet.-2017.-30 noyabr.-S.4.